Saakaşvili bakılı erməni nazirin əlinə oynayır…

Saakaşvili bakılı erməni nazirin əlinə oynayır…Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru, Yeni Qüvvələr Hərəkatı Partiyasının sədri Mixail Saakaşviliyə dünyada, o cümlədən Azərbaycanda böyük simpatiya var idi. Çünki Gürcüstanda çox ciddi islahatlar həyata keçirmişdi.

Bunu Teleqraf.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Ancaq o qeyd edib ki, M.Saakaşvilinin Ukraynadakı son fəaliyyəti bir qədər dağıdıcı fəaliyyətdir və sanki Rusiyanın da maraqlarına xidmət edir:

"Belə ki, Saakaşvili Prezident Petro Poroşenkoya qarşı çıxır, dövlətin sütunlarını laxladır. Bu Rusiyanın da maraqlarına cavab verir".

Müsahibimiz bildirib ki, rusiyalı strateqlər Ukraynada daxili sabitliyin pozulması məsələsinə lap əvvəldən bu ölkəyə hibrid təcavüzün bir aləti kimi baxıblar:

"Kreml yönümlü qüvvələr qeyri-sabitliyi Ukraynada hakimiyyətə gəlməyin yeganə vasitəsi kimi nəzərdən keçirirlər. Bu mənada Mixail Saakaşvili siyasi mübarizənin çərçivəsindən kənara çıxır və Moskvada yazılmış ssenarinin elementinə çevrilir".

E.Şahinoğlu əlavə edib ki, Saakaşvilinin hərəkətləri təkcə P.Poroşenkonun deyil, Ukrayna dövlətinin imicinə zərbədir:

"Məndə belə bir fikir yaranır ki, təhlükəsizlik qüvvələri və polis Saakaşvilini həbs etməyi həqiqətən istəyirlərmi? Gələn il Ukraynada prezident seçkisi keçiriləcək və Daxili İşlər naziri Arsen Avakovun kimi dəstəkləyəcəyi məlum deyil. Odur ki, Saakaşvili və Poroşenko arasındakı konflikt ola bilsin, Avakovun əlinə oynayır. Ancaq təkcə onun yox".

Analitik qeyd edib ki, M.Saakaşvilinin sentyabrın 10-da Ukrayna sərhədini qanunsuz keçməsindən bu yana bütün fəaliyyəti ölkədə gərginlik yaradılmasına xidmət edir:

"Saakaşvili Ukrayna vətəndaşlığına bərpa olunması üçün hüquqi müstəvidə iş aparılmasından şüurlu şəkildə imtina etdi. Hərçənd ki, bunun üçün bütün imkanlara malik idi. Əvəzində açıq qarşıdurma yolunu seçərək nümayişkəranə çıxışları ilə mövcud hakimiyyəti devirməyə çağırışlar etdi. Bunda da məqsəd cəmiyyətdə gərginliyin dərəcəsini artırmaq idi".

Bununla belə, E.Şahinoğlu Ukraynada islahatlarla bağlı vəziyyətin heç də ürəkaçan olmadığını vurğulayıb:

"Başa düşürəm, Ukraynada çatışmazlıqlar çoxdur. Amma yenə deyirəm, Saakaşvilinin son fəaliyyəti təkcə Poroşenkoya qarşı deyil, o, Ukrayna dövlətinin sütunlarını da zəiflədir. İki dəfə məhkəməyə çağrılıb, hər ikisində bundan boyun qaçırıb, müqavimət göstərib. Bu da ölkənin hüquq sisteminə böyük zərbədir. Ona görə getdikcə vəziyyət gərginləşə bilər. Ukraynada vəziyyətin gərginləşməsi də onun düşmənlərinin maraqlarına cavab verir".

Siyasi şərhçi Ukrayna hüquq-mühafizə orqanlarının istintaqın nəticələrinə, o cümlədən M.Saakaşvili ilə sabiq prezident Viktor Yanukoviç ailəsinin odioz "pul kisəsi" Sergey Kurçenko arasında olan audio-videosübutlara istinad etdiklərini vurğulayıb:

"Ukraynada vəziyyətin nizamlanması yeganə vasitə olaraq qalır. Mənim səsləndirdiyim bu fikirlərin bir çoxu rəsmi Kiyevin proseslərə dair münasibətinin ifadəsidir. Bunlarla razılaşa və razılaşmaya bilərik. Ancaq bir şey mənə aydındır ki, Saakaşvili Gürcüstanda islahatçı idisə, Ukraynada dağıdıcı rol oynayır. Düzdür, Ukrayna siyasi elitası ideal deyil, korrupsiya qalmaqdadır. Ancaq vəziyyətin gərginləşdirilməsi Moskvanın əlinə oynayır. Bir maraqlı detalı misal çəkmək istəyirəm. Rusiya televiziyaları, o cümlədən dövlət televiziyaları son vaxtlaradək Mixail Saakaşvili barədə təhqiramiz məzmunda reportajlar verirdilər. Amma son aylar Saakaşviliyə toxunmurlar və onun Ukraynadakı fəaliyyətindən öz məqsədləri üçün istifadə edirlər. Sanki onun fəaliyyəti Rusiyanın da maraqlarına cavab verir. Bu baxımdan Ukraynada son günlər baş verənlərin kimə sərf etdiyi sualı açıq qalır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3280   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü keçirilib - YENİLƏNİB

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüs

22 mart
.

Sahibə Qafarova Simonyanla görüşəcək

Bu gün Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcək. Ölkə.az xəbər verir ki, Sahibə Qafarova və Alen Simonyanın görüşü Cenevrədə baş tutacaq. Bu haqda Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan məlumat yayıb

22 mart
.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

Azərbaycanın təklifi ilə Avronest PA-da "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi məruzədən çıxarılıb

Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə "dondurulmuş Dağlıq Qarabağ münaqişəsi" ifadəsi çıxarılıb. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasını

20 mart
.

"Hər iki xalq bu müharibədən yorulub, sülh prosesi əmin-amanlıq gətirəcək" - Ekspert

Azərbaycan ardıcıl olaraq siyasi iradə nümayiş etdirib və intensiv şəkildə birbaşa danışıqları dəstəkləyib, həmçinin Ermənistanla sülh sazişinin tezliklə imzalanmasını gözləyir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkiyə və gürcüstanlı həmkarları Hakan Fidan və İliya Darçiaşvil

15 mart
.

Sarkisyan açıqladı: Ermənilər Qazaxın işğal altındakı kəndlərini tərk edirlər

"Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər". Bu sözləri erməni jurnalist Oskan Sarkisyan deyib. "Voskeparda (Əskipara - red.) məskunlaşan Qarabağdan gəlmi

22 mart
.

Azərbaycandan kəşfiyyat BƏYANATI: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - RƏSMİ

"Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev "Respublika" qəzeti üçün yazdığı məqalədə bildirib. O bildirib ki, bu toqquşmalar dünya nizamına ciddi təsir göstərməkl

28 mart