"Azərbaycanda heç nəyi gizlətmək mümkün deyil, mətbuat, sosial şəbəkə azaddır"- Aydın Mirzəzadə ilə MÜSAHİBƏ

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, millət vəkili, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdir Aydın Mirzəzadənin Sonxeber.az-a müsahibəsi:

Aydın müəllim bu il artıq sona çatır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sizcə bu il nəzərəçarpan addımlar oldumu? Növbəti ildə münaqişənin həll edilməsi istiqamətində irəliyə addım atılma perpektivlərini necə qiymətləndirmək olar?

"Azərbaycanda heç nəyi gizlətmək mümkün deyil, mətbuat, sosial şəbəkə azaddır"- Aydın Mirzəzadə ilə MÜSAHİBƏDağlıq Qarabağ Azərbaycanın ən ağrılı problemidir. Bu problem yüz illərin dərinliyinə gedir. Vaxtilə Azərbaycan müstəqil dövlət olmayanda onun hüquqları pozularaq bu əraziyə çox böyük iddialı və aqressiv erməni icması köçürüldü. Sovet hakimiyyəti dövründə özlərinin əlverişli vəziyyətlərindən istifadə edib, daima Azərbaycan xalqının ərazisinə, tarixinə, mədəniyyətinə təcavüz edib. SSRİ-nin dağılması ərəfəsində situasiyanı istifadə edərək Dağlıq Qarabağ problemini yaratdılar. Müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər 2 il qızıl vaxt itirildi. 1993-cü ildən başlayaraq münaqişənin sona çatmasıilə bağlı çox ciddi işlər görüldü. Məqsəd güclü, Azərbaycan dövlətinin yaradılması idi. Bu gün hamı razılaşır ki, 2017-ci ilin Azərbaycanı 1993-cü ilin Azərbaycanı deyil. Dağlıq Qarabağ probleminin həlli bir dövlət kimi gücümüzdən, nüfuzumuzdan asılıdır. Söhbət Azərbaycanla Ermənistan arasındakı problemin həllindən getsəydi, bu çoxdan aradan qaldırılardı. Çünki Ermənistanı müdafiə edən müəyyən Anti-Azərbaycan beynəlxalq dairələr var. Onların dəstəyinə söykənərək Ermənistan özünün işğalçı siyasətini davam etdirir. Ötən ilin aprel hadisələri göstərdi ki, Azərbaycan bu gün problemin həllinə tam hazırdır. Münaqişənin hərb yolu ilə sonlanması daima Azərbaycan dövlətinin gündəliyindədir. Azərbaycanın hərbi büdcəsi Ermənistanın büdcəsindən iki dəfə çoxdur. Dağlıq Qarabağ probleminin həllində bizim mövqeyimiz güclənib. Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, dostlarının sayı artır, bir dövlət kimi Azərbaycan günü-gündən qüdrətlənir. Azərbaycan regionun lider dövləti olaraq bir çox regional iqtisadi layihələrin təşəbbüskarı olub. Bir dövlət kimi Ermənistanın mövcudluğu sual altındadır. 2017-ci ildə hesab edirəm ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətində mövqeyini möhkəmlənidirb. Ermənistan üzərində bütün sahələrdə təzyiqimiz gücləndirmişik. ATƏT-in Minsk qrupu görüşlərin keçirilməsi sonradan xarici işlər naziri səviyyəsində ilkin razılaşmaların əldə edilməsi istiqamətində səylərini artırıb. Problemin nə vaxt həll olunacağını demək çətindir lakin, Azərbaycan bu məsələdə öz hüqqularından əl çəkmək fikrində deyil. Ermənistan dərk edir ki, münaqişənin uzadılması Azərbaycandan daha çox onun özünə zərər vurmaqdadır. Vaxtilə Ermənistanda Azərbaycana simpatiyanı açıq şəkildə bildirmək ölümə bərabər idi, bu gün isə oradan Azərbaycana gəlmək istəyən ermənilərin sayı hesabsızdır.

"Azərbaycanda heç nəyi gizlətmək mümkün deyil, mətbuat, sosial şəbəkə azaddır"- Aydın Mirzəzadə ilə MÜSAHİBƏ
ATƏT-in münaqişələrin həlli istiqamətində mövqeyini necə qiymətləndirirsiniz?

ATƏT-in münaqişələrin həlli istiqamətində mövqeyi kifayət qədər fəal və prinsipial deyil. Onun bir nömrəli vəzifəsi təşkilata üzv olan ölkələrin təhlükəsizliyi istqamətində tədbirlər görməkdir. Azərbaycanın təhlükəsizliyi isə Ermənistan tərəfindən pozulur və ATƏT bu məsələdə çox prinsipial mövqe tutmalıdır. Təəsüf ki, ATƏT sadəcə olaraq Minsk qrupu yaratmaqla, problemin həllini üç həmsədr ölkəyə mandat verməklə öz vəzifəsini bitmiş hesab edir. Hansı ki, başqa situasiyada Ermənistan kimi hərəkət edən dövlətlərə qarşı sanksiyalar tətbiq edilərdi, o təşkilatdan çıxarılardı, onun qanuna zidd hərəkətlərinə hüquqi qiymət verilərdi. Burada biz ikili standartın mahiyyətini görürük. Azərbaycan belə zəif mövqe ilə əlbəttə ki, razılaşmır. Daima ATƏT-ə üzv olan ölkələrə biz mövqeyimiz barədə fikrimizi bildiririk.

Azərbaycanda şəhidlərimzin sayının gizlədilməsi ilə bağlı vaxtaşırı mətbuatda məlumatlar yer almaqdadır. Bu cür informasiyaları nə dərəcədə həqiqətə uyğun hesab etmək olar?

Bunun arxaslnda xarici qüvvələr konkret olaraq Ermənistan xüsusi xidmət orqanlarının fəaliyyəti dayanır. Mən özüm sosial şəbəkədə daima fəaliyyət göstərirəm. Bəzən bizim düşüncəmizə, dəyərlərimizə zidd olan amma çox təmiz Azərbaycan dilində yazılan şərhlər görürəm. Araşdırdıqda isə bunun İrəvanda hansısa kabinetdə sadəcə olaraq Azərbaycan dilini yaxşı bilən bir insanın yazdığı və yaydığı məlum olur. Həmin xəbərlər xaricdən hazırlanan məlumatlardır. Bu gün Azərbaycanda heç nəyi gizlətmək mümkün deyil. Mətbuat, sosial şəbəkə azaddır. İstənilən bir informasiya bütün Azərbaycanın məlumatına çevrilir. Hətta tanınmamış bir şəxs müəyyən bir mahnı ilə məşhurlaşa bilir.

Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə, Pakistan xarici işlər nazirlərinin ilk üçtərəfli görüşü keçirildi. Sizcə bu üçlü formatların Azərbaycan üçün əhəmiyyəti və faydası nədən ibarətdir?

Son dövrlərdə Azərbaycanın təşəbbüsü ilə üçlü formatda qonşu dövlətlərlə görüş keçirilir. Azərbaycan- Rusiya, Azərbaycan -Türkiyə, Azərbaycan - İran son dövrdə isə Azərbaycan -Türkiyə - Pakistan formatında görüşlər keçirilir. Bu ölkələr bir-birinə yaxın, beynəlxalq aləmdə eyni siyasət aparır. Onlar bir-birinin problemlərini yaxın qəbul edir və onun həllinə dəstək olur. Yekun bəyanatdan bildirildiyi kimi bu ölkə xarici işlər nazirlərinin görüşü mütəmadi olacaq. Bundan sonra ölkələr əməkdaşlıq sahələrini daha da genişləndirəcək. Dövlətlər arası münasibətlərdə elə bir sahə yoxdur ki, onlar həmin sahədə əməkdaşlıq edə biməsin. Bu əməkdaşlıq dostluq əlaqələrini möhkəmlənidirir, hansısa bir gözlənilməz problemin qarşısını alır, digər tərəfdən bu iqtisadi cəhətdən də səmərəlidir. Qarşılıqlı investisiyanın qurulması, ümumi bazanın yaradılması, xaricə birgə məhsul istehsalı çıxarılması kimi əməkdaşlıq əlaqələri yarana bilər.

Brüsseldə ölkə başçısı İlham Əliyevin iştirakı ilə "Şərq Tərəfdaşlığı" sammiti keçirildi. Sammitin ölkəmiz üçün əhəmiyyətini necə qiymətləndirirsiz?

Bu iki tərəfli maraqlara xidmət edən əməkdaşlıq formasıdır. Avropa Birliyi sərhədləri yaxınlığında yerləşən ölkələrlə sıx münasibətdə olmasında Avropa dəyərlərinin yayılmasında maraqlıdır. Bu 6 ölkənin hər biri Avropaya daha yaxın olmaqda viza rejiminin aradan qaldırılmasında, investisiyaların qoyulmasına maraq göstərir. Cənab Prezidentimiz ilk gündən hər bir ölkənin Avropa Birliyi ilə xüsusi bir müqavilə imzalamasını təklif etdi. Həmin dövrdə Avropa Birliyi bunu qəbul etmədi. Son dövrdə isə Cənab Prezidentimizin etdiyi təklifi dəstəklədi. Sammitdə iştirak Azərbaycanın Avropa ilə sıx münasibətdə olma marağını ortaya qoydu və Azərbaycanın bu gün sivil, demokratik hüquqi dövlət olduğunu vətəndaşlarının hüquqlarının qorunması üçün ciddi addımlar atdığını göstərir. Həm də Azərbaycan iki tərəfli əməkdaşlığın dərinləşməsində marağının olduğunu göstərir. Eyni zamanda biz Avropa Birliyinə ağrılı problem olan Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal altında saxlanılması məsələsinə ciddi reaksiya verməsini gözləyirik. Ermənistanın beynəlxalq hüquq normalarını tanımaması bu gün Azərbaycana böyük problemlər yaradır. Regionda təhlükəsizliyi sual altında qoyur, stabilliyi pozur. Biz istərdik üzvü olduğumuz əməkdaşlıq təşkilatları bu məsələyə ciddi diqqət yetirsinlər. Azərbaycanın həmin sammitdə iştirakı milli maraqlarımızın yüksək səviyyədə qorunması, ölkəmizin dünyada gedən proseslərdə fəal iştirak etdiyini, öz mövqeyinin olmasını, müstəqilliyini daima qorumaq əzmində olduğunu nümayiş etdirir.


Beynəlxalq təşkilatların ölkəmizə qarşı ikili mövqedə olmasının arxasında konkret olaraq kimlər dayanır?

Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma ərazi bütövlüyümüzü tanıyan ölkəyə qarşı ciddi addımlar atmaq istəmirlər. Görünür ki, hansısa dairələr situasiyanın belə qalmasında maraqlıdırlar. Azərbaycanın güclənməsindən ehtiyat edirlər. Yaxud da Ermənistandan bir kart kimi istifadə edirlər. Bu heç də uzaqgörən siyasət deyil, və bunu həyata keçirən həmin qüvvələrin özünün maraqlarına ciddi ziyan vurur. Erməni faktorundan istifadə edilməklə regionda mürəkkəb vəziyyət yarandı. Ermənistan özü özününü düşüncəsiz liderlərinin girovuna çevrildi. Bu günki kasıbçılıqda, öz övladını cəbhə xəttində itirnək təhlükəsi ilə yaşamaq ləyaqəli hərəkət sayıla bilərmi? Ermənistan vətəndaşları bu gün ölkədən kütləvi şəkildə köçüb gedirlər. Bu dövlətin gələcəyini təmin edə bilərmi? Dağlıq Qarabağ məsələsi Ermənistanda demoqrafiyaya çox ciddi ziyan vurur. Onlar bunu qulaq ardına vurdu. Bir müddət əvvəl Serj Sarkisyan bunun çox ciddi problem olduğunu 2040-cı ilə qədər əhalinin 4 milyon nəfərə çatdırılmasının vacibliyini vurğulamışdı. Sarkisyan hər mövzuda olduğu kimi bu məsələdə də çox böyük səhvə yol verdi. Məgər əhalinin artırılması proqram qəbul etmək yaxud tapşırıqladırmı? Dövlət öz vətəndaşına qayğı göstərmirsə, onun təhlükəsizliyini təmin etmirsə, gələcəyə yaşamının əsası olan cavan oğlanlarını cəbhə xəttində qırdırısa, cavan qızlarına sabah ailə qurmama təhlükəsi yaradırsa hansı 4 milyondan söhbət gedə bilər. Yəni, bu gün müəyyən dairələr Azərbaycana qarşı ikili standartlar həyata keçirir. Bəlkə də istədikləri ondan ibarətdir ki, Azərbaycan dünyadan incisin və izolyasiyaya düşsün, Azərbaycan hansısa dövlətlərlə münasibəti pozsun, demokratiyadan üz döndərsin, lakin bunlar olmayacaq. Biz müasirlik, demokratiya, müstəqillik, insan hüquqlarnın qorunması yolu ilə gedərək öz haqqımızı həmişə müdafiə etməyə çalışacağıq.

Məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin dəyişilməsinə ehtiyac varmı?

Bu günə qədər hansısa cinayətdə şübhəli bilinən şəxsin məhkəməyə qədər həbs edilməsi yaxud da azadlıqda saxlanılması ilə bağlı hüquqlar var idi. Təəssüf ki, həmin şəxslərin həbsdə saxlanması kütləvi şəkildə istifadə edilib. İndi isə o mürəkkəbləşdirirlir. Artıq müstəntiqin kiminsə həbsə alınması üçün cəza istəməsi çətin olacaq. Bunun müsbət tərəfləri odur ki cəmiyyət üçün təhlükəli olan cinayətkar, və düşüncədən yaxud qeyri düşüncədən cinayət törədib amma cəmiyyət üçün təhlükəli olmayan şəxslər məlum olacaq. Onların həbsdə saxlanılmasının heç bir xeyri yoxdur. Onun stressini özündən çox ailəsi çəkir. Ailənin maddi vəziyyəti çətinləşir. Üçüncü isə dövlət onu saxlamaqla bağlı müəyyən xərclər çəkir. Bunu etməklə biz cinayət qanunvericiliyini humanistləşdiririk. Bundan başqa Azərbaycanda həbsin yeni növü qolbağ taxılmaqla müəyyən ərazi məhdudiyyəti qoyulmaqla ev şəraitində dustaqlıq növü mövcuddur. Həmin şəxs müəyyən ərazini tərk edə bilmir və qolbağını çıxardığı halda artıq həbs alacaq. Təbii ki bu qanunun pozulmaması düşüncənin formalaşmasına, ailənin möhkəmlənməsinə gətirib çıxaracaq.

"Azərbaycanda heç nəyi gizlətmək mümkün deyil, mətbuat, sosial şəbəkə azaddır"- Aydın Mirzəzadə ilə MÜSAHİBƏÖlkəmizdə korrupsiya sahəsində görülən tədbirləri qənaətbəxş hesab etmək olarmı?

Korrupsiya ilə mübarizə ancaq cinayətdə şübhəli bilinən şəxsin həbsə alınması deyil. Proses əvvəldən elə qurulmalıdır ki, korrupsiya halı baş verməsin. Sahibkarlığın inkişafına dəstək, ASAN xidmət sisteminin yaradılması insanların arayışı və müəyyən sənədi rahat şəkildə almasına şərait yaradır. Burada korrupsiya ilə bağlı şəraiti yoxa çıxıb. Korrupsiya şübhəsi olan məsələlərin öncədən yoxlanılması aparılır. Hesablama Palatasının mövcudluğu vaxtaşırı dövlət orqanlarının yoxlanmasının korrupsiya şübhələrinin aradan qaldırılmasına səbəb olur. Prokurorluq yanında Korrupsiya ilə bağlı mübarizə idarəsi bu məsələləri diqqətdə saxlayır

Bu istiqamətdə qəbul edilmiş qanunlar mövcududur. İndiki qanunlar korrupsiya ilə mübarizə aparılmasına kifayət edir.

Aysel Kərimova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1641   Tarix: 19 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021