Qubanın dağlıq ərazilərindəki yollarda hərəkət çətinləşib - FOTO

Qubanın dağlıq ərazilərindəki yollarda hərəkət çətinləşib - FOTOŞimal bölgəsinə qarın yağması ilə əlaqədar Quba rayonunun dağlıq kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Azəravtoyol" ASC-nin yerli idarəsinin canlı qüvvəsi və texnikaları Quba-İspik-Xınalıq və digər istiqamətlərdə yolları qardan təmizləsə də, sürücülər ehtiyatlı olmalıdırlar. Xüsusilə axşam saatlarında dağlıq ərazilərdəki yollardan mümkün qədər istifadə etməmək tövsiyə olunur. Saat 17:00-dan sonra bu yollarda donma müşahidə edilir.

"Azəravtoyol" ASC-nin sahə rəisi Bilal Sultanov bildirib ki, dağlıq ərazilərə güclü qarın yağması yollarda avtomobillərin hərəkətini çətinləşdirsə də, həmin istiqamətdəki kəndlərə gediş-gəlişdə məhdudiyyət yaranmayıb. Quba-İspik-Xınalıq yolunun bəzi yerlərində qar örtüyünün hündürlüyü 10 santimetrdən çoxdur.

Sahə rəisi deyib ki, 57 kilometr uzunluğundakı yolda qış günlərində nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək üçün bir sıra qabaqlayıcı tədbirlər görülüb. Yolun eniş-yoxuşlu və sərt döngələr olan ərazilərinə səpilmək üçün qum-duz qarışığı yığılıb. Bununla yanaşı, baş verə biləcək qar uçqununun fəsadlarının dərhal aradan qaldırılması üçün ağır texnika və işçilərdən ibarət növbətçi briqadalar təyin olunub.

Hazırda Xınalıq və digər ucqar kəndlərdən rayon mərkəzinə və əks istiqamətdə nəqliyyat vasitələri maneəsiz hərəkət edir.
Qubanın dağlıq ərazilərindəki yollarda hərəkət çətinləşib - FOTOQubanın dağlıq ərazilərindəki yollarda hərəkət çətinləşib - FOTOQubanın dağlıq ərazilərindəki yollarda hərəkət çətinləşib - FOTOQubanın dağlıq ərazilərindəki yollarda hərəkət çətinləşib - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 961   Tarix: 08 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021