Qurban Qurbanov: "Bu sualın konkret cavabı yoxdur"

Qurban Qurbanov: "Bu sualın konkret cavabı yoxdur""Çempionatın son oyunu idi. Çox istəyirdik ki, qalib gələk. Hər şey bizim tərəfimizdə oldu. Uşaqlar qalib gəlmək üçün əllərindən gələni etdilər. Futbolçuları təbrik edirəm. Texniki səhvlərimiz, top itkilərimiz oldu. Ancaq əsas odu ki, 3 xal qazandıq. Samir Əliyevə gələcək oyunlarda uğurlar arzulayıram".

Sonxeber.az goal.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov IV turdan təxirə salınmış "Səbail"lə səfər oyunundan sonra mətbuat konfransında deyib.

Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Rəşad Sadıqov ilk hissənin ortalarında zədələnsə də, onu ikinci hissədə əvəzlədiniz...
- İlk öncə ciddi bir şey görünmürdü. Lakin ikinci hissədə vəziyyətinin nisbətən pisləşdiyini görüb, əvəzləmək qərarına gəldim.

- Bu gün mövsümboyu az oynamış oyunçulara şans verdiniz. Bunu onlara verilmiş son şans kimi dəyərləndirmək olar?
- Komanda Romadan yorğun qayıtmışdı. Bu, birinci dəfə deyildi. Əvvəllər də belə etmişdik.

- Sizcə, yeni oyunçulara ehtiyac var?
- Əvvəlki fikrimdə qalıram. Futbol elə oyundur ki, burada hər şey baş verə bilər. Qışda bir neçə mövqedə dəyişiklik etmək istəyirəm. Danışıq apardığımız oyunçular var.

- Bu, o deməkdir ki, bəzi oyunçular göndəriləcək?
- Qışda olmasa belə, yayda dəyişikliklər olacaq.

- Klubunuzun başqanı Tahir Gözəl "Qarabağ"ın gələcəyi ilə bağlı açıqlamasında yerli oyunçulara daha çox şans veriləcəyini, gəncləşdirmə siyasəti aparılacağını deyib. Bu, sizi narahat etmir?
- Düzü, həmin açıqlamanı oxumamışam. Biz həmişə gənclərin heyətə cəlb edilməsinin tərəfində olmuşuq.

- Anton Kanibolotskini komandaya nəyə gətirmişdiniz?
- Bu sualın cavabı yoxdur. Avropanın ən böyük klublarında da eyni səviyyəli iki qapıçı olur. Çempionat oyunlarına baxsaq, Kanibolotski daha çox oynayıb, nəinki digərləri. Onu komandaya niyə gətirdiyimə gəlincə, eyni səviyyəli qapıçıya ehtiyac var idi. Avrokuboklarda ikinci qapıçı kimi həmişə Kanibolotski olub, Şahruddin Məhəmmədəliyev yox. Şahruddinə çempionatda daha çox şans verməyim isə əsasən, limitlə bağlıdır. Bir də deyirəm: Bu sualın konkret cavabı yoxdur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1005   Tarix: 09 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12 aprel
.

Son mübarizəsində ayağı qırılan Makqreqor oktaqona qayıdır - VİDEO

Məşhur irlandiyalı qarışıq döyüş sənəti (MMA) ustası, iki çəki dərəcəsində UFC çempionu Konor Makqreqor tezliklə oktaqona qayıdacağını açıqlayıb. Bu barədə o özünün "X" sosial şəbəkə hesabında paylaşıb. "Tezliklə", - deyə Makqreqor bildirib. Qeyd edək ki, 34 yaşlı Makqreqorun so

7 aprel
.

Haalandın təzminat məbləği AÇIQLANDI

İngiltərə çempionu "Mançester Siti"nin 23 yaşlı norveçli hücumçusu Erlinq Haalandın müqaviləsindəki təzminat məbləği 175 milyon avrodur.  xarici mediaya istinadla bildirir ki, onun müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Bu mövsüm Erlinq Haaland 37 matçda iştirak edib, 30 qol vurub və 6 məhsulda

11 aprel
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12 aprel
.

Kriştiano Ronaldo iki oyunluq cəza alacaq

Portuqaliya millisinin və "Əl-Nəsr"in klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında "Əl-Hilal"la oyunda (1:2) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki oyunluq cəzalandırılacaq. -in xəbərinə görə, bu barədə "Asharq Al-Awsat"

16 aprel
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14 aprel
.

Mbappedən mövsümün rekordu

PSJ-nin hücumçusu Kilian Mbappe bu mövsüm bütün turnirlərdə 40-dan çox qol vuran ilk avropalı olub. "Qafqazinfo" xəbər verir ki, Fransa millisinin üzvü son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə oyunda dubl edib. 25 yaşlı forvard ümumilikdə 42 matçda (24-

17 aprel
.

Messinin oğlu bir oyunda 5 qol vurdu - VİDEO

Səkkiz qat "Qızıl top"un sahibi Lionel Messinin ortancıl oğlu "İnter Mayami" uşaq komandası ilə oyunda komandasına beş qol vurub. xarici KİV-ə istinadla bildirir ki, qollardan birini cərimə zərbəsindən qapıya göndərən Mateo, sevincini atası kimi öpüş göndərməklə qeyd edib. Qeyd edə

17 aprel
.

"Neftçi"nin hücumçusuna ağır cəza

AFFA İntizam Komitəsi "Neftçi-2"nin futbolçusu Ağadadaş Salyanskini 4 oyunluq cəzalandırıb. "Qafqazinfo" xəbər verir ki, buna oyunçunun Əvəzedicilər Liqasında "Sumqayıt-2" ilə matçın 90+5-ci dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyin

9 aprel