İcra başçısı məhkəmə qarşısında - NƏLƏR DANIŞDI?

İcra başçısı məhkəmə qarşısında - NƏLƏR DANIŞDI?Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş prezident Ayaz Mütəllibovun mətbuat katibi işləmiş, dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun cinayət işi üzrə məhkəmə prosesinə cəlb edilən Ağdam rayon icra başçısı Raqub Məmmədovun ifadəsi məlum olub.

Sonxeber.az qafqazinfo-ya istinadən bildirir ki, hakim Eldar Mikayılovun icraatında olan prosesdə R.Məmmədov dəfələrlə məhkəməyə ifadə vermək üçün çağırılsa da, o, bundan imtina edərək teleqram göndərib və istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib.

Bəs icra başçısı R.Məmmədov istintaqa nələr danışıb?

Rayon başçısı şahid kimi dindirildiyi epizodlarla bağlı prosesdən məlumatlı olduğunu deyib və T.Fətişoğlunu sayt rəhbəri kimi tanıdığını bildirib:

"Teylor rayondakı tədbirlərdə iştirak edib, bunu saytında yayımlayırdı. Sonrada eşitdim ki, mənim adımdan camaatı aldadıb. Bir dəfə İsmayıl Məmmədovla birgə mənim yanıma gəldi. Onu anasının qohumu kimi təqdim edib İmamqulubəyli qəsəbə nümayəndəliyində ona iş verməyimi xahiş etdi. Mən də ona bir iş tapacağımı dedim. Bir müddət sonra İsmayıl tək gəlib məndən işi soruşdu, hələlik vakant yer olmadığını dedim. Sonra eşitdim ki, Teylor mənim adımdan ondan pul alıb. İsmayılı İcra Hakimiyyətinə çağırdım, ətrafdakıların yanında soruşdum ki, Teylor Fətişoğluna vəziyə üçün pul vermisənmi? İsmayıl "xeyr" dedi, mən də ona xəbərdarlıq etdim ki, bu məqsədlə kiməsə pul versə, ona heç bir vəzifə verməyəcəyəm. Bu məsələ beləcə qapandı.

Bir müddət sonra rayonun Üçoğlan kənd sakini Rafil Hətəmov gəlib mənə dedi ki, Su-kanal idarəsinə rəis təyin olunmaq üçün Teylora 35 min manat verib. Ondan əvvəl Teylordan telefonla mənə zəng edərək bunu xahiş etmişdi. Mən ona cavab verib demişdim ki, həmin idarəyə "Azərsu" rəhbərliyi Vüqar Qəhrəmanovu təyin edib. O ərəfədə Teylor öz saytında Vüqar haqda xoşagəlməz məlumatlar yayırdı. Teylor Rafilə də deyib ki, 35 mini guya mənə verib. Məsələyə aydınlıq gətirmək üçün elə Rafilin yanında Teylora zəng etdim. Ona dedim ki, Rafili niyə aldatmısan, o da mənə dedi ki, pulu onu vəzifəyə təyin etdirmək üçün yox, borc kimi alıb və 10 günə qaytaracaq. Mən Rafilə məsləhət görmüşdüm ki, hüquq-mühafizə orqanlarına müraciət etsin. Teylorun dediklərini Rafilə çatdırdım. O vaxtdan da Teylorla münasibətlərim pisləşdi, onun haqda rayon prokuroruğuna məlumat verdim".

Qeyd edək ki, T.İbrahimov (Fətişoğlu) sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olub və bir neçə il Moskvada mühacirətdə yaşayıb. Teylor Fətişoğlu külli miqdarda pul aldığı şəxsləri vəzifəyə düzəldəcəyini vəd edirmiş. Zərərçəkənlərdən biri, İsmayıl Məmmədov icra nümayəndəsinin müavini təyin olunması müqabilində T.İbrahimova 5 min manat verib: "Dəfələrlə başçının qəbulunda oldum, mənə "sən öl" vurub dedi ki, Teylor işi həll edəcək. Raqub Məmmədov deyirdi ki, məni müavin yox, elə nümayəndə qoyacaq"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2053   Tarix: 10 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021