İcra başçısı qanunsuz hasarladığı ərazidə pivə zavodu tikdirmək istəyir – İDDİA – FOTO

İcra başçısı qanunsuz hasarladığı ərazidə pivə zavodu tikdirmək istəyir – İDDİA – FOTOBakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Xəzər rayonu Mərdəkan şosesinin yaxınlığında yerləşən torpaq sahəsinin qanunsuz hasara alınması ilə bağlı sorğumuza cavab versə də, ancaq həmin əraziyə cavabdeh olan Xəzər rayon İcra Hakimiyyəti hələ də susur. Hətta, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinin müdiri Anar Bayramov sözügedən torpaq sahəsinin hasara alınmasından xəbərsiz olduqlarını bildirib:

"Xəzər rayonu Mərdəkan şosesinin yaxınlığında yerləşən torpaq sahəsinin hasara alınması barədə elektron müraciətinizə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılıb. Bununla əlaqədar bildiririk ki, torpaq sahəsinin hasara alınması barədə Komitəyə hər hansı məlumat daxil olmayıb".
İcra başçısı qanunsuz hasarladığı ərazidə pivə zavodu tikdirmək istəyir – İDDİA – FOTOBakı şəhər İcra Hakimiyyətindən əldə etdiyimiz məlumata görə, sözügedən hasarlanma aparılan zaman Bakı meriyasına da məlumat verilməyib.

Görünür ki, dövlət başçısının hər gün gedib-gəldiyi yolun üzərində yerləşən həmin ərazinin qanunsuz hasarlanması ilə bağlı məsələnin mətbuatda işıqlandırılmasında Xəzər Rayon İcra Hakimiyyəti başçısı cənab Gülağa İslamov şəxsən özü maraqlı deyil. Əks təqdirdə bir həftə öncə etdiyimiz elektron sorğumuza Xəzər rayon İcra Hakimiyyətindən cavab verilərdi.

Necə olur ki, Xəzər rayonunda bir metr yeri hasarlayanda və yaxud daşı daş üstünə qoymamış, rayon İcra Hakimiyyətinin nümayəndələri dərhal peyda olurlar, ancaq Mərdəkan şosse yolunun Xəzər rayonunun Qala qəsəbəsinin girişində, hava limanı yolunun üzərində yerləşən hektarlarla torpaq sahəsinin qanunsuz şəkildə zəbt edilərək hasarlanmasını icra başçısı görməzdən gəlir.

İcra başçısı qanunsuz hasarladığı ərazidə pivə zavodu tikdirmək istəyir – İDDİA – FOTOGörünür, həmin ərazi ya icra başçısı Gülağa İslamovun göstərişilə hasarlanıb, ya da onun tərəfindən bu qanunsuz hərəkətlərə bilərək göz yumulur. Bu məqamda Qala sakinlərinin icra başçısı Gülağa İslamovla bağlı iddiaları özünü doğrultmuş olur. Çünki biz həmin ərazidə çəkiliş aparan zaman sakinlər bildirmişdi ki, sözügedən ərazi Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov tərəfindən hasarlatdırılıb və yerində pivə istehsalı zavodu tikiləcək. Doğrusu, həmin vaxtı biz buna inanmaq istəməmişdik. Ona görə də Xəzər rayon İcra Hakimiyyətinin məsələyə mövqe bildirməsini gözlədik. Lakin Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi elektron sorğumuza cavab versə də, Xəzər rayon İcra Hakimiyyətindən hələ də heç bir cavab yoxdur. Bəs bu susqunluq nə qədər davam edəcək?

PressClub.Az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4305   Tarix: 15 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021