"Belə şəxslər orduya iftira atır" - General
Artıq Silahlı Qüvvələrimizin şəxsi heyətinin 70 faizi peşəkar hərbi qulluqçularla komplektləşdirilib. Həmçinin müdafiə nazirinin əmri ilə təkcə son üç ildə əsas döyüş təminatını müəyyən edən vəzifələrə 20 min nəfərədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qəbul edilib.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ordu.az saytına müsahibəsində Azərbaycanın müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev deyib. K.Vəliyev bildirib ki, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları olmaq istəyən şəxslərin hərbi xidmətə qəbulu prosesi mərkəzləşdirilmiş qaydada və tam şəffaf şəkildə aparılır. Qəbul vaxtı əsas diqqət namizədlərin sağlamlığı, fiziki və peşə hazırlığı, ümumi bilik səviyyəsi, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinə yetirilir.
"Silahlı Qüvvələrin savadlı, mənəviyyatca dayanıqlı və fiziki cəhətdən inkişaf etmiş gənc zabitlərlə komplektləşdirilməsi məsələsi komandanlığın daim diqqət mərkəzindədir və bu baxımdan tələblərə cavab verməyənlər hərbi xidmətdən dərhal kənarlaşdırılır. Bəzən məhz belə şəxslər ordumuz barəsində əsassız iradlar və həqiqətə uyğun olmayan subyektiv mülahizələr irəli sürməyə çalışırlar. Xoşbəxtlikdən belələrinin sayı çox azdır. Onlar ictimai fikrə təsir etmək imkanından belə tam məhrumdurlar. Təəssüflər olsun ki, ordumuza düşmən olanlar və onların tərəfdarları məhz belələrini öz təbliğatlarında bizə qarşı istifadə etməyə çalışırlar. Amma həmişə olduğu kimi müdrik xalqımız belə iftiralara məhəl qoymur".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 1364 Tarix: 15 dekabr 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşLaçın şəhəri MDB-nin mədəniyyət paytaxtı ola bilər
Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu verilə bilər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin "X" hesabında paylaşım edilib. Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə Müstəqi
12 aprelErmənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq? - VİDEO
Qazaxın işğal altında qalan kəndləri ilə bağlı Ermənistan tərəfinin qeyri-müəyyənliyi davam edir. Ölkə müxalifəti bir yana, hökumətin özündə də bu barədə yekdil fikir yoxdur. Bununla yanaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anklavlarla bağlı müzakirələrin getmədiyini deyib. Ümumiyyətlə
12 aprelQərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib
Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin
11 aprelCeyhun Bayramov Belarusa səfər edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər
11 aprelİrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib
Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib. Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsini
15 aprel