12 ildir ermənilərlə mübarizə aparan Çıraqovlar kimdir? - VİDEO - FOTO

12 ildir ermənilərlə mübarizə aparan Çıraqovlar kimdir? - VİDEO - FOTO"Laçından çiçəklər gətirmişik. Onu qurudub 25 ildir ki, 12 vərəqli dəftərin içində saxlayırıq. Öz həyətimizin çiçəkləridir. Hər rəhmətə gedənimizin üstünə o çiçəklərdən birini qoyuruq. Çiçəklərin çoxu azalıb. Elə olub ki, uşaqlar açıb dəftərə baxanda yarpaqlar sürüşüb yerə düşüb. Çünki uşaqlar onun qiymətini bilmir"

Bunları 25 ildir, Laçından uzaq qalan, bu günlərdə təmsil etdikləri soyadla bağlı işlə yenidən gündəmə gələn Adışirin Çıraqovun həyat yoldaşı Nübar Çıraqova bizimlə söhbətində deyir.

Onlar kənddən didərgin düşəndə böyük qızı 10-cu sinifdə, oğlu 9-cu sinifdə, evin sonbeşiyi isə 3-cü sinifdə təhsil alırmış. Ailənin böyük övladının Tibb Universitetində təhsil almaq arzusu olduğundan həyətdən çiçəklərin yarpaqlarını yığıb saxlayırmış.

"Laçından çıxmağımız bizi çox şeydən geridə qoydu. Oğlum riyaziyyatı çox yaxşı bilirdi. Burada gəlib ali təhsil ala bilmədi. Evimiz dolanışıqsız qaldı. Laçın heç yaddan çıxılası dərd deyil. Bu, ancaq balaca uşaqların yadından çıxar. İnsan havayla, suyla yaşayır. Burada sanki havasız, susuzuq. Düzdür, Azərbaycanın hər yeri vətəndir. Amma insana doğulduğu yer vətəndir. Biz o torpaqda böyümüşük, yaşamışıq. Ona görə o torpaq bizə daha çox əzizdir", - deyə N. Çıraqova bizimlə söhbətə davam edir.

Çıraqovlar ailəsi 1992-ci ildən Bakıda məskunlaşıb. Hazırda Xətai rayonunun NZS qəsəbəsində yaşayırlar. Onlar Ermənistana qarşı haqq mübarizəsi aparırlar. Dağılmış mülklərinin, məcburi köçkün həyatı yaşamaqlarının maddi və mənəvi təzminatını Ermənistandan tələb edirlər.

Buna görə də artıq 12 ildir ki, bu soyadın sorağı nəinki Azərbaycan ictimaiyyətinə, bütün Ermənistana və Avropaya tanışdır.

70 yaşlı Adışirin Çıraqov, onun qardaşı 67 yaşlı Elxan Çıraqov və daha dörd nəfər şikayətçi "Çıraqov və başqaları Ermənistana qarşı" adlı işlə Ermənistanı Avropa İnsan Haqları Məhkəməsində get-gələ salıblar.

Bu günlərdə məhkəmə onların hər birinə 5 min avro vəsait ödənilməyi haqda qərar qəbul edib.

Milli.Az xəbər veirr ki, qafqazinfo məşhur Çıraqovlar ailəsinə baş çəkib. Ailənin böyüyü Adışirin Çıraqovla bu müddət ərzində apardığı mübarizədən danışıb.

- Çıraqovlar kimdir? Bu az rast gəlinən soyadın tarixçəsi barədə nə deyə bilərsiniz?

- Laçın rayonunda Çıraqlı kəndi var. Bizim babamızın adı Çıraq olub. Kəndin də də adı buradan götürülüb. Onun dörd oğlu olub. Həsən adlı oğlunun nəvəsinin də adı Çıraq olub. Biz həmin şəcərədənik. Bu soyadı bu gün də saxlayırıq. Bizim nəvələrimizdən də bu soyadı daşıyanlar var. İndi bu işin adının da Çıraqovlar adlanması hakimlərin seçimidir. Biz iddianı verəndən 1 il sonra məlum oldu ki, artıq ərizəmiz icraata götürülüb.

- Necə oldu ki, məhz 6 nəfər Ermənistanın sizə vurduğu ziyanla bağlı Avropa İnsan Haqları Məhkəməsinə üz tutdu? Çünki ölkədə 1 milyondan çox məcburi köçkün və qaçqın var. Ancaq bunu siz etdiniz...

- 6 nəfərin sayını da biz əvvəldən planlaşdırmamışdıq. Londonda yaşayan Kerim Yıldız adında bir vəkil var. O, Azərbaycana gəlmişdi. Təsadüfən tanış olduq. Bizim vəziyyətimizlə maraqlandı. Dedik ki, hökumətlə problemimiz yoxdur. Məcburi köçkünlüyün ilk aylarında bizə 3 aylıq əməkhaqqı məbləğində yardım olundu. Bu günə kimi də çörəkpulu deyilən pulla bizi təmin edirlər. Ancaq Ermənistan dövləti bizi qaçqın və məcburi köçkün vəziyyətinə salıb. O da dedi ki, iddia ərizəsini yazın, sizin məsələnizi məhkəmədə qaldıracağam. Əvvəl onun qabiliyyətinə çox da bələd deyildik. 12 vərəqli şagird dəftərinin vərəqlərinə hərəmiz bir ərizə yazdıq. İndi rəhmətə gedən Qara Cəbrayılov heç ərizə də yaza bilmirdi. Elə Laçındakı evinin ünvanı, əmlakı barədə məlumat verdi. 1 il sonra gördük ki, "Çıraqov və başqaları Ermənistana qarşı" adlı mülki iddia Avropa İnsan Haqları Məhkəməsində qaldırılıb. 6 nəfərdən biz-iki qardaş, iki əmioğlu Çıraqlı kəndindənik. Akif Həsənov və Fəxrəddin Paşayev isə qonşu kəndlərdəndir.

- Kənddə necə bir mülkünüz var idi? Təsvir edə bilərsinizmi?

- Həyəcandan o təsviri olduğu kimi vermək qeyri-mümkündür. Kəndimizdə vaxtaşırı atışmalar gedirdi. Bir gün xəbər gəldi ki, Laçın dəhlizi bağlanıb. Laçından Azərbaycana yeganə çıxış Qubadlı rayonundandır. O da kəsilib, şəhər tutulur. Bütün kəndlər mühasirədə qalır. Bizim kənd Dağlıq Qarabağla yox, respublika Ermənistanla həmsərhəd idi. Ona görə biz Laçına çatmaqdan ötrü 50 km-dən çox məsafə gəlirdik ki, rayondan Qubadlı yoluna düşək. Laçının 70 faiz kəndləri özündən yuxarı zonada-Kəlbəcər, bir də Ermənistanın Gorus, Sisyan rayonları ilə həmsərhəd idi. Onların vəziyyəti qaçqınlıq vaxtı daha çətin idi. 1992- cilin may ayının 17-də ayağı yer tutan piyada, tutmayan isə maşınla kənddən çıxdı. Əhalinin bir qismi Kəlbəcər yolu ilə, bir qismi Laçından Qubadlı, Cəbrayıl ərazisinə gəlib çıxdı.

Ermənilər belə iddia qaldırırdılar ki, guya, ümumiyyətlə Laçında bu adda kənd yoxdur. Biz də sputniklə çəkilişdə öz evlərimizin yerini işarələmişik. Vəkilin təkidi ilə vertolyot Laçın səmasına çıxıb. Bizim kəndin üstündə 3 dəfə fırlanırlar. Evlərimizi də çəkirlər. Biz də xəritədə onu işarələmişik. Ev dağılmışdı, amma divarları hələ qalırdı. Mənim evim iki mərtəbəli idi. Qapımda maşınım var idi.

Malımızı, mülkümüzü dəyərləndirmək bizim öz arzumuzla deyil. Deputat Xanhüseyn Kazımlının rəhbərlik etdiyi komissiya bu işdə bizə kömək etdi. Yazdığımız əmlakların hamısı həmin qurum tərəfindən qiymətləndirilib.

- Bildirilir ki, bu sizə ödənilməli olan məbləğ Avropa İnsan Haqları Məhkəməsində şikayətçi tərəfə ödənilən ilk belə kiçik kompensasiyadır. Sizcə, niyə belə qərar verildi?

- Bizə kəsilən məbləğ Avropada süpürgəçinin bir aylıq məvacibidir. Görün onlar bizi, Azərbaycanı, bizim 12 illik mübarizəmizi, o cür mal-mülkümüzü necə qiymətləndirdilər. Halbuki gözləntimiz daha çox idi. Ermənilər hər işdə bizi pərt etmək, nömrə gəlmək hallarını çox etmişdilər.

Bəzi yoldaşlar belə güman edirlər ki, biz bunu götürməsək, məhkəmənin sonluğu Azərbaycanın xeyrinə olmaz. Biz indiyə kimi onların pulu ilə dolanmamışıq. Ancaq onlardan ziyan görmüşük.

- İndiki hissləriniz necədir? Artıq ömrün 70 ilini geridə qoymusunuz. Mübarizənizə qaldığı yerdən davam edəcəksinizmi?

- Mən 60 yaşımı keçəndən sonra hiss etdim ki, Laçını görməmiş dünyadan köçəcəyəm. Məhkəmə yekunlaşmadığına görə ikinci bir ərizə ilə müraciət elədim. Bir mənəvi iddiam da var idi. Əgər mən dünyamı Laçınsız dəyişərəmsə, 10 nəfər qohumumla bərabər ATƏT-in, Qırmızı Xaç Komitəsinin nümayəndələrinin iştirakı ilə nəşim Laçında dəfn olunsun. İldə bir dəfə anım günümdə qohumlarımın təhlükəsiz şəkildə gəlib ziyarət etməsinə məhkəmə hökm versin. Bu arzumu da məhkəmə təmin etmədi. Məhkəmə bizə təklif etmişdi ki, əgər Laçında yaşamaq istəyirsinizsə, buna qərar verə bilərik. Bizim könüllü olaraq ermənilərə əsir düşməyimizə razılıq verməyəcəyimizi məhkəmə bilmişdi. Ona görə də nəşimin Laçın torpağında dəfn olunmasına razılıq vermədilər.

- Laçında hansı peşədə işləyirdiniz?

- Mən 15 il Laçın rayonunda orta məktəb direktoru olmuşam. İki ixtisasım var. Həm riyaziyyat, həm də kimya fənnini tədris edirdim. Bu 15 il ərzində direktorun aldığı məvacib hamıya məlumdur. Bu dolanışığımın, məvacibimin məbləğində mənə görün nə qədər məvacib təyin ediblər. Avropa başqa insanlara insanlıq dərsi keçir. Bu qərarı verənlərə dünyanın ən aşağı səviyyəli insanı kimi baxıram.

- Bakıya gələndən sonra pedaqoji fəaliyyətinizi davam etdirmisiniz?

- Bir qaçqın məktəbi açılmışdı. Orada 4 il direktor işlədim. Məktəbin yeri qış aylarında məktəblilər üçün əlverişli olmadığı üçün onu bağladılar. İndi II qrup əliləm. Oğlumun kiçik fermer təsərrüfatı var. Onunla məşğuldur.

- Ailənizin neçə üzvü var?

- Mən Laçından 3 övlad götürüb gəlmişəm. İki qızım, bir oğlum var. Ailəlidirlər. 8 nəvəm var. Böyük nəvəm 7-ci sinifdə oxuyur.

- Görürük ki, evə bitişik yeni ev tikmək istəyirsiniz. Hazırda həyətdə ustalar işləyir...

- Bəli. 8 nəfərlik ailə bu kiçik mənzildə yaşayır. Burada yerləşməyimiz çətinləşir. Buna görə də rayon rəhbərliyinin icazəsi ilə bu evi tikirəm. Rayon rəhbərliyi ev şəraitimizin yaxşılaşdırılmasına dəstək olur.

- Bundan sonra hansı hüquqi addımları atacaqsınız?

- Dünən vəkilimizlə danışdıq. Ona dedim ki, bu məbləği götürmək fikrində deyiləm. Məbləğin bu qədər kiçik olması bizi şok vəziyyətinə salıb. Bu vəziyyətimizi yüngülləşdirmək əvəzinə daha da ağırlaşdırır. Sonrakı mübarizəmizin addımlarını düşünməsini istədim. O biri yoldaşlar da pulu götürmək fikrində deyil. Düzdür, Laçın rayonu timsalında məhkəmə sübut edib ki, bizim torpaqlarımızı Dağlıq Qarabağ ordusu yox, Ermənistan Respublikasının ordusu işğal edib.

- Kerim Yıldız harada yaşayır?

- O, türkdür. Londonda yaşayır. Özünün Vəkillər Kollegiyası var.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1918   Tarix: 15 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Karvansaray" ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi "DAF" markalı yü

16 aprel
.

Əhməd azadlığa çıxır? - Hüquqşünasdan AÇIQLAMA

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

13 aprel
.

Bakıda mağazakı yanğın məhdudlaşdırılıb - YENİLƏNİB + VİDEO

Bakıda mağazada yanğın məhdudlaşdırılıb. FHN-dən -a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən "Maşın bazarı"nın ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub və mağazad

13 aprel
.

Xaçmazda məktəbdə yanğın

Xaçmazdan məktəbdə yanğın olub. Bu barədə -a FHN-dən bildirilib. Məlumata görə, Xaçmaz şəhərində ümumi sahəsi 10020 m² olan (hər mərtəbəsi 3340 m²) üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 36 m² olan 1 otağında 3 ədəd kompyuter, 2 ədəd stol və 0,5 p.m elektirik naqilləri yanıb. Məktəbi

9 aprel
.

Bakıda evdən naməlum kişi meyiti tapıldı

Bakıda evdən meyit tapılıb.  xəbər verir ki, hadisə Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. Burada evlərin birindən 50-60 yaş aralığınad olan naməlum kişi meyiti tapılıb. Onun hansı səbəbdən öldüyü hələlik  bilinmir. Araşdırma aparılır

11 aprel
.

Babası, atası və oğlu şəhid olan Arif İsmayılov vəfat etdi

Babası 1918, atası 1942, oğlu isə 1994-cü ildə şəhid olan Göyçayın Ləkçıplaq kənd sakini Arif İsmayılov vəfat edib. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Qeyd olunub ki, Arif İsmayılovun oğlu İsmayıl İsmayılov 1994-cü ildə Kəlbəcər ətrafında gedən döyüşlərdə 60-dan çox ermənini məhv edərək Qanlıkən

14 aprel
.

Ötən gün sərhəddə yaralanan baş leytenantın FOTOSU

Ötən gün dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb. "Qafqazinfo" həmin baş leytenantın fotosunu təqdim edib:

11 aprel
.

Gürcüstanda yol qəzalarının sayı rekord həddə çatıb

2023-cü ildə Gürcüstanda qeydə alınan yol qəzalarının sayı 14% artaraq rekord həddə - 55,6 minə çatıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Statistika Komitəsi məlumat dərc edib. Buna baxmayaraq, qəzalarda həlak olanların sayı 7 310 nəfərə düşüb ki, bu da əvvəlki ill

14 aprel
.

Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib

Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -a bildirilib. Vurğulanıb ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub

13 aprel