Seçki Məcəlləsinə dəyişiklik qəbul edildi
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Seçki Məcəlləsində deputatın etik davranış qaydalarını pozduğuna görə cəzalandırılmasını nəzərdə dəyişiklik layihəsinin detallarını açıqlayıb.
Komitə sədri parlamentin bu gün keçirilən iclasında deyib ki, Konstitusiyaya edilən dəyişiklikdən sonra etik davranış qaydalarının kobud pozulması ilə bağlı Milli Məclisin müvafiq qurumunun qərarı mövcuddursa, bundan sonra Mərkəzi Seçki Komissiyasının bu faktları araşdırması ciddi görünmür.
"Çünki məsələ ixtisaslaşmış qurum olan Milli Məclisin İntizam Komissiyasında müzakirə olunubsa, qərar qəbul olunubsa, bunun yenidən araşdırılması düzgün olmazdı. Bununla bağlı yeni variant hazırlandı. 175.3 maddənin 2-ci cümlə belə təklif olunur:
"MSK-nın bu barədə qərarı rəsmi dərc edildiyi gündən 10 gün müddətində həmin qərardan apellasiya şikayəti verilə bilər".
Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 6-cı və 7-ci bəndlərində də göstərilən əsaslar olduqda bu hallarla bağlı MSK-ya parlamentin rəsmi məlumatı daxil olduqdan sonra 15 gündən gec olmayaraq MSK həmin rəsmi məlumatı müzakirə edərək müvafiq qərar qəbul edir. Beləliklə, "MSK tərəfindən faktların 2 aydan gec olmayaraq müddətdə araşdırılması mütəxəssislərdən ibarət qrupların yaradılması" fikirləri çıxarılıb.
176.4-cü maddəyə 2-ci cümlə əlavə edilib. Deputatın mandatdan məhrum edilməsi haqqında MSK-nın qərarından məhkəməyə şikayət verildiyi hallarda müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər məhkəmədə baxılan işin nəticələrindən asılı olaraq təyin olunur.
Yəni, deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul olunubsa, bu qərar qüvvəyə minməyibsə, həmin dairədə seçki elan oluna bilməz, seçki keçirilə bilməz. Belə fikirlər səslənirdi ki, nə üçün deputatın mandatının ləğv edilməsinə MSK tərəfindən baxılmalıdır.
İntizam Komissiyası qərar qəbul edirsə, MSK-nın hər hansı bir araşdırma aparması üçün lüzum yoxdur".
Mənbə: modern.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 1429 Tarix: 15 dekabr 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşGürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO
Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas
16 martAqil Qurbanova daha bir vəzifə verildi - FOTO
Müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanova daha bir vəzifə verilib. O, "Azərsilah"ın Müşahidə Şurasının sədri təyin edilib. Müdafiə Sənayesi Nazirliyindən -a verilən xəbərə görə, martın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin Müşahid
19 martŞahmar Hüseynova yeni vəzifə verildi
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl
28 martBakının informasiyası var: 5 apreldə nə baş verəcək?
Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək
28 martAzərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. "Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiy
22 martOmbudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb - FOTO
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xankəndidə erməni əsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib. Bu barədə -a Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb
28 mart"Dörd kənd Azərbaycana qaytarılmalıdır" - Paşinyan
Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend Ermənistanın "Hraparak" qəzetinin materialına istinad edib. Materialda qeyd olunub ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb. "Ötə
26 mart