Leyla Əliyeva "Poeziya günü"ndə öz şeirlərini səsləndirdi - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə dekabrın 15-də Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində vətənpərvərlik mövzusuna həsr olunmuş "Poeziya günü" keçirilib.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, ədəbiyyat və mədəniyyət xadimləri, gənc şairlər, həmçinin Qarabağ müharibəsinin Qəbələdən olan veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Poeziya günü"nün açılışında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin şair və yazıçılara diqqət və qayğısından, həmçinin hərbçilərlə görüşlərindən bəhs edən film nümayiş olunub.

Tədbirdə çıxış edən Xalq Şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunun bütün zamanlarda aktual olduğunu, müasir dövrümüzdə isə xüsusi önəm daşıdığını diqqətə çatdırıb.

Gənc şairlər Fərid Hüseynov, Gülnar Qasımlı, Lamiyə İsayeva, Zəhra Bədəlbəyli, Alsu Carçılı, Aynur Nurlu, Heyran Hüseynova və Şahanə Müşfiq müharibə, həmçinin Azərbaycan və Bakı haqqında şeirlərini səsləndiriblər. Şairlərin çıxışları Azərbaycan bəstəkarlarının musiqilərinin sədaları və videogörüntülərlə müşayiət olunub.

"Poeziya günü"nün ideya müəllifi Aynur Nurlu, quruluşçu rejissoru Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalının bədii rəhbəri Rövnəq Həsənzadədir.

Sonra Leyla Əliyeva özünün "Zəhranın xatirəsinə" və "Bakı" adlı şerlərini oxuyub.

Mərasimdə həm də tədbirin aparıcılığı həvalə olunmuş Nigar Həsənzadənin rəhbərliyi ilə "Söz" ədəbi layihəsinin iştirakçıları - Əsgər Novruzov, Leyla Qurbanova, Səbinə Vəlibəyova, Zaur Rəxşan və Firdovsi Rəsul müəllifi olduqları şerləri səsləndiriblər.

Proqram çərçivəsində xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Fərqanə Alimqızı və Sevda Ələkbərzadə, Azərbaycan Milli Konservatoriyasının dosenti, pianoçu Naibə Şahməmmədova və Qəbələ Uşaq Xoru zövq oxşayan mahnılar və musiqi ifa ediblər.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin dəstəyi və tövsiyəsi ilə yeni çapdan çıxmış "Gənc yazarların vətənpərvərlik mövzusunda şeirlər toplusu" təqdim olunub. Leyla xanım Əliyevanın, o cümlədən 47 gənc şairin, ümumilikdə, 61 şerinin yer aldığı kitab iştirakçılara və qonaqlara paylanılıb.

Sonda Leyla Əliyeva tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirib.
Leyla Əliyeva "Poeziya günü"ndə öz şeirlərini səsləndirdi - FOTOLARLeyla Əliyeva "Poeziya günü"ndə öz şeirlərini səsləndirdi - FOTOLARLeyla Əliyeva "Poeziya günü"ndə öz şeirlərini səsləndirdi - FOTOLARLeyla Əliyeva "Poeziya günü"ndə öz şeirlərini səsləndirdi - FOTOLARLeyla Əliyeva "Poeziya günü"ndə öz şeirlərini səsləndirdi - FOTOLARLeyla Əliyeva "Poeziya günü"ndə öz şeirlərini səsləndirdi - FOTOLARLeyla Əliyeva "Poeziya günü"ndə öz şeirlərini səsləndirdi - FOTOLARLeyla Əliyeva "Poeziya günü"ndə öz şeirlərini səsləndirdi - FOTOLARLeyla Əliyeva "Poeziya günü"ndə öz şeirlərini səsləndirdi - FOTOLARLeyla Əliyeva "Poeziya günü"ndə öz şeirlərini səsləndirdi - FOTOLARLeyla Əliyeva "Poeziya günü"ndə öz şeirlərini səsləndirdi - FOTOLARLeyla Əliyeva "Poeziya günü"ndə öz şeirlərini səsləndirdi - FOTOLARMənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 855   Tarix: 16 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb. Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib. Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdi

29 mart
.

Bu halda ipotekaya xitam veriləcək

İpoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliə ipotekaya xitam verilən hallar genişlənir. Qey

29 mart
.

"65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir" - DEPUTAT

Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən, səhiyyə sahəsində çalışanlar bununla razılaşmır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputatın sözlərinə görə, onlar xahi

29 mart
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

29 mart
.

"73 manatlıq şəkər dərmanı 230 manata satılır, "tüccarlar"a kömək edən məmurlar var" - Deputatdan ETİRAZ

"Şəkər xəstələrinin istifadə etdikləri "Synjardy" adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata satılırdı. Təxminən, iki həftə öncə bu dərman birdən-birə şəbəkədən itdi. Elə həmin ərəfədə "Siqduo Lonq" peyda oldu və bütün apteklərdə birinci dərmanın əvəzedicis

29 mart
.

Azərbaycanda qızıl sürətlə bahalaşır - Səbəb NƏDİR

Hazırda ölkə ərazisində qızılın qiyməti rekord həddə çatıb. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib:. O bildirib ki, hazırda dünya bazarında qızılın qiyməti tarixi maksimumu göstərir:. "Azərbaycanda qızılıın qiymətinin artmasının səbəbi bilavasitə dünya bazarında qızılın qiymətini

29 mart
.

Uçot dərəcəsinin azaldılması kredit faizlərinə necə təsir göstərəcək? - AÇIQLAMA

Mərkəzi Bankın uçot dərəcəsinin azaldılması ilə bağlı qərarı həm infilasiya səviyyəsinin optimallaşması, eyni zamanda, makroiqtisadi stabilliyin qorunması ilə bağlıdır. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. O qeyd edib ki, əslində, proses 2023-c

29 mart
.

Butikimizin "saxtakarlığ"ı Türkiyədə viral oldu

Yerli butiklərdən biri maraqlı reklam üsuluna əl atıb. OLAY yazır ki, TikTok-da videolar paylaşan mağaza süni intellektdən istifadə edib. Maraqlısı budur ki, onlar bununla bir sıra dünya ulduzunun, türk məşhurun simasını başqa şəxslərin bədəni ilə birləşdiriblər. Guya həmin simalar mağazadan alış-veri

29 mart
.

"Coffee ‘N Joy" Avropa Gənclər Parlamentinə dəstək olub

"Coffee ‘ N Joy" ( EYP European Youth Parliament) Avropa Gənclər Parlamentinə öz dəstəyini göstərib. UFAZ-da keçirilən tədbir 3 gün davam edib və iştirakçıların özünü kəşf, şəxsi inkişafına yönəlik olub. Tədbir çərçivəsində müasir dünyada aktual olan problemlər və onların həlli yolları müzakir

29 mart