Oğluna görə yad kişinin yanına köçən azərbaycanlı qadın - FOTO

Oğluna görə yad kişinin yanına köçən azərbaycanlı qadın - FOTOBiG.AZ lent.az-a istinadən Eldar Quliyevin 1967-ci ildə çəkdiyi "Biri vardı, biri yoxdi..." qısametrajlı bədii filmi barədə yazını təqdim edir.
Əhvalat iki qəhrəman üzərində qurulub. Hadisə Bakı kənarındakı qəsəbələrdən birində baş verir. Yay mövsümü bitib, istirahət düşərgələri boşalıb, adamlar bağlardan şəhərə qayıdıb.

Qəsəbədə təkcə istirahət düşərgəsinin qarovulçusu qoca bir kişi (Sadıq Həsənzadə) yaşayır. O, günlərin birində bu qəsəbəyə təzə köçmüş yaşlı qadın (Sədayə Mustafayeva) ilə tanış olur.

İki tənha adam tədricən yaxınlaşır, qayğılarını bölüşürlər. Qoca çöl işlərində qadına yardım göstərir, qadın onu evinə yeməyə dəvət eləyir.

Vaxt keçir, qadın ona dərdini açır. Məlum olur ki, o şəhərdə uzun müddət oğlu ilə yaşayıb. Ancaq oğlunun soyuqluğundan, etinasızlığından özünü tənha hiss eləyən qadın bu qəsəbəyə köçüb.

Filmin sonunda qadın xəstələnir. Və vəfat edir...

Bu filmin süjetində daha çox dini, inanc motivləri yer alıb. Qoca onların yaşadıqları taleyi, tənhalığı Tanrının qismətinə, münasibətinə bağlayır. O, inanır ki, insan ancaq Tanrının istədiyi, layiq gördüyü həyatı yaşayır. Ona görə qarşılaşdığı ağrını da, əzabı da ilahi qüvvənin payı kimi qəbul eləyir.

Seçilən məkan-kimsəsiz, adamsız çöllü biyaban, adda-budda gözə dəyən sadə daxmalar, qəhrəmanların yoxsul evləri, qumlu yollar, çəkiliş nöqtələri-quş uçuşundan baxış, yarıköndələn rakurslar filmə müqəddəs, dini intonasiya gətirir. Qadının səsinin eşidilməməsi də kinohekayəni (qoca hadisəni kardarxası nəql edir) poetik, nəsə sirli bir ovqatla yükləyir. Ümumiyyətlə, film özünün asketik atmosferi ilə bir az da Rober Bressonun əsərlərini xatırladır.

Təsirli səhnələrdən biri qocanın göldə quş ovlamasıdır. O, xəstələnib yatağa düşmüş qadına yemək hazırlamaq üçün quş ovlamalıdır. Nə qədər cəhd edirsə tüfəng açılmır. Sonda çarəsiz halda üzünü Allaha tutub: "Ey xudavəndi-aləm, məni bu qoca yaşımda xəcil eləmə", - deyə yalvarır və... güllə açılır.

Əhvalatda bir detal özəlliklə diqqətimi çəkir. Hadisəni nəql edən kişi münasibətlərinin bacı-qardaş kimi olmasını xüsusi vurğulayır. Sözsüz ki, bu, həm də müəllifin niyyətidir. Hərçənd, filmin ilk epizodunda tanış olanda kişinin qadını təsvir eləməsi də, sonrakı səhnələrdəki davranışları - baxışmaları da, qadının onu evinə yeməyə dəvət edib yemək yeməsini sevgiylə, şəfqətlə seyri də bacı-qardaş müstəvisindən çıxır, bir-birinə zərif hisslər duyan qadın kişi-münasibəti təəssüratı bağışlayır. Görünür, müəlliflər sadəcə bu niyyətlərinin uyğun təsvir dilini tapa bilməyiblər.

"Azərbaycanfilm" kinostudiyasında istehsal edilən film yazıçı Salam Qədirzadənin "Xəzan yarpaqları" hekayəsinin motivləri əsasında çəkilib.

Rejissor müsahibələrindən birində deyir: "Salam Qədirzadənin "Xəzan yarpaqları" adlı hekayəsi vardı. Adını dəyişib "Biri vardı, biri yoxdu..." qoyub qısametrajlı bir film çəkdim. Moskvada diplom işimə yüksək qiymət verdilər. Qayıdandan sonra bizim kinostudiyada da rəhbərlik mənə bir qədər diqqət verməyə başladı".

Sadıq Həsənzadə Gəncə teatrında çalışıb, güclü xarakterlər ustası kimi tanınıb.

O, "Nəsimi", "Qanun naminə", "Yeddi oğul istərəm" və s. filmlərdə çəkilib.

Sədayə Mustafayeva "Ölsəm bağışla", "Ad günü", "Həm ziyarət, həm ticarət" və başqa filmlərdə oynayıb.

Filmin ssenari müəllifi Eldar Quliyev, operatoru Yuri Durinov, bəstəkarı Fərəc Qarayevdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7774   Tarix: 17 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - İDDİA - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını

24 aprel
.

Final" çayın dəstəyi ilə tanınmış aparıcı Çində

"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy

24 aprel
.

Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO

Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-10

24 aprel
.

"Bu, hərbi insident risklərini artırır"

"NATO-nun Rusiya sərhədlərində həyata keçirdiyi təlimlər mümkün hərbi insident risklərini artırır". "Qafqazinfo" xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib. Zaxarova alyansın aprelin 26-da Finlandiyada keçirməyi planlaşdırdığ

24 aprel
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23 aprel
.

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 09:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Bu barədə xidmətdən -a bildirilib. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb. Düşən yağıntını

24 aprel