Dolların məzənnəsi 2 manatı keçəcək?

Dolların məzənnəsi 2 manatı keçəcək?"AzFinance" investisiya şirkəti manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb.

Şirkətin direktor müavini Murad Əhmədov bildirib ki, hazırda dövlət büdcəsinin daxilolmalarında neft sektorunun payı yüksəkdir.

Onun fikrincə, büdcə daxilolmalarında qeyri-neft sektorunun payının artması manatın məzənnəsini daha da sabitləşdirə bilər: "Buna nail olsaq, bir şeyi dəqiq deyə bilərəm ki, 1 dolların məzənnəsi 2 manatı keçməyəcək. Bizi neftin qiyməti də təəssüfləndirə bilər və bu amili unutmaq olmaz. Neftin qiyməti kəskin dəyişərsə və bizim ticarət tərəfdaşlarımızın valyutası, yəni Rusiya rublu və Qazaxıstan təngəsi ucuzlaşarsa, manat da ciddi təzyiqlərlə üzləşəcək. Dəqiq proqnoz vermək çətindir. Manatın məzənnəsinin sabit saxlanılması üçün Mərkəzi Bank tərəfindən nə qədər vəsaitin xərclənəcəyini də bilmirik. Bir daha qeyd edirəm ki, büdcə daxilolmalarında qeyri-neft sektorunun payı nə qədər çox olarsa, dolların məzənnəsi bizi daha az narahat edər".

/apa


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2458   Tarix: 21 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib. Bu barədə İqtisadiyyat.az məlumat yayıb. Bildirilib ki, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb

6 mart
.

Bəzi peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməyəcək - Siyahıda DƏYİŞİKLİK

Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda dəyişiklik edib. APA-nın xəbərinə görə, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranları

10 fevral
.

Süni uşaq qidaları bahalaşıb: Sakinlər qiymət artımından narazıdırlar - VİDEO

Süni uşaq qidaları bahalaşıb. Sakinlərin sözlərinə görə, uşaq qidalarında 5-11 manat aralığında bahalaşıb. Əczaçılar isə hesab edirlər ki, qiymət artımı yalnız bahalı süni uşaq qidalarında gözə çarpır. Məsələn, 0-6 aylıq uşaqlar üçün nəzərdə tutulan 800 qramlıq uşaq qidasının qiyməti 98 manatdan 12

4 fevral
.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart
.

77 yaşlı Valeh Ələsgərov vəzifəsindən gedir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" 2018-ci ilin sentyabrında imzaladığı Fərmana dəyişiklik edib. Dəyişikliyə əsasən, iqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməs

31 yanvar
.

Yumurta BAHALAŞACAQ? - AÇIQLAMA

Son vaxtlar ölkəmizdən xaricə, xüsusilə də Rusiyaya yumurta ixracı xeyli artıb. Bu vəziyyət daxili bazarda yumurta qiymətlərinin artacağı ilə bağlı söz-söhbətlərin artmasına səbəb olub. Bəs, yumurta bahalaşa bilərmi?. Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçılar

29 yanvar
.

Zədələnmiş pullar nə vaxt yararsız hesab olunur? - VİDEO

Nağd alış-veriş etdikdən və ya bankomatdan pul çıxardıqdan sonra zədələnmiş pulla qarşılaşa bilərik. Belə hallar ilə üzləşdikdə biz bu zədələnmiş əskinasdan nağd alışlar üçün istifadə etməyi düşünürük. Lakin əksər alış-veriş məntəqələri, supermaketlər məhsul ödənişi zamanı zədələnmiş yaxud cırılmış pullar

31 yanvar
.

Azərbaycanda dəmir yolları ilə yükdaşıma azalıb, sərnişindaşıma isə artıb

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1,4 milyon ton yük, 622,6 min sərnişin daşınıb. Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 7 % az və 30,1 % çoxdur. Ötən ay orta hesabla sutkada 326 vaqon yüklənib, 366 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şima

17 fevral
.

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşıb. xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir. Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər. Adi günlərdə ünvandan asılı olaraq dörd-beş manata başa gələn gediş haqqı hazırda səkkiz-on manat təşki

19 mart