Əməkdar artist: "Ağlaya-ağlaya anama söz verdim ki, mənim ailəm də olacaq..." - FOTO

Əməkdar artist: "Ağlaya-ağlaya anama söz verdim ki, mənim ailəm də olacaq..." - FOTOƏməkdar artist Hicran Nəsirovanın milli.az-a müsahibəsi.

- Hicran xanım, son günlər mətbuatda yalnız səhhətinizlə bağlı xəbərlərə rast gəlirik. Hal-hazırda özünüzü necə hiss edirsiniz?

- Mən bildim siz nəyi nəzərdə tutursunuz. Mən heç kimə deməmişəm ki, ürəyim dayanıb. Ürəyim dayansaydı, bu gün yaşamazdım. Sadəcə olaraq dediklərimi təhrif edib yazıblar. Bu cür xəbərlər məndən çox ətrafıma pis təsir edir. Ukraynadan, Moskvadan mənə zəng ediblər ki, Hicran görüntülü zəng et, bilək ki, yaxşısan. 3 il əvvəl seriala yeni çəkilməyə başlayanda bir ağır səhnə var idi. Roluma o qədər hazırlaşmışdım ki, səhnə o qədər məni tutmuşdu ki, ağzımı açdım, səsim çıxmadı. Nə söz deyə bilirdim, nə də ki, ağlaya bilirdim. Ürəyim tutmuşdu, çünki mən rolu ürəyimdən keçirib oynayıram. Yaşamasam, oynaya bilmərəm. Bu hadisə 3 il bundan öncə olub, bu xəbəri indi gündəmə gətirməyin yeri yoxdur!

- Çox maraqlısı burasındadır ki, sizin nəsil aktrisaların bir çoxu rolu ürəyindən keçirib, oynayır. Bu da sonradan onların sağlamlığına yansıyır.

- Mən teatr səhnəsində pauza ilə oynamağı sevirəm. O pauzanı da mən yaşayıram. Bəzən səhnə kənarında dayanan suflyorlar elə bilirlər ki, söz yadımızdan çıxıb, kənardan söz atırlar. Bu zaman mən əsəbləşirəm. Aktyorun ürəyi, beyni, savadı olmalıdır. Obrazı yükləmək, doldurmaq lazımdır. Sözü əzbərləmək, mizanı bilmək yaradıcılıq demək deyil.

- Bu kimi hallar adətən teatrda çalışmayan aktrisalara xasdır.

- Mənə elə gəlir ki, bütün aktyor-aktrisalar teatrda çalışsalar daha yaxşı olar. Əsas canlı ünsiyyətdir, çünki sən tamaşaçılarla nəfəs-nəfəsə olursan. Aktyor sənəti çox çətin sənətdir. Müğənnilərə böyük hörmətim var, amma onların səsi işləməyəndə fonoqram oxuyurlar. Amma aktyor tamaşaçı qarşısına canlı çıxır.

- Teatrdan söz düşmüşkən... İllər öncə bir qrup gənc birləşib Yuğ teatrının bünövrəsini qoydu. Bu gənclərin içində siz də var idiniz. İstərdim o illərdən danışaq...

- O vaxtı Yuğ teatrı əsasən gənclərdən ibarət idi. Fəxrəddin Manafov, mən, Bəxtiyar Xanızadə, Nəcibə Hüseynova və s. aktyor, aktrisalar orada çalışırdı. Biz AZDRAMA-nın 3-cü mərtəbəsində məşqlər edib, tamaşalar oynayırdıq. Vaqif İbrahimoğlu Türkiyəyə tamaşa hazırlamağa gedəndə burda da biz yeni tamaşanın məşqlərinə başlamışdıq. İndiyə kimi yadımdadır... "Dəli Domrul" tamaşasında Fəxrəddin Manafovla tərəf müqabili idim. O Dəli Domrulu, mən isə Selcan Xatunu oynayırdım. Tamaşanın bir neçə yerində "salto" edirdim, çevriləndə Fəxrəddin məni tuturdu. Biz Fəxrəddinlə bir-birimizə çox öyrəşmişdik, göz-gözə bir-birimizi artıq başa düşürdük. Çünki bu tamaşaya kimi bir çox tamaşalarda onunla tərəf müqabili olmuşdum. Bu tamaşa biləvasitə teatrın təsdiq olunması üçün lazım idi. Elə oldu ki, bizim geyimlərimiz sonuncu gün gəldi, heç bu geyimlərdə məşq etməmişdik. Ehtiyat edib məşq etmək istədiyimi bildirdim, çünki bu geyimlər çox uzun idi.Fəxrəddini çağırdım ki, gəl bir dənə məşq edək, elə oldu ki, onun işi çıxdı. Bizdə bir rəssam var idi, o dedi ki, sən tullan, mən səni tutaram. Havaya qalxıb çevriləndə o məni tutmaqda gecikdi. Başıüstə yıxılıb döşəmənin üstünə düşdüm. Tamaşa da 1 saat sonra başlamalı idi. Beynim silkələnmişdi, çox pis başağrısı var idi. Bir onu gördüm ki, rəhmətlik Vaqif müəllim məni şillələyir ki, Hicran, oynaya biləcəksən? Uşaqlara demişdim ki, söz yadımdan çıxsa, siz oynayın. Tamaşanı elə oynadım ki, heç bir söz yadımdan çıxmadı. Teatr təsdiqlənmişdi və Vaqif müəllim tamaşadan sonra gəlib dedi ki, gələn nümayəndələr yalnız səni bəyənib (gülür).

- Teatr yolunda canınızdan belə keçmisiz desək, daha düzgün olar.

- Bəzən deyirlər ki, ailəmi sənətə qurban verdim! Bu düzgün bir şey deyil, heç vaxt bunu alqışlamıram. Mən amma sənətdə canımı, sağlamlığımı qoydum. Belim sınırdı, baxmırdım gedirdim məşqə. Təsəvvür edin ki, 90-cı illərdə işdən qayıdanda yıxıldım, diz qapağım çatladı. Tamaşa təhvil verməli idik. Mənə dedilər ki, ayağın gibsə salınmalıdır, etiraz etdim, çünki səhnəyə çıxmalı idim. Özü də səhnədə bardaş qurmalı idim. Siz təsəvvür edin ki, mən necə əzab-əziyyətlərlə o tamaşanı oynadım.

- Bildiyim qədərilə bir neçə filmə təsdiq olunsanız da, sonradan çəkilməmisiniz. Bunun səbəbini sonradan həmin filmlərin rejissorundan soruşmadınız?

- Mən "Qaçaq Nəbi" filmində Həcər obrazına dəvət olunmuşdum. Hətta geyimlərimə qədər seçmişdilər. Dedilər ki, 1 ay sonra sənin yerlərindir, əlaqə saxlayacağıq. 1 ay keçdi, gördüm ki, film çəkilir məni dəvət etmirlər. Sonradan eşitdim ki, Həcər roluna aktrisa Mömünat Qurbanova çəkilir. Mən aktrisadan incimədim. Onun heç bir günahı yox idi. Heç nə demədən yoluma davam etdim. Heç vaxt bu cür halları rejissorların üzünə vurmamışam. Bu filmin rejissoru mənə dedi ki, Hicran sən uduzmadın, biz uduzduq!

- Siz bəzi filmlərə çəkilməsəniz də, teatrda və bir çox televiziya tamaşalarında məhz sizin tərəf müqabiliniz olan Fəxrəddin Manafov çəkildi. Niyə aktrisalar məhz Fəxrəddin Manafovla çəkilmək istəyir?

- Fəxrəddin çox yaxşı partnyordur. Hər aktyorla yaxşı partnyor olmaq olmur. Fəxrəddinlə bir-birimizi baxışlarımızdan oxuyurduq.

- Münasibətləriniz necədir?

- İndi də görəndə görüşürük, xoş münasibətimiz var. Sadəcə olaraq o başqa, mən isə tamam başqa teatrda çalışıram.

- Teatrda əziyyətiniz çox keçib. Bəlkə də elə bütün bu səbəblərdir sizin səhhətinizə pis təsir edir.

- Xeyr, mənə elə gəlir ki, yaxşı rejissorla və rollarla aktrisa inkişaf edir. Münasibətlər mənə pis təsir edib. Mən kiməsə pislik etməyi xoşlamıram. O pisliklər, gözləmədiyim yerlərdən mənə dəyən zərbələr ürəyimi xəstəliyə saldı.

- Çox olub?

- Bəli, həddindən artıq çox olub. Son anlara kimi də olur. Çox sınmışam..

- Teatrda münasibətlərinizin soyuq olduğunu bir faktla da bildirə bilərəm. Bəlkə də bundan sizin xəbəriniz yoxdur. İllər öncə sizin yaradıcılıqınız haqqında televiziyada veriliş hazırlayanda teatrdan heç bir həmkarınız müsahibə verməyə gəlmədi. Nə pisliyiniz dəyib ki onlara?

- Mənim heç birinə pisliyim dəyməyib. Bir teatrda işləsək də elə vaxt olur ki, illərlə görüşə bilmirik.

- Deməli münasibətlər sırf tamaşa üzərində qurulub?

- Bəli, tamaşada olanda bir-birimizlə görüşürük. Mənim hamısına hörmətim var, üz-üzə gələndə də görüşüb-öpüşürük. Bəzi aktrisalar deyir ki, mən teatra gəldim, amma heç vaxt düşmənim olmadı. Mən onları təhqir etmək istəmirəm, sadəcə olaraq onu demək istəyirəm ki, səni özlərinə rəqib görməyiblər. Mən teatra gələn kimi özlərinə güclü rəqib gördülər. Hər yerdən başladılar məni sıxmağa. İstəmirdilər ki, bir addım da olsun qabağa gedim. Hansı tamaşada oynadımsa çox uğurlu oldu, amma sonra illərlə rol ala bilmədim. Həsən Turabovun dövründə mən məhsuldar işlədim, 6 tamaşada rol aldım. Amma sonradan elə bir şey etdilər ki, mən xəstəliyə düşdüm. Hətta bir müddət teatrdan ayrıldım.

- O qədər önəmli idi sizin üçün o rolları oynamaq?

- Mən elə vaxt olub ki, 3 dublyorla işləmişəm, amma o dövrdə tək idim. Təsəvvür edin ki, 1 gündə 3 ayrı tamaşanın məşqinə gedirdim. Aktyor belə işləməlidir, oturub illərlə gözləməli deyil ki, ona rol versinlər.

- İllər öncəyə nisbətən bu gün nisbətən teatrda boş qalmısınız.

- Xeyr, bunu boş da saymaq olmaz. Bu gün də bəzi tamaşalarda oynayıram. Son illər də belə oldu, intriqalar oldu deyə hazır tamaşadan imtina etdim. Artıq elə sındım ki... Bir şərtlə razılaşdım ki, bu tamaşanın adını mənim yanımda çəkməyin. Bu cür şeyləri uda bilmirəm. Əvvəl çox şeyi keçirdim, amma indi o adamları həyatımdan silirəm. Üz-üzə gələndə həmin insanları görmürəm. Özümü sakit saxlamaq üçün bu bir vasitədir.

- Amma bilirəm ki, Məleykə Əsədova sizin teatrda ən sadiq dostunuz və həmkarınızdır.

- Bəli, Məleykə xanım həm də teatrda mənim otaq yoldaşımdır. Onunla bir çox tamaşalarda tərəf müqabili olmuşuq. O bir insan kimi də gözəl insandır. Hələ bir dəfə görməmişəm ki, o otaqda kiminsə arxasınca oturub danışsın. Digərləri kimi onda ikiüzlülük yoxdur.

- Özünüzə tez-tez hesabat verirsiniz?

- Mən 1976-cı ildən efirlərdəyəm. Hərdən düşünürəm ki, gör kimlərlə səhnəni bölüşmüşəm. Buna görə çox xoşbəxtəm. Ən əsası isə mənim çəkildiyim balaca bir epizod da kəsilib atılmır. Mən indiyə kimi seriallara, filmlərə dəvət alıram. Teatr həyatımla bərabər serial həyatım da zəngindir. Niyə mən şikayət etməliyəm ki? Keçən dəfə bir həmkarım mənə deyir ki, hələ də sənin "Balaca şahzadə" rolun gözümün qabağındadır. Bu rolu məndən başqa oynayan olmayıb. Əgər onlar indi dərs deyirlərsə, mən universiteti bitirən kimi dərs demişəm. 21 yaşımda 3-cü kursların dərslərini sərbəst aparmışam. Cavanlığımı pedaqoqluğa həsr etmişəm.

- Bayaq ailənin sənətə qurban verilməsindən danışdınız. Amma siz həm sənətinizi, həm də ailənizi qorudunuz.

- Mənim anam aktrisa olmağımı istəmirdi. Bu sürprizim onlar üçün də gözlənilməz oldu. Mən evdəkilərə demədən sənədlərimi universitetə vermişdim. 3 il çox çətinlik çəkdim, amma dözdüm. Onlar istəyirdilər ki, mənim ailəm olsun, çünki çox vaxt sənət insanlarının ailəsi olmurdu. Mən onda anama ağlaya-ağlaya söz verdim ki, nə olur-olsun mənim ailəm də olacaq, sənətim də. Bütün bunları paralel aparmaq çox çətindir. Mən indi başa düşdüm ki, insanın sağlamlığı əldən gedir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 5311   Tarix: 24 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalq artisti baba olub

Xalq artisti Teyyub Aslanov baba olub. Axşam.az xəbər verir ki, muğam ifaçısı bu haqda "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, qızı ana olub. T.Aslanov "Qızımın oğlu dünyaya gəlib" sözlərini əlavə edib. Qeyd edək ki, ifaçının qızının toyu ötən il olmuşdu

8 fevral
.

Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir - FOTO

Xalq artisti Yusif Eyvazov "Facebook" hesabında sosial media izləyicilərinə müraciət edib. xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib. Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib. "Əziz dostlar

22 yanvar
.

Boşboğazdırlar, rus dili düşmən dilidir? - Aqil Abbas torta görə əsəbiləşdi

Milli Məclisin deputatı Aqil Abbas ötən gün 71 yaşına qədəm qoyub. Ölkə.Az xəbər verir ki, doğum günündə nəvələri millət vəkilini təbrikə gəliblər. Azyaşlıların babası üçün gətirdikləri tortun üzərində isə rusca ürək sözləri yazılıb. Sosial şəbəkə istifadəçilərindən biri deputatın nəvələrinin onu doğm

2 aprel
.

Gülhüseyn Kazımlı VƏFAT ETDİ - FOTO

Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib. Bu barədə -a mərhumun qohumları məlumat veriblər. G.Kazımlı uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişib. Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Azərbayca

25 fevral
.

"Avroviziya" şərhçimiz bəlli oldu

"Avroviziya-2024"​ beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, müsabiqədə şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərov

4 aprel
.

"O olmasın, bu olsun" tamaşası ilk dəfə ATV-də göstəriləcək – VİDEO

ATV telekanalı tamaşıçılarını daim maraqlı layihələrlə sevindirməyə çalışır. Belə layihələrdən biri də "Səhnə" layihəsidir. Dünya və Azərbaycan teatr tarixinə fərqli baxış, teatr salnaməsinə adlarını qızıl hərflərlə yazan böyük aktyorlar haqqında indiyə qədər bilmədiklərimiz, dram əsərilə musiqini

12 aprel
.

Xalq artisti: "Qızım məhkəmədə məndən imtina edib"

Xalq artisti Tarıyel Qasımov "Evdəkilərə salam" verilişində qonaq olub. xəbər verir ki, aktyor ilk həyat yoldaşından boşanmasından danışıb:. "Xanımımın (ilk həyat yoldaşını nəzərdə tutur - red.) o sözlərini kişi kimi qəbul edə bilmədim. Rayonda böyümüşəm və orada qadınlar kişiyə qarş

4 fevral
.

Məşhur yəhudi müğənni Alim Qasımovu paylaşdı

Məşhur israilli müğənni Yasmin Levi Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, Yasmin xanəndənin tələbəsi olduğunu vurğulayaraq, bunları əlavə edib:. "Ustadım: 20 il əvvəl o məni tələbəsi olaraq seçdi. Amma həyat məni başqa istiqamətə yönəltdi. Buna görə ömrümün sonun

10 fevral
.

Britaniya şahzadəsi Endrünün keçmiş həyat yoldaşı Sara Ferqüsona dəri xərçəngi diaqnozu qoyulub

Britaniya şahzadəsi Endrünün keçmiş həyat yoldaşı Sara Ferqüsona dəri xərçəngi diaqnozu qoyulub. Bu barədə 64 yaşlı York hersoginyasının nümayəndəsi bildirib. "Yayda döş xərçənginin erkən forması diaqnozu qoyulduqdan sonra York hersoginyası Saraya indi bədxassəli melanoma diaqnozu qoyulub"

22 yanvar