"Mənim atam, ərim yoxdur, bu, o demək deyil ki, kimsə belə etməlidir?"

"Mənim atam, ərim yoxdur, bu, o demək deyil ki, kimsə belə etməlidir?""Dünən axşam saat altı radələrində qızımla toya getməyə hazırlaşırdım. Qapı döyüldü, Rafiq adlı qonşu çox sərt şəkildə dedi ki, düş, maşını götür, mənim yerimdə saxlamısan. Bildirdim ki, toya gedirəm, indi düşürəm. Mən aşağı düşən kimi maşına cumdu. Uşaq oturan tərəfdən qapını açıb məni təhqir etməyə başladı".

Bu fikirləri ölkə.az-a açıqlamasında ötən gün qonşusuyla bağlı Xətai RPİ-nin 36-cı polis bölməsinə şikayət ərizəsi ilə müraciət edən aparıcı-aktrisa Könül Yusifqızı hadisənin təfərrüatını danışarkən səsləndirib. O bildirib ki, maşın saxlamaq üstündə yaranan mübahisə davaya çevrilib və 40-45 yaşlarında olan qonşusu onu vurub:

"Deyir, bilirsən sənin başına nə oyun açaram? Bütün bunları səkkiz yaşlı qızımın yanında deyir. Aşağı düşüb dedim ki, yekə kişisən, bu, nə danışıqdır? Axı harda yazılıb ki, bura sənin yerindir. Bildirdi ki, səni videoya çəkərəm. Mən indiyə qədər elə küçə söyüşləri eşitməmişəm. Qonşular araya girdilər. Amma buna qədər o, məni vurdu və gödəkçəmi cırdı. Əlimdə məhkəmə tibbi ekspertizasından kağızım var. Kəllə beyin travması almışam. Gecə də üstümə təcili tibbi yardım gəldi. Uşaq da çox pis qorxub".

K.Yusifqızı qeyd edib ki, sözügedən şəxs də onun barəsində polisə ərizəylə müraciət edib:

"Şəxsi tanışlığım olmayan adamdır. Bilirəm ki, üst mərtəbədə yaşayır və tez-tez evdə davaları olur. Ancaq harda işlədiyini bilmirəm. Xətai RPİ-nin 36-cı polis bölməsində ərizə yazmışam. Amma bildiyimə görə, həmin şəxs saxlanılmayıb. Deyəsən, o da ərizə yazıb. Mən polis bölməsindəydim, o qapıdan içəri girəndə yüksək vəzifəli şəxsin adını çəkdi. Polislərə dedi ki, filankəsdən sizə salamlar var. Mən indi onun vəzifəsini araşdırıram. Mənim atam, ərim yoxdur. Ancaq bu, o demək deyil ki, kimsə belə etməlidir? Bütün mediadan xahiş edirəm ki, bu məsələni ictimailəşdirsinlər. Çünki o, efirdə olanların hamısın təhqir edirdi. Deyirdi ki, efirə çıxırsız, filansız, evə gec gəlirsən. Başım çıxmır, bu adam gecə məni güdür?"

Qeyd edək ki, faktla bağlı təhqiqat araşdırmalarına başlanılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3199   Tarix: 28 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi, əməkdar mədəniyyət işçisi vəfat edib. -ın məlumatına görə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib. Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayını

4 sentyabr 2021
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021
.

"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı

"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki

27 iyul 2021
.

Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB

Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır

23 iyun 2021
.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021
.

Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var

12 iyul 2021
.

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş

29 iyun 2021
.

69 yaşlı Əməkdar artist plastik əməliyyatdan sonra - FOTOLAR

Xəbər verdiyimiz kimi, 69 yaşlı Əməkdar artist Vahid Əliyev plastik əməliyyat etdirib. xəbər verir ki, aktyor üzünə kök hüceyrə etdirərək qırışlardan xilas olub. V.Əliyev əməliyyatdan 3 gün sonrakı görüntülərini yayımlayıb. Aktyorun üzündəki qırışların açıldığı diqqət çəkib

28 iyun 2021
.

"Fəxri adlar alveri, hərcmərclik..." - Azər Qəribdən Operativ Qərargaha çağırış

Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşıdlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub". xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib. O bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həya

22 avqust 2021