Eyni qızla yazışan iki dostdan şok hərəkət: görüşdülər və...

Eyni qızla yazışan iki dostdan şok hərəkət: görüşdülər və...Cəlilabad rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Elvin Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun Sabirabad kəndində baş verib. Elvin Mahmudov əvvəllər tanıdığı və qonşuluqda yaşayan Rauf Babayevlə sosial şəbəkədə yazışıb.

"Ayka" ilə tanışlıq

Rauf Babayev həmin vaxt hər ikisinin sosial şəbəkə vasitəsilə tanış olduqları "Ayka" adlı qızla yazışıb. Buna görə Elvin Mahmudov ilə Rauf Babayevin arasında mübahisə yaranıb.

Onlar bir-birlərindən "Ayka" ilə yazışmamalarını tələb ediblər. Onların hər ikisi yenə də "Ayka" ilə yazışmaqda davam edib. Bu səbəbdən dostlar arasında dəfələrlə mübahisə yarınıb.

Qızla danışmağın qadağası

Elvin Mahmudovun 6 fevral 2017-ci il tarixdə saat 20.30-da sosial şəbəkədə həmin qızla təkrar yazışmasından xəbər tutan Rauf Babayev onunla görüşmək istəyib. Onlar aralarındakı münasibəti aydınlaşdırmaq üçün görüş yeri də təyin ediblər.

Onlar həmin gün saat 21-də aralarında yaranmış münasibətlərə aydınlıq gətirmək üçün Cəlilabad şəhəri, Səttarxan küçəsinə gəliblər. Burada onların aralarında mübahisə baş verib.

Mübahisə

Baş vermiş mübahisə zamanı Rauf Babayev yumruqla Elvin Mahmudovun çənə nahiyəsinə vurub. Rauf Babayevin bu hərəkətindən əsəbiləşən Elvin Mahmudov onu qəsdən öldürmək qərarına gəlib.

Bu məqsədlə Elvin Mahmudov özü ilə gətirdiyi bıçaqla Rauf Babayevə çoxsaylı bıçaq xəsarətləri yetirib. Cinayəti törədən zaman Elvin Mahmudov qaranlıqda onlara tərəf avtomobilin gəldiyini görüb və hadisə yerindən qaçıb.

Qətlə cəhd

Rauf Babayev qohumlarının köməkliyilə vaxtında xəstəxanaya çatdırılaraq ona tibbi yardım göstərilib. Bu səbəbdən onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Elvin Mahmudovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Mahmudov 5 il 7 ay 15 gün müddətə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror protestində təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Prokurorun protesti baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı protest araşdırılıb.

Hakim kollegiyasının qərarı ilə prokurorun protesti təmin edilməyib, birnci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3349   Tarix: 28 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Balakəndə narkotacirlər ələ keçdi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın

29 avqust 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021
.

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi

4 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd

9 sentyabr 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021