Soyuq Arxangelsk, "Bakı" restoranı və doğma üzlər - Foto

Soyuq Arxangelsk, "Bakı" restoranı və doğma üzlər - FotoArxangelsk soyuq şəhərdir. Amma bu soyuqluğu heç hiss etmədik. Münasibətlər o qədər isti oldu ki... Səfərimiz Arxangelsk vilayətinin elan olunmasının 80 illiyi çərçivəsində Azərbaycan mədəniyyət günlərinin bağlanış tədbirlərinin keçirilməsinə dəvətli olmağımızla bağlı idi.

Bizi aeroportda Azərbaycan Diaspor Təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımov qarşıladı. AzTV-nin əməkdaşı, jurnalist Tofiq Ağayev, Moskvada yaşayan şair Afaq Şıxlı, Əkbər Qoşalı və məni köhnə dostlar kimi qarşılayan diaspor sədri onu da əlavə etdi ki, gəlişinizlə istilik gətirmisiniz. Qar ara verdi, temperatur mənfi 3-ə qədər yüksəldi...

"Bakı" restoranında Azərbaycan icmasının nümayəndələrindən də bizlərlə görüşə gələnlər vardı. Çöhrələrdəki mehribanlıq sanki illərin doğması olmamızdan xəbər verirdi. "Bakı" restoranında özümüzü Bakıdakı kimi hiss etdik, restoran bütünlüklə bizə Azərbaycandan 4 min km uzaqda olmadığımızdan xəbər verirdi. Bütün aksesuarlar, dizayn, rəsm və divarların hörgüsü bizi sanki İçərişəhərə aparırdı. Restoranın personalı azərbaycanlılar idi.

Bir qədər qabağa gedərək qeyd edim ki, şəhərdə "Qız qalası", "Abşeron", "Tovuz", "Ucar" adını daşıyan ictimai iaşə obyektləri də fəaliyyət göstərir.

Soydaşlarımız yer adlarımızı uzaq şimala gətirməklə sanki heç də vətəndən uzaq olmadıqlarını sərgiləyirlər...

Elə ilk gündən həmyerlilərimizin özlərinin və övladlarının əldə etdikləri uğurların istisinə sevindik. "Bakı" restoranının Rəsul adlı cəlilabadlı sahibinin məktəbli oğlunun futbol üzrə iki dəfə Arxangelsk çempionu olması ilə yanaşı, riyaziyyat üzrə olimpiadanın qalibi adına layiq görülməsini azərbaycanlılar özlərinin uğuruna sevinirmiş kimi sevinirlər. Səfərimiz zamanı azərbaycanlı uşaqlarda milli ruhun necə də böyük olması, dilimizə, adət-ənənəmizə bağlılıq çox mətləblərdən xəbər verirdi.
Tərlan müəllimlə söhbətimizdə onun şahidi olduq ki, soydaşlarımızın Vətəndən uzaqda yaşamalarına baxmayaraq, ürəkləri millətə, xalqa çox bağlıdır. Diasporun gördükləri iş ürəkaçandır. Müxtəlif tədbirlər, yarışlar, ədəbi-bədii, elmi konfranslar, musiqili-əyləncəli tədbirlər Azərbaycanın daha çox tanınmasına, ölkədən kənarda yaşayan insanımızın rifahının yüksəlməsinə xidmət edir. Digər respublikaların diaspor təşkilatları ilə müqayisədə daha fəal görünən diasporumuz Arxangelsk vilayətinin ictimai-siyasi həyatında da önəmli yerlərdən birini tutur. Amma narahatlıq gətirən şeylər də az deyil. Tərlan Qasımov bu haqda çox danışmaq istəməsə də hiss olunurdu ki, ondan və diasporun aktiv üzvlərindən asılı olmayan səbəblərdən bəzən işlərində ləngimələr olur.

Arxangelskdə Azərbaycan diasporunun təşkilatçılığı və dəstəyi ilə keçirilən Azərbaycan Mədəniyyət günləri bayram günlərinə təsadüf edirdi. Arxangelsk Quberniyasının yaranmasının 80 illiyi şəhərdə çox böyük bir bayramın gəlişindən xəbər verirdi.

Arxangelskdə müxtəlif görüşlərimiz oldu. SAFU-da (Severnıy Arktimeskiy Federalnıy Universitet), Dobrilyubov adına quberniyanın mərkəzi kitabxanasında, "Qonaq evi" muzeyində olan görüşlər Azərbaycan ədəbiyyatının, şeirinin, musiqisini təqdimatı idi desək, heç də yanılmarıq.

Tədbirə Azərbaycanın Sankt-Peterburqdakı konsulluğundan vitse-konsul Elçin Məmmədov qatılaraq, ölkəmizi rəsmi dövlət nümayəndəsi kimi təmsil etdi.

Arxangelskdə keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində Arxangelsk şairlərinin şeirlərindən ibarət olan və iki dildə dərc olunan "Fəzanın cazibəsi" adlı almanaxın da təqdimatı keçirildi.

Azərbaycan diasporu özünün işini uğurla davam etdirir. Bu günlərdə onların səyi nəticəsində bir qrup nümayəndə Bakıda olacaq. İmişli rayonu ilə Arxangelsk şəhərinin qardaşlaşması istiqamətində bir çox iş görülüb.

Tərlan Qasımov quberniya rəhbərliyi ilə münasibətlərinin yüksək səviyyədə olduğunu deyir. Zatən, müşahidələrimiz də bunu deməyə əsas verir. Şəhərin axşam gəzintisi, tanışlığı zamanı "Reçvoqzal" ("Çay vağzalı") adlanan ərazidə seyrək ağaclarla əhatələnmiş bir sahəyə gəlirik:

"Məktubla müraciət etmişik, istəyirik ki, bu yeri diaspora versinlər. Burda ümummilli liderin adına park salmaq niyyətimiz var, parkın girişinə Heydər Əliyevin büstünü qoyacağıq. Razılıq alınıb, qalıb rəsmiləşməsi".

Azərbaycanlılara qarşı doğma münasibəti qubernatorun bayram günlərinin şərəfinə verdiyi böyük ziyafətdə də hiss etdik. Azərbaycan diasporunun Arxangelsk vilayətinin ictimai-siyasi həyatında rol oynamasından ağızdolusu, ürəklə bəhs olundu./axar.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1708   Tarix: 07 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

Alim Qasımov və qızı Moskva Musiqi Evində çıxış ediblər

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib. xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbayca

4 iyul 2021
.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO

Yaxud gerçəklə yuxunun arasındakı məqam. Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya" anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşa

10 iyul 2021
.

Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...

xəbər verir ki, tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb. 1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı. Asə

28 iyul 2021
.

"İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev mənə deyirdilər ki, gəl bizimlə "yaşa""

Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu, mən də onu təpiklə vurdum. "Mənim sənətdə qarşımı İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev kəsdi. Mənə deyirdilər ki, gəl bizimlə "yaşa", mən də o yolun yolçusu deyildim. Gözəl qız idim, amma evli deyildim

13 iyul 2021
.

Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB

Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır

23 iyun 2021
.

Məşhur aktrisa vəfat etdi - FOTO

Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey

31 iyul 2021
.

Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb. APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:. "Bilirsiniz ki, atam ötən i

30 iyun 2021