Öz uğurunu təkrarlaya bilməyən müğənnilərimiz

Öz uğurunu təkrarlaya bilməyən müğənnilərimizGeridə qoyduğumuz son iki ildə milli estradamızda canlanma oldu. Hitlər ard-arda gəldi. Ancaq fikir versək, bir mahnısı hit olan ifaçı təkrarən eyni tərzdə başqa bir işini təqdim etdi və həmin layihə uğurlu alınmadı.

Bu yerdə ilk olaraq ağıla Əməkdar artist Röya Ayxan və Miri Yusifin "Səndən bir dənədir" hiti gəlir. Mahnı o qədər sevildi ki, hətta sərhədləri aşdı. Belə ki, türkiyəli sənətçilər Sinan Akçıl və İrem Derici Miri Yusifi də yanlarına alıb mahnını yenidən səsləndirdilər. Sözlərin və aranjimanın dəyişilməsi onlara uğur gətirmədi.

İlyarımlıq fasilədən sonra Miri Röya ilə yeni duetini təqdim etdi. Ötən aylarda işıq üzü görən "Yaxşı ki varsan"ın "Səndən bir dənədir"ə oxşarlığı diqqətlərdən qaçmadı. Bir dəfə musiqini "yeyən" və mənimsəyən kütlə ikinci dəfə mahnını qəbul etmədi və onlar "Səndən bir dənədir"in uğurunu təkrarlaya bilmədilər.

Müğənni Zamiq də illər sonra "Kaman"la əməlli-başlı "tutuzdur"du. Hətta bu mahnı Zamiqin milyonlarla izlənilən ilk mahnısıdır. "Kaman"ın uğurundan yola çıxaraq ikinci dəfə eyni tərzdə "Cənnətimsən"i təqdim edən ifaçı uğursuzluqdan yaxa qurtara bilmədi. Baxmayaraq ki, Leylinin "Ay balam" xitabı və mahnının sözləri çox yaxşı seçilib...

Sosial mediada geniş səs-küy doğuran Elvin Mirzəzadənin "Düşün məni" mahnısının "Youtube"da milyonları keçməsi ifaçını həvəsləndirdi. Müğənni bir neçə ay sonra "Gəl" klipini tamaşaçıların ixtiyarına verdi. Lakin bu mahnı da o birinin "burnundan düşmüş" kimi olduğuna görə insanlar tərəfindən əvvəlki kimi qəbul edilmədi. "Youtube" sıfırları artsa da, ortada yeni heç bir şey olmadı.

Savadlı musiqiçilərə verilən dəyərin az olması, insanların zövqünün bayağı musiqilərə doğru yönəlməsi ifaçıları təkrarçılığa vadar edə bilər. Ancaq yenilik hər zaman gözəldir. İkinci dəfə isə eyni tərzdə mahnı təqdim etmək tamaşaçını yormaq deməkdir.

Bu yerdə Türkiyənin Orta Doğu Texniki Universitetində 1995-ci ildə yaşanmış bir hadisə yadıma düşür. Deməli, universitetdə dərs deyən Muhsin Soysal adlı müəllim "Strategiya idarəçiliyi" dərsinin imtahanında "Risk nədir?" deyə sual verir. Həmin imtahanda tələbələrdən biri – Mehmet Ali Berkman imtahanın ilk 10 saniyəsində vərəqini təhvil verir. Kağızın üst hissəsində yalnız ad və soyad yazılır. Vərəq isə bütövlükdə bomboş olur. Ən altda isə "Bax, risk budur" deyə yazı yer alır. Nəticədə həmin tələbə ən yüksək qiyməti alır.

Müəllimin bir sonrakı imtahanında "Risk nədir?" sualına eyni cavabı verən başqa tələbə isə sıfır qiyməti alır. Qaça-qaça gedib müəllimdən səbəbini soruşur. Cavab isə düşündürücü olur: "Eyni şərtlərlə, eyni riski iki dəfə etmək axmaqlıqdır!"
mənbə:oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1394   Tarix: 08 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Jan-Pol Belmondo vəfat etdi

Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm

6 sentyabr 2021
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara

18 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021
.

Röya Ayxanın oğlu əməliyyat olundu

Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları

13 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

Əməkdar artist AzTV-də aparıcılıq edir

Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı

4 sentyabr 2021
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətl

16 sentyabr 2021
.

Afaq Gəncəli ATV-dən getdi

Aparıcı Afaq Gəncəli ATV telekanalından ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün ərizəsini yazaraq işdən çıxıb. Kanalla dostcasına ayrılan A.Gəncəli daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. Hazırda onun hansı kanalda çalışacağı bəlli deyil. Qeyd edək ki, sabah Afaq Gəncəlini

6 sentyabr 2021
.

Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b

9 sentyabr 2021