ABŞ İrandan sonra Azərbaycanda müharibə başladacaq və...

ABŞ İrandan sonra Azərbaycanda müharibə başladacaq və...İranda aksiyalar dayansa da, baş verənlərin hədəfləri haqda müxtəlif versiyalar və proqnozlar irəli sürülür. Ən maraqlı proqnozlardan biri isə iranlı politoloq Kayhan Barzaqerin fikirləridir.

K.Barzaqer bildirib ki, İranda baş verən daxili gərginlik və bunun fonunda müşahidə olunan ABŞ-İran qarşıdurması Dağlıq Qarabağda müharibəyə səbəb ola bilər.

İranlı ekspert 2015-ci ildə başlanan Rusiya-Türkiyə gərginliyini xatırladıb.

"Türkiyə və Rusiya arasında gərginlik yaşanandan sonra Qarabağda qısa müddətli müharibə baş verdi. Bu baxımdan, İrandakı gərginlik də bölgədə Qarabağ kimi hər an alovlanmağa hazır olan münaqişə ocaqlarına təsir edə bilər", - deyə o bildirib.

İranlı ekspert 2015-ci ildə Rusiya və Türkiyə arasında təyyarə böhranını və 2016-cı ildə baş verən "aprel müharibəsi"ndən bəhs edir. Bu iki hadisənin bir-birinə bağlılığı uzaq ehtimal kimi görünsə də, bütün hallarda regional gərginliyin arzuolunmaz hadisələrə yol aça biləcəyi mümkündür.

Ən diqqətçəkən versiyalardan biri isə ABŞ-ın İranı daxildən qarışdıraraq bölgəyə dair planlarını həyata keçirməsi haqdadır.

Bu kontekstdə İbni Haldun Universitetinin beynəlxalq əlaqələr şöbəsinin dosenti Talha Kösenin fikirləri yada düşür.

Köseyə görə, İrandakı hadisələrin əsas hədəfi Çindir: "Hadisələr İranda yox, Əfqanıstanda nəzarətdən çıxacaq. ABŞ yeni super güc olan Çinin dünyaya açılan qapısını – Əfqanıstanı bağlamaq istəyir. Məqsəd İpək Yolu layihəsi üzərindəki ölkələrin – Əfqanıstan, Mərkəzi Asiya, İran və s. – qarışdırılmasıdır. Suriyadan İŞİD-çilər Əfqanıstana göndərildi. Gözləniləndir ki, Əfqanıstanda gərginlik başlayacaq və bunun hədəfi də İpək Yolu layihəsi, yəni Çindir. Çünki ABŞ-ın yeni hədəfi Çindir".

Ekspertlər istisna etmir ki, ABŞ-İran qarşıdurmasından İpək Yolu üzərindəki ölkələr də əziyyət çəkəcək. O cümlədən, bu qarşıdurma Qarabağda daxil olmaqla bölgədə münaqişə ocaqlarının alovlanmasına səbəb ola bilər. Xüsusilə ABŞ-ın İranla yanaşı, əks cəbhədə dayanan Rusiyanı da "vurmaq" üçün bu ölkənin cənub sərhədlərində - Qarabağda müharibəni alovlandıra biləcəyi ehtimalları diqqət çəkir. Versiyalara görə, ABŞ erməni lobbisinin əli ilə Sarkisyan hakimiyyətinə müharibəyə başlaması üçün dəstək verə, beləliklə, Rusiyanın başını öz sərhədləri ətrafında qarışdıra bilər. Bu ehtimallar fonunda erməni hərbi birləşmələrinin dünən cəbhədə təxribata cəhd etməsinin nə qədər təsadüf olduğu da düşündürücü sualdır.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 6783   Tarix: 09 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sülhməramlıların Qarabağı tərk etməsinin yeni - Görüntüləri

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:

17 aprel
.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel
.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel
.

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularla maarifləndiric

13 aprel
.

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır. xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:. "Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısını

18 aprel
.

İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib. report-a istinadən xəbər verir ki, tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb. Qeyd edək ki

17 aprel
.

Sülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi

Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib. Hazırda Xudavəng monastrın

16 aprel
.

" III Dünya savaşı baş versə, Cənubi Qafqaz müharibə ocaqlarından biri olacaq" - Ekspert

Hərbi toqquşmaların yaratdığı təhlükənin miqyası gündən-günə artmaqdadır. 1914, 1939-cu illərdəki siyasi-hərbi durum hazırkı hadislər ilə oxşardır. II dünya müharibəsi başlaya bilərmi?. Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədli -a açıqlama veribş. O bildirib ki, II dünya savaşı baş versə, Cənub

15 aprel