Rəsulzadənin nəvəsi prezidentə təşəkkür etdi

Rəsulzadənin nəvəsi prezidentə təşəkkür etdi"2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi çox gözəl addımdır. Bi il çərçivəsində AXC-nin təbliği baxımından ciddi addımlar atıla bilər. Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətimizin banisi olub və onu sevməyən yoxdur. Azərbaycanın azadlığı, istiqlalı onun adı ilə bağlıdır".

Bunu modern.az-a açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunmasına münasibət bildirərkən deyib.

"Bilirsiniz, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır. Şərqdə ilk demokratik dövlət quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir.

"AXC ili"ndə həmçinin, Rəsulzadənin mədəni irsini təbliğ etməli, bununla yanaşı, ali təhsil müəssisələrində, məktəblərdə də uşaqlara Rəsulzadə haqqında kifayət qədər məlumat verməliyik. Tarix yanaşmalardan asılı olmayaraq, dəyişməz qalır. AXC dövrü Azərbaycan tarixinin ən şərəfli, ən şanlı səhifəsidir. Bu baxımdan 2018-ci ilin "AXC ili" elan edilməsi bütün müsbət ideyaları, fikirləri özündə birləşdirəcək. Belə gözəl addım üçün mən cənab prezident İlham Əliyevə təşəkkür edirəm!".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1297   Tarix: 10 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel
.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

16 aprel
.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel
.

Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO

"Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər. Bu barədə Baku TV-nin "YouTube" kanalının növbəti analitik süjetind

12 aprel
.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel
.

"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

17 aprel
.

Ermənistanla Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər

Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər. "Report" "Novosti Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib. "Hökumətlə

11 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib. Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiy

12 aprel