Prezidentin cümhuriyyət qərarı göstərdi ki... – Millət vəkili

Prezidentin cümhuriyyət qərarı göstərdi ki... – Millət vəkiliErmənistan və Gürcüstanla müqayisədə bu məsələnin həllinə xüsusi diqqətlə yanaşmalıyıq. Onların da yüzilliyidir və yubileyə ciddi şəkildə hazırlaşacaqlar. Cümhuriyyət məsələsində onlardan daha həssas olduğumuzu göstərməliyik.

Sonxeber.az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi ilə bağlı danışarkən söyləyib. O bildirib ki, prezidentin bu qərarı ölkənin müstəqilliyinə verdiyi dəyərin göstəricisidir:

"Bir neçə həftə bundan əvvəl məsələ ilə bağlı qeyd etmişdik ki, 2018-ci il "Cümhuriyyət İli" elan olunmalıdır. Prezident İlham Əliyevin bu qərarı bizim arzularımıza uyğun qərar oldu. Ölkə prezidentinin bu addımını çox yüksək qiymətləndiririk. Bu, cümhuriyyətə verilən dəyərdir. Düşünürəm ki, mətbuat bu məsələni qırmızı hərflə yuxarı köşədə yerləşdirməlidir ki, bəzi məmurlar görsün. Bütün bunlar cümhuriyyətə olan laqeydliyin, etinasızlığın ortadan qalxması baxımından vacibdir. Görsünlər ki, ölkə prezidenti cümhuriyyət ilinə necə dəyər verir. Bu qərardan dolayı prezidentə təşəkkür edirəm!

Cümhuriyyətimizin yubileyini yüksək səviyyədə qeyd etmək üçün bu sahədə müəyyən addımlar atmaq lazımdır. Bu yaxınlarda M.Ə Rəsulzadənin ata evinin uşaq bağçası olması məsələsini qaldırmışam. Həmin evi muzeyə çevirmək lazımdır. Səlahiyyətli şəxslər prezidentin bu qərarına uyğun ciddi işlər görməlidirlər".

Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib. İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 896   Tarix: 10 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

Azərbaycanlı deputat Avronest PA-nın komitə sədri seçildi

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib

20 mart
.

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. "Report" xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: "Crocus City Hall" konsert zalınd

23 mart
.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18 mart
.

"Paşinyan bu ərazilər ilə özü yaxından tanış olmaq istəyir" - Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin (Dilican mahalı - red.) sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. "Müharib

19 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart
.

Baş nazir quru sərhədlərinin açılmamasından DANIŞDI

"Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil". APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, 2021-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb:. "Bu, mənim baş nazir kim

15 mart
.

Azərbaycan XİN Yunanıstanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanı Milli Gün münasibətilə təbrik edib. "Report" xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb. "Yunanıstan hökumətini və xalqını Milli Gün münasibətilə təbrik edir, onlara davamlı inkişaf və firavanlıq arzulayırıq. Mill

25 mart
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart