Azərbaycanın bir addımlığı Xirosimaya çevriləcək? - Fevralda açıqlanacaq doktrinanın dəhşətli detalları

Azərbaycanın bir addımlığı Xirosimaya çevriləcək? - Fevralda açıqlanacaq doktrinanın dəhşətli detallarıAmerika hakimiyyəti nüvə silahından istifadə ilə bağlı məhdudiyyətləri zəiflətmək və yeni, gücü daha az olan nüvə döyüş başlığı hazırlamaq niyyətindədir.

Bu haqda silahlara nəzarət və onların yayılmaması üzrə Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Con Vulfstalaya istinadən "Qardiyan" nəşri bildirib.

Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) nüvə siyasətinin yeni doktrinasını hazırlayıb. Doktrinaya əsasən "Trident D5" ballistik raketləri belə döyüş başlıqları ilə təchiz ediləcək. Con Vulfstala vurğulayıb ki, ABŞ belə hərəkətlərlə Şərqi Avropada yaranacaq konfliktlər zamanı Rusiyanın taktiki döyüş başlıqlarından istifadəsinə maneə yaratmağı planlaşırır.

ABŞ-ın yeni nüvə siyasəti, Vulfstalın fikrincə, əvvəlki prezident Barak Obamanın nüvə siyasəti ilə müqayisədə daha davakardır.

"Yeni nüvə doktrinasını yazan insanlar mənə dedilər ki, onlar ruslara, çinlilərə və Şimali koreyalılara dəqiq mesajı göndərmək istəyirlər: nüvə silahından istifadə etmək üzrə istənilən cəhd onlar üçün kütləvi nəticələrə gətirib çıxaracaq", - o əlavə edib.

Vulfstal təsdiq edib ki, yeni doktrinada Pentaqon ABŞ-ın rəqibə nüvə zərbəsi üçün şərtlərin siyahısını genişləndirib. Xüsusi halda, böyük miqdarda qurbanlara gətirib çıxarmış qeyri-nüvə hücumu, həmçinin strateji obyektlərə edilən hücumlara cavab olaraq nüvə zərbəsi endiriləcək.

Onun sözlərinə görə, doktrina rəsmən yanvarın sonunda dərc ediləcək.

Britaniya nəşri yazır ki, silahlanma üzərində nəzarətin tərəfdarları ABŞ-ın niyyətləri ilə əlaqədar narahatlığını ifadə edirlər. Onların fikrincə, bu, döyüş əməliyyatlarının gedişatında nüvə silahından istifadənin ehtimalını artırır.

Xatırladaq ki, hələ ötən ilin sentyabrında mənbələrə istinadən "Politico" nəşri Donald Tramp administrasiyasının yeni nüvə siyasəti ilə bağlı fikirlərini yazıb.

ABŞ-ın daha kiçik ölçülü və zərərin daha aşağı dərəcəsi ilə fərqlənən "mini-bombalar"ın yaradılması üzərində düşündüyünü yazan nəşrə görə, belə silah Amerika hərbçilərinə daha çox strateji imkan verəcək. Ənənəvi nüvə silahından istifadə çoxsaylı beynəlxalq konvensiyalarla qadağandır və bu silahın daha zəif nümunələrinin tətbiqinə icazə almaq daha realdır.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini, general Pol Selva ABŞ-ın taktik nüvə silahının tətbiqi ssenarilərini genişləndirəcəyini bəyan edib. Mitçellovsk Aerokosmik Tədqiqatlar İnstitutunun konfransında çıxış edən general bildirib ki, XXI əsrdə nüvə strategiyasının effektiv vasitələrdən biri zəif nüvə döyüş sursatları olmalıdır.

"Belə döyüş vasitələri hazırlamaq və silahlanmaya daxil etmək lazımdır. Nüvə silahının tətbiqi dəhşətlidir. Amma biz düşmənin mümkün hərəkətlərinə səmərəli, elastik və çoxpilləli reaksiya vermək üçün müəyyən təlimatları və qaydaları xülasə etməliyik", - o bildirib.

Müzakirədə iştirak edən ekspertlər ona etiraz ediblər. Onlardan biri xatırladıb ki, indiki ölçülər üzrə "zəif" nüvə yükləri ABŞ-da hələ nüvə silahı yarışının lap əvvəlində var idi. Xüsusi halda, bu cür bombalar Xirosima və Naqasakidə tətbiq edilmişdi.

General cavabında bildirib ki, bu arqumentləri ilk dəfə eşitmir və onlarla razı deyil: "Biz ölkə rəhbərliyinə hərəkət variantlarının ən geniş dəstini göstərməliyik. Strateji sabitlik üçün masaya nə varsa, qoymaq lazımdır: mühafizəkar yanaşmalardan yeni radikal metodlara qədər".

Onun sözlərinə görə, bu, Rusiyanın qarşısının alınması siyasətinin effektiv keçirilməsi üçün lazımdır. General həmçinin Çin, o cümlədən İran və Şimali Koreya kimi "yeni nüvə dövlətləri" tərəfindən artan təhlükəyə diqqət çəkib.

Selvanın ifadə etdiyi arqumentləri daha əvvəl Amerika ekspertləri, həmçinin istefaya çıxmış hərbçilər dəfələrlə səsləndiriblər.

Artıq istefada olan general Norton Şvars (2008-2012-ci illərdə Hərbi Hava Qüvvələrinin qərargahının başçısı) bir neçə il əvvəl bildirib ki, düşmən Amerikanın "zəif", amma yüksək dəqiqlikli nüvə silahına malik olacağını anlamalıdır.

Qeyd edək ki, ABŞ-ın taktik nüvə arsenallarının əsasını artıq uzun illərdir ki, B61 ailəsindən olan təyyarə bombaları təşkil edir. Bu silahın birinci versiyası 1968-ci ildə Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edilib və döyüş sursatı o vaxtdan dəfələrlə müasirləşdirilib. Döyüş sursarının 11 versiyası var. 1997-ci ildə hazırlanmış son versiya xüsusi təyinata malikdir. O böyük dərinlikdəki obyektlərə zərbələr üçün nəzərdə tutulub. Onun maksimum qüvvəsi müxtəlif qiymətlərə görə, 340-400 kiloton təşkil edir. Müqayisə üçün deyək ki, 9 avqust 1945-ci il tarixində Naqasakiyə atılan atom bombası 21 kiloton, 6 avqustda Xirosimaya atılan bomba isə 13-18 kiloton trotil ekvivalentə malik idi.

Amma başqa variantlar taktik hesab edilir. 3-cü və 4-cü versiyalar, xüsusi halda, ABŞ-ın Avropadakı bazalarında yerləşdirilib. 10-cu versiya 2005-ci il təcili tətbiqə hazırlıqdan çıxarılıb və anbarlardan götürülüb.

Hazırda "universal" B61-12 bombası yaradılır və B61-in bütün versiyalarını əvəz etməlidir.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3183   Tarix: 10 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021