Əvvəl sürücülər qəpik davası edirdi, indi də şirkətlər yarışa girib

Əvvəl sürücülər qəpik davası edirdi, indi də şirkətlər yarışa giribBakıda bir-birini təkrarlayan marşrut xətlərindəki avtobusların dayanacağa tez çatma yarışı davam edir

Sonxeber.az kaspi.az-a istinadən yazını təqdim edir.

Şəhər nəqliyyatı son illər ən çox islahatlar aparılan sahədir, amma problem o qədər çoxdur ki, bitib-tükənmək bilmir. Kart sisteminin tətbiqi ilə bir çox problemlər aradan qalxacağı bildirilirdi, həqiqətən də bunu görürük. Amma həllini gözlədiyimiz bir məsələ vardı ki, o, bir az formasını dəyişsə də, mahiyyət eynidir. Söhbət bir-birini təkrarlayan marşrut xətlərindəki avtobus sürücülərinin dayanacağa tez çatmaq "yarışı"ndan gedir.

Eyni hərəkət istiqamətində fərqli daşıyıcı şirkətlərə məxsus marşrut avtobusları əvvəl də olub, indi də. Əvvəllər bütün avtobuslarda ödəniş birbaşa sürücülərə edildiyi üçün burada sürücülərin daha çox sərnişin aparıb, əlavə qazanc əldə etməsi məsələsi vardı ki, indi də kartsız sərnişin daşıyan marşrutların yarışı var. Amma bəllidir ki, artıq elə avtobuslar da var ki, onlarda gediş üçün ödəniş ancaq kartladır və sürücülərin burda hər hansı maddi marağı yoxdur. Amma yenə də sürət həddini artırıb, dayanacağa tez çatmaq üçün yarışa çıxan avtobus sürücülərini görür, sərnişinlərin "kartof yox, adam aparırsan" tipli iradlarını eşidirik... Məsələn, 5 saylı marşrut avtobusu ilə 88 nömrəli marşrut xəttinin hərəkət istiqamətinin böyük bir hissəsi eynidir və 88 nömrəli avtobusun sürücüsünün dəfələrlə dayanacağa tez çatmaq üçün sürət həddini artırmasını müşahidə etmişik.

Sürət həddinin aşılması isə insan həyatı ilə oynamaq deməkdir. Sonuncu bu tipli hadisənin "istisi" hələ soyumayıb. Söhbət Bakının Zığ şosesində baş verən ağır qəzadan gedir. 175 nömrəli marşrut avtobusu yoldan çıxaraq aşmışdı. 20-dən çox insan xəsarət almışdı. Bu tipli avtobus yarışlarının tez-tez şahidi oluruq. Bəs bu problemdən çıxış yolu nədir? Ümumiyyətlə, bu istiqamətdə iş görülürmü? Kartsız avtobuslarda sürücülər rəqabət aparırdılarsa, belə çıxır ki, indi daşıyıcı şirkətlər dayanacağa tez çatmaq məsələsində maraqlıdırlar?

Sürücüləri həvəsləndirəcək bonus

Hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, burada şirkətlərin də rəqabəti ola bilər, sürücülərin də: "Nəzəri olaraq belədir ki, hər sürücünün idarə etdiyi avtobusda ödəniş aparatı olur ki, onun vasitəsilə hər gün hər sürücünün gündəlik nə qədər sərnişin daşıdığını müəyyənləşdirmək olur. Ola bilsin ki, şirkət sürücüləri daha çox sərnişin daşımağa həvəsləndirmək üçün bonus müəyyənləşdirsin. Bonus olduğu üçün sürücülər gündəlik daha çox sərnişin daşımaq üçün bu cür yarışlara gedə bilərlər. Bonus verilməsi rəqabət, stimullaşdırma cəhətdən effektiv üsul ola bilər. Amma qanunun pozulmasına gətirib çıxarırsa, insanların həyatını təhlükəyə atacaq bir mənzərə yaranırsa, artıq bu zaman bonusa gedilməməlidir. Rəqabət yaxşı şeydir, amma qanuni olmalıdır. Qanunun tələbinə görə, Bakıda bütün marşrut avtobuslarına Bakı Nəqliyyat Agentliyinin (BNA) təsdiq etdiyi marşrut sxemi və hərəkət qrafiki verilir. Orda həm avtobusların hərəkət istiqaməti göstərilir, həm də dəqiqələrinə qədər vaxt cədvəli. Filan dəqiqədə filan dayanacaqda olmalısan. Sürücü onların hər ikisinə və üstəgəl də yol hərəkəti qaydalarına ideal surətdə riayət etməlidir. Qrafiki, yol hərəkəti qaydasını pozan, marşrutdan kənara çıxan və pozan sürücü məsuliyyətə cəlb olunmalıdır".

"Çıxış yolu çoxtərəfli nəzarət sisteminin olmasıdır"

Ə.Hüseynov deyir ki, avtobusların bu cür yarışını görən hər kəs BNA-ya məlumat versin: "Kart sisteminin problemi həll etmədiyi ilə bağlı bədbin olmayaq. Çox problemi həll edən addımdır. Bu cür tək-tək hallar varsa, səbəbi araşdırmalıdır. Çıxış yolu çoxtərəfli nəzarət sisteminin olmasıdır. Nəzarət sözündən bizdə qorxurlar. Amma burda nəzarət sadəcə olaraq qaydalara riayət edilməsini diqqətdə saxlamaq, qayda pozuntularına yol verənləri məsuliyyətə cəlb etməkdən ibarətdir. DYP öz işini görməli, qayda pozuntularına yol verən marşrut avtobuslarının sürücülərini məsuliyyətə cəlb etməlidir. Ən əsası isə sahibkarlar özləri sürücülərinə nəzarət etməlidir. Sərnişinlər də bu cür hallarla qarşılaşanda Nəqliyyat Agentliyinə məlumat verməlidirlər ki, onlar da daşıyıcı şirkətlərə iradları bildirsinlər".

"Sürücüyə görə sahibkarın fəaliyyəti zərbə görür"

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, bu kimi problemlər Bakının nəqliyyat sferasının vahid strukturdan idarə olunması məsələsini ortaya çıxarır: "Vahid sistem qurulmalıdır ki, rəqabət aparıb, yarışa çıxacaq başqa bir şirkət olmasın. Bir tərəfdən bunu məcburən deyirik. Digər tərəfdən, fikirləşirik ki, sahibkarlar bu fəaliyyətlə məşğul olurlar, onlar da inkişaf etməli, fəaliyyətlərini genişləndirməlidirlər. Nağd ödəniş götürülən avtobusların sürücülərinin dələduzluğuna görə, əziyyətlə qurulmuş bir şirkət bağlana bilər. Sürücüyə görə sahibkarın fəaliyyəti zərbə görür. Zaman gələcək ki, o cür intizamsız sürücülərə görə hansısa şirkətlər bağalanacaq. Kartla olan avtobusların dayanacağa tez çatmaq yarışına gəlincə, artıq burda daşıyıcı şirkətlər özləri məsuliyyətli olmalı, sürücülərindən də bu cür fəaliyyət tələb etməlidirlər. 5 və 88 saylı marşrut avtobuslarına gəlincə... 88 nömrəli marşrutun məxsus olduğu "Çinar M-Trans" bəlkə də, Bakıda ən intizamsız, ən çox qayda pozuntusu məsələlərində sürücülərinin adı çəkilən şirkətdir. Bu gün Bakıda kart sisteminin tətbiqi genişləndirilir, 88 nömrəli marşrutla hərəkət edən avtobuslar da kartla ödənişə keçib. Amma o marşrutun sürücüləri sərnişinləri ödənişi nağd etməyə məcbur etmir, deyir "kart lazım deyil, qəpiyini ver". Hətta bəzi sürücüləri düşüb dayanacaqlarda karta pul yükləmək üçün aparatları sıradan çıxarırlar ki, camaat pul yükləyə bilməyib nağd ödəniş etsin".

"Bununla bağlı dəfərlə şikayətlər gəlib"

BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyir ki, bir-birini təkrarlayan marşrut xətlərinin bir çoxunda dayanacağa tez çatma yarışına rast gəlinir və BNA-nın başladığı və hazırda da davam etməkdə olan optimallaşdırma işləri də bu kimi problemlərin həllinə yönəlib: "Optimallaşdırma işləri çərçivəsində ən son 155 nömrəli marşrut xətti ləğv edilərək 108 nömrəli xətlə birləşdirildi. Daha əvvəl 7 nömrə ləğv edildi və 18 xətti bir qədər uzadıldı. Yəni, bu işlər davam edir. Bu gün Ziya Bünyadov prospekti boyunca bəzi marşrut xətləri var ki, hərəkət sxemləri 70-80 faiz bir-birini təkrarlayır. Bununla bağlı dəfələrlə sərnişinlərimizdən eləcə də, digər hərəkət iştirakçılarından şikayətlər gəlib. Hazırda onların optimallaşdırılması məsələsinə baxılır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1041   Tarix: 11 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-c

24 aprel
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy

23 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Kart hesabı paylaşıb pul yığanlara necə İNANAQ? - VİDEO

Külli miqdarda pula ehtiyacı olan şəxslərə kömək etmək ehtiyacı olanda ağla gələn ilk vasitə kart hesabı açaraq vəsait üçün pul toplamaq olur. Hətta demək olar ki, hər günümüzü telefona gələn yardım xahişləri ilə açırıq. Amma tez-tez rastlaşdığımız bu mənzərəyə görə, xeyirxahlığımızın qurbanı ola bilərik

24 aprel
.

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdityevin qohumudur

Sabiq deputat İlham Əliyevin qardaşı oğlu Səftər Əliyevin direktoru olduğu "Hazarbalıq" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb. "Qaynarinfo"-ya istinadla xəbər verir ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən balıq istehsalı ilə məşğu

24 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq

24 aprel