ABŞ Azərbaycanı terror təhlükəli ölkə elan etdi -- Həqiqətən, bomba üstdə oturmuşuq? - FOTO

ABŞ Dövlət Departamenti vətəndaşları üçün yeni səyahət məsləhətləri hazırlayıb (New Travel Advisories for U.S. Travelers). Ermənistan və Gürcüstan birinci kateqoriyada - "Normal Precautions" - yer alıb. Bu kateqoriya daha aşağı riskli sayılır.

Azərbaycan 2-ci kateqoriyada - "Increased Caution"da yer alır. ABŞ Azərbaycana səfər edən vətəndaşlarını terrorizm riski ilə əlaqədar daha diqqətli olmağa çağırır. Qeyd edilir ki, terrorist qruplar Azərbaycana mümkün hücumları planlaşdırmağa davam edirlər. Terrorçular turistik yerlərə, nəqliyyat mərkəzlərinə, bazarlara, ticarət mərkəzlərinə, yerli hökumət qurumlarına, hotellərə, klublara, restoranlara, ibadət yerlərinə, parklara, əsas idman və mədəni tədbirlərin keçirildiyi məkanlara, aeroportlara və digər ictimai yerlərə hücumlar edə bilərlər.

Məsələ ilə əlaqədar xüsusi xidmət orqanlarının yüksək rütbəli sabiq əməkdaşı, təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev Milli.Az-a açıqlamasında bildirib ki, amerikanların bu addımı anlaşılmazdır və buna mütləq aydınlıq gətirilməlidir:

"Ümumiyyətlə, belə siyahılar hazırlananda informasiyanın mənbəyi məlum olmalıdır. Azərbaycanda təhlükəsizliyə təhdidin olması ilə bağlı məlumatların haradan götürüldüyü, onu tərtib edərkən nəyə istinad edildiyi bilinməlidir. Daha sonra bu təhdidlərin nədən ibarət olduğu daha konkret açıqlanmalıdır. Ola bilsin ki, amerikanlar Azərbaycanı digər terror təhlükəsi olan dövlətlərdən biri hesab edirlər. Əgər Azərbaycan NATO-nun sülhməramlı missiyalarında və ya müəyyən koalisiyalarda hansısa formada təmsil olunursa, bu, o demək deyil ki, burada tam şəkildə terror təhlükəsi var. Düşünürəm ki, onlar Rusiyanın cənubunda baş verənləri də məhz Azərbaycanla əlaqələndirirlər. Amma bütün bunların hamısı təəssüf hissi doğurur.

Azərbaycanda son illər bu qədər beynəlxalq siyasi forumlar, idman və mədəniyyət tədbirləri keçirilib və onların heç birində ən kiçik neqativ hal da baş verməyibsə, hansı terrordan, təhlükədən danışa bilərlər?!

Problemlərin isə kökündə mənbənin məlumatlarının düzgün araşdırılmaması durur. Təssüf ki, dövlət orqanları arasında məlumat mübadiləsi aparılmadan belə hesabatlar yayılır. Yəqin ki, Azərbaycanın müvafiq orqanları da bununla bağlı öz mövqeyini bildirəcək".

Qeyd edək ki, hələlik Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirməyib.

Lakin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev rəsmi Bakının mövqeyini ifadə edərək bu məlumatın təəccüblə qarşılandığını açıqlayıb:

"Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və pisləyir. Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə, o cümlədən ABŞ və Rusiya Baş qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibi etdiyi halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür".
"Azərbaycanın sözügedən mötəbər tədbirlərə ev sahibliyi etməsi digər amillərlə bərabər, ölkəmizdə mövcud olan sabitlik, təhlükəsizlik və ictimai asayişin yüksək səviyyədə təmin olunması ilə bağlıdır. Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri istisna olmaqla, Azərbaycan hökuməti ölkədəki təhlükəsizlik və operativ vəziyyəti tam nəzarətdə saxlayır. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalır," - deyə XİN-nin sözçüsü əlavə edib.
ABŞ Azərbaycanı terror təhlükəli ölkə elan etdi -- Həqiqətən, bomba üstdə oturmuşuq? - FOTOABŞ Azərbaycanı terror təhlükəli ölkə elan etdi -- Həqiqətən, bomba üstdə oturmuşuq? - FOTOABŞ Azərbaycanı terror təhlükəli ölkə elan etdi -- Həqiqətən, bomba üstdə oturmuşuq? - FOTOABŞ Azərbaycanı terror təhlükəli ölkə elan etdi -- Həqiqətən, bomba üstdə oturmuşuq? - FOTOABŞ Azərbaycanı terror təhlükəli ölkə elan etdi -- Həqiqətən, bomba üstdə oturmuşuq? - FOTOABŞ Azərbaycanı terror təhlükəli ölkə elan etdi -- Həqiqətən, bomba üstdə oturmuşuq? - FOTOABŞ Azərbaycanı terror təhlükəli ölkə elan etdi -- Həqiqətən, bomba üstdə oturmuşuq? - FOTOMənbə: milli.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1672   Tarix: 11 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə

22 aprel