Röyanın həbsdə olan qayınatası hər şeyin üstünü açdı - FOTO

Röyanın həbsdə olan qayınatası hər şeyin üstünü açdı - FOTOÇudo Peçka və ÇP Aqro MMC-lərinin təsisçisi Çingiz Cəlilovun ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.

Çingiz Cəlilov ifadəsində deyib ki, 2001-ci ildən Çudo Peçka MMC-ni təsis edib.

Onun sözlərinə görə, MMC qida istehsalı və satışı ilə məşğul olub. İşlə bağlı bir neçə banka kredit üçün müraciət edilib, götürülən kreditlər öz ödənişi ilə vaxtında verilib.

Çingiz Cəlilov qeyd edib ki, 2006-cı ildə Yaşar Babayevlə "Bakı Biskivit Fabriki"ni fəaliyyətə gətirmək üçün işləməyə başlayıb: "Yaşar Babayevin sahibi olduğu "ABU holdinq"in baş direktoru olmuş Yuri Vasilyeviçlə tanış oldum. Onun vasitəsilə də "Standart Bank"ın idarə heyətinin sədri Səlim Kirmanla münasibət qurduq. Səlim müəllimlə elə də sıx münasibətim olmayıb. Yaş fərqimiz çox olduğu üçün əsasən qardaşım Pərviz Səlimlə münasibətdə olurdu".

Çingiz Cəlilov bildirib ki, qardaşı Pərviz bir müddət sonra ona Səlim Kirmanın şirkətin 30 faizini almaq istədiyini deyib: "Biz bu təkliflə razılmaşdıq. 2008-ci ildə iqtisadi böhranla bağlı çətinliklər yaşadıq. Bu zaman Səlim müəllimin iki il davam edən israrlarını nəzərə alıb, şirkətin 10 faizini ona məxsus "Kes holdinqs limited" şirkətinə güzəşt etdik".

Biznesmen qeyd edib ki, Səlim Kirman bütün şirkəti "Bank Standart"ın təşəbbüsü ilə yaranan "Bakery operatinq Company" MMC-yə kənar idarəçiliyə verib.

Təqsirləndirilən şəxsin sözlərinə belə davam edib: "Səlimlə aramızda bağlanmış müqaviləyə əsasən, onun mənə olan 1 milyon 212 min manat borcumu silməli, ələvə olaraq hər ay şirkətin gəlirlərindən başqa, mənə 30 min manat şəxsi xərclərimlə bağlı ödəniş etməli idi".

Çingiz Cəlilovun ifadəsinə görə, Səlim Kirman tərəfindən müqavilədə göstərilən öhdəliklər yerinə yetirməyib. O bilidirib ki, Səlim Kirman 1 milyon 212 min borcu ödəməyib, 5 ay sonra isə aylıq müqaviləyə əsasən, ödəməli olduğu 30 min manatı da verməyib: "Borcun 800 min manatını ödədim. 400 min manatlıq əmlakı da girov qoydum. Səlim Kirman şirkət gəlirlərindən heç bir ödəniş etmədi. Şirkət 2016-cı ilədək Səlim Kirmanın sərəncamında olub. Səlim Kirman 2012-ci ildə mənə Çudo Peçka MMC-in daha da inkişaf etdirilməsini təklif etdi. Bu məqsədlə digər ailə üzvlərimin adına kredit götürülməsini məsləhət gördü. Qardaşım Pərviz, övladlarım Anar və Teymurun adına bir neçə müqavilə imzalandı. Həmin kredit müqavilələr çox böyük məbləğlərdə idi. Həmin sənədlər arasında kassa məxaric orderi olmayıb. Düşündüm ki, növbəti dəfə banka çağırılanda kassa məxaric orderi olacaq. Amma nə biz banka çağırıldıq, nə də sənədi verildi. Həmişə Səlimlə danışanda bu məsələni aydınlaşdırmaq istəsəm də, hər dəfə məlumat verəcəyini deyirdi. 2014-cü ilin iyun ayında isə mənə və ailə üzvlərimə Səbail rayon Məhkəməsindən faizi ilə birlikdə 31 milyon manatlıq bank tərəfindən mülki iddia qaldırması ilə bağlı məktub gəldi. Məhkəmədə bildik ki, adımıza ayrılan pullar bizə çatmayıb. Rayon Məhkəməsi bizi cavabdeh kimi qəbul edib, əleyhimə qərar çıxartdı. Ali Məhkəmənin qərarı ilə məlum oldu ki, həmin pullar Səlim tərəfindən "Çudo Peçka" şirkətinə yönəldilib. Məhkəmə dövründə nümayəndəm bankdan adıma olan çıxarışları əldə etdi. Bildik ki, 150 min manat mənə aid olan hesablara köçürülüb. Amma qalan məbləğlər 3 şəxsin hesabına yönləndirilib. Bunu bank ənəkdaşları ifadələrində təsdiq etdilər. Bununla da, birinci instansiya məhkəməsi bizim tələbimizi təmin etdi. Lakin apellyasiya instansiyasında bankın xeyrinə qərarı dəyişdi".

Çingiz Cəlilov qeyd edib ki, 2016-cı ildə isə Binəqədi rayon Məhkəməsi qərarı ilə şirkət onlara qaytarılıb: "Apardığımız yoxlamalar zamanı bizə məlum oldu ki, ailənin adına götürülən kreditlər şirkətin işlərinə yönədilməyib. Səlim Kirmanın təklifi ilə mən, övladlarım və qardaşım ilə yanaşı, işçilərimin, qohumlarımın da adına kreditlər götürdük. Götürülən kreditlərlə 2006-2009-cu illərdə Qara Qarayev, Neftçilər, Nərimanov, Əhmədli, İnşaatçılar, 3-cü mikrorayon ərazisində olan mağazalar açıldı. Həmçinin "5 Qazan" kulinariya evi işə salındı. Bundan başqa torpaq sahələrində üzümçülük və buğda əkini işləri də aparılırdı".

Çingiz Çəlilovun sözlərinə görə, 2009-cu ilədək banka olan borclar vaxtı-vaxtında ödənilib: "Bu illər ərzində banka ümumilikdə 15 milyon manat pul ödənilib. Kreditlərin ödənilməsi, götürülməsi, mağazaların fəaliyyətilə qardaşım Pərviz maraqlanırdı. Səlim Kirmanla danışıqları məhz o aparırdı. 2009-cu ildə kreditlərin ödənilməsində axsamalar yaşandı. Bu səbəbdən Səlimin təklifilə müqavilələr yeniləndi, götürülən kreditlər köhnə borcların ödənilməsinə yönəldildi. Səlim Kirman şirkəti ələ keçirmək niyyətini rellaşdırmaq üçün yoxlamalar göndərirdi. Sonradan Səlim kredit borcları ilə bağlı verdiyi sözlərə əməl etmədi. Onunla görüşüb məsələni aydınlaşdırmaq, bizi niyə məhkəməyə verdiyinin səbəbini öyrənmək istədim. Səlim dedi ki, bu bankın rəhbəri Heydər Babayevin və onun xanımının qərarı idi".

Çingiz Cəlilovun sözlərinə görə, şirkətinin idarəçiliyi Səlim Kirmana veriləndə 14 mağaza var idi, kənar idarəçiliyin fəaliyyəti nəticəsində şirkət məhvə gedib.

Çingiz Cəlilov qeyd edib ki, ayrılan kreditlərin hamısı şirkətin fəaliyyətinə yönəldilib.

Qeyd edək ki, Çudo Peçka və ÇP Aqro MMC-lərinin təsisçisi Çingiz Cəlilov və "Bank Standart"ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Çingiz Cəlilov müğənni Röyanın keçmiş qayınatasıdır.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 7470   Tarix: 11 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021