Azərbaycan hotellərinin çılpaq xanım oyunu - Müştərilər bu yolla OVSUNLANIR

Azərbaycan hotellərinin çılpaq xanım oyunu - Müştərilər bu yolla OVSUNLANIRHotellərin reklamı ilə məşğul olan booking.com saytında Azərbaycanda fəaliyyət göstərən bir neçə hotelin fotoları diqqət çəkir. Adətən, hotellərin reklam fotolarında otaqların səliqə və gözəlliyi, müştərilərə təqdim edilən yeməklər göz oxşayır. Lakin Azərbaycanın bəzi hotellərinin təqdimatında vəziyyət tam fəqlidir. Belə ki, onların təqdimat fotolarında otaqlar və gözəl təamlar deyil, qadınlar ön plana çəkilib. Təqdimat şəkillərində qadınların fotolarının yerləşdirilməsi hotelin öz seçimidir, lakin bu birmənalı qarşılanmır.

Bu günlərdə reklamında məhz bu cür şəkillərin yer aldığı hotellərdən biri "Ariva"da ərəb turistin ölümü də diqqət çəkən məqamdır. Nəzərləri cəlb edən səbəb təkcə turistin hoteldə dünyasını dəyişməsi yox, hansı şəraitdə ölməsi idi.

Nərimanov rayon Prokurorluğunun məlumatına görə, ərəb turist-1962-ci il təvəllüdlü Məsfər Oman Əlbillahi ürək çatışmazlığından dünyasını dəyişib. İstintaqın gedişində məlum olub ki, xarici vətəndaş qaldığı hotel nömrəsinə fahişəliklə məşğul olan üç qadın gətirib. Polis hadisə yerinə gələn zaman qadınlar həmin nömrədə olmayıb. Bu barədə müstəntiqlərə hotel işçiləri məlumat verib.

Bu hal şəkillərin nə üçün birmənalı qarşılanmamasına da əsas vermiş olur.

Saytda çılpaq qadın şəkilləri ilə özlərini reklam edən hotellərlə əlaqə saxlayıb bu təqdimat yolunu seçmələrinin səbəbini öyrənməyə çalışdıq.

"Avira" hotelin saytındakı nömrəyə cavab verən xanım bu barədə heç bir məlumat verə bilməyəcəyini dedi. Daha sonra nömrəmizi qeyd edərək yetkili şəxslərin əlaqə saxlayacağına söz verdi. Təəssüf ki, həmin yetkili şəxslər zəng etmək zəhmətini çəkmədi.
Azərbaycan hotellərinin çılpaq xanım oyunu - Müştərilər bu yolla OVSUNLANIR"İva" hotelin meneceri Zemfira xanım reklam şəkillərinin əksəriyyətinin internetdən götürüldüyünü və gözəllik məqsədilə yerləşdirildiyini dedi:

"Reklamdakı qadınlar adətən öz işçilərimiz və qonaqlarımız olur. Burada nə problem ola bilər? Bizim hoteldə cütlüklər evlilik cüzdanı olmadan yaşaya bilməz. Əməkdaşlarımız da məhz öz istəkləri ilə bu reklama çəkiliblər. Burada başqa heç nə ola bilməz".

"Vania" hotelin saytındakı nömrədən bizi Nərmin adlı xanıma yönləndirdilər. O isə təqdimatda qadın şəkillərinin verilməsinin müdriyyətin seçimi olduğunu dedi:

Azərbaycan hotellərinin çılpaq xanım oyunu - Müştərilər bu yolla OVSUNLANIR"Yəqin ki, məqsəd müştərilərin bolluğunu göstərməkdir".

O, daha sonra bizi Leyla adlı baş menecerə yönləndirdi. Leyla xanımın cavabı belə oldu.

"Bu barədə sizə heç bir məlumat verə bilməyəcəm. Çünki bu işə mən baxmıram. Üstəlik, bu, sizi ilgiləndirən məsələ deyil", - deyən Leyla xanım telefonu üzümüzə bağladı.

Azərbaycan hotellərinin çılpaq xanım oyunu - Müştərilər bu yolla OVSUNLANIRTurizm üzrə ekspert Çingiz İsmayılov ölkədə hotellərin bu cür şəkillərdən istifadəsinin qanunsuz olduğunu dedi:

"Bir çox xarici ölkədə intim xidmət təşkil edən mərkəzlər hər kəsə bəlli olur. Onların özlərini istədikləri formada reklam etmək icazələri var. Lakin hotellərə bu cür icazələr verilmir. Ölkəmizdə hotellərdə reklamlarında bu cür şəkillərdən istifadə edilməsi qanunsuzdur. Çünki bizdə hotellərin bu cür xidmətlər təklif etməsi qanunda göstərilmir.

Hər bir hotel lisenziya alanda onun hansı xidmətləri və necə göstərməsi əks olunur. Əgər hotel lisenziya alarkən orada qeyd olunmayan üsullardan istifadə edirsə, bu zaman hüquqi müstəvidə məsuliyyət daşıyır".

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxməmmədov Publika.az-a açıqlamasında iki ildir hotellərə lisenziya verilmədiyini və ona görə də belə məsələlərə nəzarət edilmədiyini dedi.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, hotellərin bu cür reklama meyil etməsi bayağı yanaşmadır:

"Bu, çox ucuz, yersiz və mənasız yola əl atmaqdır. Hoteli bu cür reklam etməzlər. Hotel reklamı onun qiyməti və göstərdiyi yüksək səviyyəli xidmətdir. Otaqların təmizliyi, sanitar-gigiyenik normalara əməl edilməsi, etik mədəniyyət qaydalarının nümayiş etdirilməsi, əlavə xidmət sahələrinin artırılması, menecment işinin düzgün aparılması hotellər üçün əsas meyardır. Hotellərə ucuz, bayağı üsullarla müştəri cəlb edilməsi yanlış yanaşmadır. Keçmiş hotel əməkdaşı, bu sahə ilə maraqlanan, hətta ali məktəblərdə bu işi tədris edən biri kimi bunun beynəlxalq standartlara uyğun olmadığı fikrindəyəm. Hotel meneceri ağıllı, səriştəli və peşəkar olmalıdır. Bu cür şəkillərlə reklam edilməsi qeyri-peşəkarlıq, səviyyəsizlikdən irəli gəlir. Təəssüf ki, bu gün ölkəmizdə bəzi hotelləri təsadüfi adamlar idarə edir. Belə təqdimatlar hotellər barədə yanlış fikir yarada bilər. Bu menecerlərin öyrənməyə ehtiyacı var və biz onalara kurs keçməyə hazırıq, təki onlar öyrənmək istəsinlər. Şəbəkə hotellərinin müştəri cəlb etmək üçün istifadə etdiyi üsulları öyrənməlidirlər. Bayağı şeylərlə hotelə müştəri cəlb etmək yanlışdır".

Ekspert hesab edir ki, lisenziyanın ləğv edilməsi hotellərə nəzarət məsələsini aradan qaldırsa da, onun əvəzində nəzarət məqsədilə başqa üsullardan istifadə etmək mümkündür:

"Menecmentdə nəzarət 6-cı funksiyadır və bu, mütləq olmalıdır. Nəzarət olmazsa, özbaşınalıq və bayağılıq ola bilər. Nəzarət deyəndə biz cəzalandırmağı yox, məsləhət və yol göstərməyi nəzərdə tuturuq. Bunun üçün yaxşı ekspertlər var, onlardan istifadə edə bilərlər. Xarici ölkələrdə də hotellərdə bayağılıq olur, amma nə üçün biz onları nümunə götürürük?"/publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 5404   Tarix: 11 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Mikroavtobus qəzasında iki uşaq öldü, səkkiz yaralı var

Dağıstanda yük maşını ilə mikroavtobus toqquşub. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə Kasumkənd kəndində baş verib. Qəza nəticəsində iki uşaq ölüb, səkkiz nəfər yaralanıb. Xəsarət alanlardan ikisi uşaqdır

13 aprel
.

Kürdə batan ata və qızın yaxınları danışdılar: "Uşaq əlindən çıxıb düşüb suya..." - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub. Baku TV-yə danışan ata və qızın yaxınları hadisənin necə baş verdiyi ilə bağlı fikirlərini bölüşüblər. İtkin düşmüş kişinin atası Tahir Süleymanov bildirib ki, oğlunun su xoşuna gəlib, evə gələrək deyib ki, gedək orada çay qaynadaraq içək:

13 aprel
.

Gəncədə bazarda yanğın olub

Gəncədə bazarda yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) -a məlumat verilib. Bildirilib ki, bazar ərazisində ümumi sahəsi 150 kvadratmetr olan talvarın taxta atmaları 25 kvadratmetr sahədə, piştaxta 40 kvadratmetr sahədə və üç ədəd soyuducu qismən yanıb. Bazarın qala

14 aprel
.

Bakıda motosiklet ağaca çırpılıb: Sürücü ölüb

Bakıda motosiklet sürücüsü ağaca çırpılıb. APA xəbər verir ki, 1987-ci il təvəllüdlü Teyyub Həsənağa oğlu Piriyev idarə etdiyi "Yamaha R15" markalı motosikletlə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb

13 aprel
.

Azərbaycanda ötən gün 14 kq narkotik aşkarlanıb

Polis əməkdaşları ölkə ərazisində ötən gün 14 kq narkotik aşkarlayıblar. Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə aprelin 10-da ümumi çəkisi 14 kiloqrama yaxın narkotik vasitə, 22 ədəd çətənə kolu, həmçini

11 aprel
.

Tiktoker Ləman Vəliyeva saxlanılıb?

Tiktoker Ləman Vəliyevanın saxlanılması ilə bağlı yayılan iddialar həqiqət deyil. -ın əldə etdiyi məlumata görə, Ləman azadlıqdadır. Qeyd edək ki, bu barədə bəzi saytlarda və sosial şəbəkələrdə məlumatlar yayılıb. Onun sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-eti

11 aprel
.

DİN: Lənkəranda valideynin övladının narkotik istifadəçisi olması ilə bağlı iddiaları əsassızdır

DİN: Lənkəranda valideynin övladının narkotik istifadəçisi olması ilə bağlı iddiaları əsassızdır. Sosial şəbəkələrdə Lənkəran şəhərində yetkinlik yaşına çatmayan şəxsin narkotik vasitə aludəçisi olmasını əks etdirən iddialar yayılıb. İddialara cavab olaraq DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"u

12 aprel
.

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Karvansaray" ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi "DAF" markalı yü

16 aprel
.

Biləsuvarda maşın aşıb: Xəsarət alanlar var

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın verdiyi xəbərə görə, hadisə Biləsuvar-Bəhrəmtəpə magistralında, Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində qeydə alınıb. İmişli rayon Sarxanlı kənd sakini 1992-ci il təvəllüdlü Amil Ramiz oğlu Əsədov idarə etdiyi "Mercedes-Benz"

7 aprel