"Baku Business Factory", Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi arasında müzakirələr
Bu gün Tbilisidə "Baku Business Factory"nin (BBF) nümayəndələri Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyinin rəhbər şəxsləri ilə görüşüb.
BBF-in İdarə Heyətinin üzvü Anar Əskərov Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyinin direktoru George Zviadadze və Agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Maryam Laşxi ilə görüşü zamanı BBF-in fəaliyyəti, həyata keçirilən layihələrə göstərilən dəstək imkanları, mentorluq, layihələrə investisiyaların cəlb edilməsi və digər məsələlərlə bağlı ətraflı məlumat verib.
Uğurlu keçən görüşdə BBF-lə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi arasında qarşılıqlı əməkdaşlıq, bu ölkənin startaplarının Azərbaycanda inkişaf etdirilməsi, Azərbaycanın startaplarının Gürcüstanda inkişafının təmin olunması istiqamətində müzakirələr aparılıb.
İlkin razılaşmaya əsasən, Bakıda BBF-lə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanacaq. Bu isə Gürcüstanın startaplarının Azərbaycana, Azərbaycanın startaplarının Gürcüstana daxil olmasına təkan verəcək.
Qeyd edək ki, Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi 2014-cü ildə yaradılıb. Agentliyin əsas məqsədləri Gürcüstanda innovativ ekosistemin yaradılması, bir sıra sahələrdə innovasiya və texnologiyalardan istifadənin stimullaşdırılması, innovativ sahibkarlığın kommersiyalaşdırılması, İT və innovativ startaplara dəstək vermək və sairdir.
Xatırladaq ki, "Baku Business Factory" azərbaycanlı iş adamı, "Union Grand Energy PTE" Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1232 Tarix: 11 yanvar 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Xəzər TV"nin məşhur verilişi bağlanacaq
Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını
19 aprelParlament seçkiləri nə vaxt keçiriləcək?
"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna
19 aprelBakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?
Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə
19 aprelUşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"
19 aprelAbel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi
19 aprelAta-anasını ödürən Fikrəti HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər
19 aprel