Prezidentin çox vacib tapşırığı və fərmanı barədə... – Ekspert

Prezidentin çox vacib tapşırığı və fərmanı barədə... – EkspertAzərbaycan qeyri-neft məhsullarının ixracının artırılması üçün "Made in Azerbaijan" brendinin təşviqi və tanıdılmasını əsas prioritet seçib.

Bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, "Made in Azerbaijan" brendi məhz qeyri-neft sektoru məhsullarının xarici bazarlara Azərbaycan brendi çərçivəsində ixrac edilməsi və satılmasını nəzərdə tutur: "Düşünürəm ki, öz brendimizin təşviqi və tanıdılması, xüsusilə inkişaf etmiş ölkələrin bazarlarına çıxarılması strateji baxımdan əhəmiyyətlidir. Xüsusilə nəzərə alsaq ki, inkişaf etmiş ölkələrin bazarlarına Azərbaycanın qeyri-neft məhsulları çox az ixrac olunur.

Biz daha çox ənənəvi bazarlara, o cümlədən MDB və Rusiyaya məhsul göndəririk. O baxımdan yeni bazarlara çıxış imkanlarının genişlənməsi və qeyri-neft məhsullarının ixracı üçün Azərbaycan brendinin tanıdılmasına ehtiyac var.

Son sənəddə birbaşa Azərbaycan brendinin tanıdılması, ixrac missiyalarının yaradılması, fərqli bazarların tədqiq edilməsi, hansı bazarlarda hansı məhsulların satılması imkanlarının müəyyənləşdirilməsi baxımından önəmlidir. Birmənalı şəkildə yeni bazarların öyrənilməsinə ünvanlanan bir hədəfdir.

Ölkə başçısı son müşavirələrdə ənənəvi bazarlarla yanaşı yeni bazarlara çıxış imkanlarının artırılmasını hökumət qarşısında bir tapşırıq kimi müəyyənləşdirib. Ona görə də yeni bazarlara çıxış çox vacibdir".

Ekspert əlavə edib ki, sahibkarlara "Made in Azerbaijan" brendinin təşviqi və tanıdılmasına mənsub olan dövlətdir: "Amma məhsulları istehsal edən və bazara çıxaran, gəlir əldə edən də sahibkardır. Brend dövlət hesabına təşviq edilir. Amma nəticədə ixraca meyilli və ixracla məşğul olan sahibkarlar məhsullarını yeni bazarlara daha asan şəkildə çıxarılmasına gətirib çıxara bilər".

Qeyd edək ki, dünən Prezident İlham Əliyev "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1622) bir sıra dəyişikliklər edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1855   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

42 yaşlı prokuror qəfil vəfat etdi

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinin böyük prokuroru, 42 yaşlı Rəhman Əhmədov ötən gün qəfil vəfat edib. Onun yaşadığı evdə ürəktutmadan dünyasını dəyişməsi bildirilib

20 aprel
.

Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla

19 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - Video

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub. Həmin görüntünü təqdi

19 aprel
.

Çoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF

Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələri

19 aprel
.

Əməkdar məşqçi vəfat etdi

Gəncə boks məktəbinin müəlliflərindən olan əməkdar idman ustası Eldar Həsənov dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, məşqçi 82 yaşında həyatını itirib. Eldar Həsənov SSR-i İdman Ustası, əməkdar məşqçi və bir sıra idman tutumlarına malik olub. Onun tələbləri istər ölkəmizdə, istərsəd

19 aprel
.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel