Bakıda hansı restoranlarda siqaret və qəlyan çəkmək mümkün olacaq?

Bakıda hansı restoranlarda siqaret və qəlyan çəkmək mümkün olacaq?Xəbər verdiyimiz kimi, dekabrın 29-da ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qüvvəyə mindi.

Qanunu pozanları 30 manatdan 1000 manata qədər cərimə gözləyir.

Azərbaycanda 3 milyona yaxın siqaret çəkən insanın olduğunu nəzərə alsaq, ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi son illər ən çox müzakirə edilən mövzulardan biri idi.
Bu qadağa artıq ABŞ, Rusiya, Qazaxıstan, Ukrayna, Finlandiya, Böyük Britaniya, Almaniya, Fransa, Belçika, Xorvatiya, Yunanıstan, BƏƏ, Türkiyə, Suriya, Misir və digər ölkələrdə fəaliyyət göstərir.

Xroniki bir xəstəlik olaraq tanınan və "Xəstəliklərin, zədələrin və ölümlərin nəticələrinin beynəlxalq statistik təsnifatı"na daxil edilən siqaretçəkmə uzun müddət Azərbaycanda siqaretə qarşı çıxan fəalların hədəfində olsa da, qanun səviyyəsində siqaretdən istifadənin məhdudlaşdırılması mümkün olmurdu.

Misal üçün, 2009-cu ilin oktyabr ayında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bəyan etmişdi ki, Azərbaycan reallığında bu cür qanunun qəbulu olduqca çətin və problemli bir işdir. Bununla əlaqədar başçılıq etdiyi komitə hətta bu məsələni Milli Məclisin payız sessiyasının müzakirəsinə verməmək barədə qərar da verdi.

"Hətta parlamentdə bu qadağanı nəzərdə tutan qanun layihəsini qəbul etsək belə, onu həyata ekçirmək mümkün olmayacaq"- deyə, Hadı Rəcəbli bildirmişdi. Onun fikrincə, ictimai müzakirələr Azərbaycanda ictimai yerlərdə siqaretin çəkilməsinin qarşısının alınmasında daha yaxşı nəticə verə bilər.

Lakin zaman keçdikcə siqaret çəkməyə qanunla qadağa qoyulması tərəfdarlarının mövqeyinin doğruluğu aydın oldu və biz indi onun ölkəmizdə tətbiqinin şahidi oluruq.

Bununla belə, ictimai yerlərdə tütün məmulatlarına qadağa qoyulması ilə bağlı bir sıra suallar da meydana gəldi.

Xüsusilə, insanlar yeni qanunvericilikdə müəyyən terminlərin şərhi, əsasən də restoran kimi qapalı ictimai məkanlarda siqaretdən istifadəni məhdudlaşdıran yeni qanunu vəziyyəti maraqlandırır.

Qanunun elan edilməsindən sonra 1news.az informasiya agentliyinə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olmağa başladı. Onlar əsasən "qapalı məkan" anlayışının ətraflı izah olunmasını istəyirdilər.

"Türkiyədə, 4 divarından 3-ü şüşə konstruksiya (cambalkon) olan qapalı məkanlarda siqaret çəkilməsinə icazə verilir. Başqa sözlə, artırma eyvanın hüdudları daxilində siqaret çəkmək mümkündür. Burada siqaretlə yanaşı qəlyan çəkilməsinə də icazə verilir. Yaxşı havalarda artırma eyvan asanlıqla açıq məkana çevrilir, qışda isə orada soyuqdan donmayacaqsınız.

4 divarından 3-ü daşdan olan məkan isə tam başqa məsələdir. Orada heç kim sizə siqaret çəkməyə icazə verməz. Bəz bizdə vəziyyət necədir? Artırma eyvanlarda siqaret çəkmək olarmı? Əgər buna qadağa qoyulsa bir çox restoranlar, xüsusən də qəlyan verilən restoranlar sadəcə müştərisiz qalacaqlar. Burada qəlyana hədsiz istəyi olan ərəbləri xüsusi qeyd etmə lazımdır" deyə, oxucumuz Ramin Qurbanzadə öz məktubunda yazıb.

1news.az məsələni aydınlaşdırmaq üçün millət vəkili Musa Quliyevə müraciət etdi. Onun sözlərinə görə, bizdə açıq məkan dedikdə dam örtüyü olmayan və ən azı iki divarı olan məkan başa düşülür.

"Əks halda həmin yer qapalı məkan hesab olunur"- deyə, o, bildirib.

Musa Quliyevin sözlərinə görə, "qapalı məkan" anlayışı ilə bağlı qanuna izahat əlavə olunmalıdır:

"Müzakirələr zamanı "qapalı məkan" anlayışı ilə bağlı qanun layihəsinə izahatın əlavə olunmasını təklif etsəm də, əlavə olunmadı. Ola bilsin izahat sonra əlavə edilsin. Qanunun tətbiq olunması zamanı oxşar suallar yaranır, onlar vaxt keçdikcə bir yerə yığılır və aydınlaşdırılır".

Millət vəkili bildirib ki, təhsil və tərbiyə müəssisələri, səhiyyə, reabilitasiya, kurort və sanatoriya müəssisələri, uşaq oyun meydançaları istisna olmaqla açıq havada tütün məmulatlarının (siqaret), eləcə də qəlyan və elektron siqaretlərin istifadəsi qadağan edilmir:

"Misal üçün, turist otelin foyesinin qarşısında açıq havada siqaret və qəlyan çəkə bilər. Eləcə də açıq havada yerləşən restoran və kafelərdə də tütün məmulatlarından istifadə etmək olar".

Eyni zamanda, millət vəkili bildirib ki, qanunvericiliyə görə, restoranlarda, barlarda, kafelərdə, ticarət obyektləri və digər məkanlarda siqaret çəkilməsinə yalnız ventilyasiya sistemi ilə təchiz edilmiş xüsusi yerlər olduğu hallarda yol verilir.

Müvafiq istisnalar qanunun özündə də yer alıb (tam mətnlə bu linkdə tanış ola bilərsiniz):

Bənd 10.3.

Ventilyasiya sistemi ilə təchiz edilmiş və yaxud açıq havada yerləşən aşağıdakı məkanlarda tütün məmulatların istifadəsi üçün xüsusi yerlər təşkil edilə bilər:

- 1.3. idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;

- 1.4. restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;

- 1.5. ticarət obyektlərində;

- 1.8. otel və hostellərdə

- 1.14. hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində;

1.15. hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;

1.19. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində...

Bununla belə, qanunda xüsusi olaraq siqaret çəkmək üçün ayrılmış xüsusi yerlərin sahəsi və orada quraşdırılmalı olan ventilyasiya sistemlərinə dair tələblər müəyyənləşdirilməyib.

Bundan başqa, qanun bu zonaların binanın qalan hissəsindən təcrid olunması üçün şərtləri də göstərmir.

Əgər ictimai iaşə yerlərindən danışsaq, millət vəkili M.Qasımlının sözlərinə görə, hələ də ventilyasiya sistemi olan xüsusi təyinatlı otaqlarda siqaret çəkməyə icazə verilir.

Yalnız havalandırma sisteminin necə olacağını və siqaret çəkilən otağın başqa otaqlardan nə dərəcədə təcrid olunacağını aydınlaşdırmaq qalır. Əks halda, yenə tütün dumanında nəfəs almalı olacağıq.

Ümumiyyətlə, qanunda anlayışların və şərtlərin dəqiqləşdirilməsinə ehtiyac var. İlk öncə isə "qapalı" və "açıq" yerlərin, eləcə də məkanın daxilində siqaret çəkilməsi üçün nəzərdə tutulan xüsusi yerlərlə bağlı tələblərin müəyyən edilməsindən başlamaq lazımdır.

Arayış:

Xatırladaq ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanuna görə, aşağıdakı yerlərdə tütün məmulatlarının (siqaret), qəlyanın və elektron siqaretlərin çəkilməsi qadağan edilir:

- təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;

- səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;

- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;

- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;

- ticarət obyektlərində;

- məişət obyektlərində;

- sosial xidmət müəssisələrində;

- yerləşdirmə vasitələrində;

- teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;

- uşaq meydançalarında;

- yerüstü qapalı və yeraltı piyada keçidlərində;

- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;

- metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;

- hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində;

- hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;

- liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;

- taksafonlarda;

- yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində;

- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.

İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən, qadağan olunmuş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə edilir.

Müəssisə, idarə və təşkilatlarda siqaret çəkmə üçün xüsusi yerlərin ayrılmadığı və görünən yerlərdə üzərində "Siqaret çəkmək qadağandır" yazısı olan lövhə olmadığı halda vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 1,000 manat cərimə olunacaqlar.

Mənbə: 1news.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1323   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021