Bakıda iki avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirildi

Bakıda iki avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirildiBu gündən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərimizə "BakuBus" MMC-yə məxsus müasir avtobuslar xidmət edəcək.

Bakı Nəqliyyat Agentliyindən Sonxeber.az-a verilən məlumata görə, hərəkət sxeminə əsasən 175 nömrəli marşrut xətti üzrə avtobuslar Hövsan qəsəbəsi "Məktəb" küçəsindən deyil, E.Qasımov küçəsindən "Səməd Vurğun" bağına, eləcə də əks istiqamətdə hərəkət edəcəklər.

Belə ki, "Məktəb" küçəsi istiqamətində avtomobil yolu "BakuBus" MMC-yə məxsus iri tutumlu avtobusların rahat və maneəsiz hərəkəti üçün uyğun hesab edilmir.

"Məktəb" küçəsi istiqamətində sakinlərin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə 132 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi qeyd edilən ünvana köçürülüb.

Sosial   Baxılıb: 1025   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR