Azərbaycanda unikal qaçaqmalçılıq - FOTO

Azərbaycan gömrükçüləri nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi quşun ölkəmizin sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə aparılmasına cəhdin qarşısını alıblar. Sonxeber.az Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki Bakı-Doha aviareysi ilə gedən Qətər vətəndaşı gömrük nəzarətindən keçərkən gömrük bəyannaməsi və müvafiq icazə sənədini təqdim edərək, əvvəllər Azərbaycan ərazisinə gətirdiyi şahin quşunu təkrar ixrac etdiyini bildirib.

Lakin gömrük əməkdaşları xüsusi skaner vasitəsilə şahin quşunun elektron etiket nömrəsini qeydə alıb eyniləşdirmə apararkən, sənədlərdən və eyniləşdirmə vasitəsindən aldatma yolu ilə istifadə olunduğu və əvvəllər ölkə ərazisinə müvəqqəti gətirilən şahin quşunun yenisi ilə dəyişdirildiyi aşkara çıxıb.

İlkin araşdırma zamanı Qətər vətəndaşı izahat verərək, ov etmək üçün Salyan rayonuna gəldiyini və Azərbaycanda olduğu vaxt həmin şahin quşunu bir nəfərin ona hədiyyə etdiyini bildirib.

Lakin əvvəllər ölkə ərazisinə müvəqqəti gətirilən şahin quşunun yaşlı, hədiyyə verildiyi iddia edilən şahin quşunun isə cavan olduğu və Azərbaycanda ovlandığı müəyyənləşdirilib.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Şəhər Heyvanat Parkına göndərilən sorğu məktubuna cavabda məlumat verilib ki, saxlanılan şahin quşu - qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid quş növüdür və "Qırmızı Kitab"a daxildir.

Faktla bağlı araşdırma davam edir.
Azərbaycanda unikal qaçaqmalçılıq - FOTOAzərbaycanda unikal qaçaqmalçılıq - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2478   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şirvanda kardioloq ürək çatışmazlığından vəfat etdi

Bu gün Şirvan şəhərinin kardioloq-həkimi, 1959-cu il təvəllüdlü Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib. Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. Qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya departamentini

21 aprel
.

Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Mais Fəxrəddin oğlu Nəzərovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstan Respublikasını

20 aprel
.

Taxta bazarında zərərçəkən sahibkar: 70-80 min manatlıq ziyan dəyib

Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş vermiş yanğında sahibkarlara külli miqdarda ziyan dəyib. Yanğında zərər çəkən sahibkarlardan biri Mətləb Aslanov "Report"a bildirib ki, 80 m² ərazidə təxminən 70-80 min manatlıq malı yanıb. "Yanğın qonşu sexdə

20 aprel
.

Tayvan sahilləri silkələndi: Sunami təhlükəsi varmı?

Tayvan sahillərində 5,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Hualien bölgəsindən 51 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəs

21 aprel
.

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Naxçıvan Muxtar Respublikasında zəlzələ olub. "Report" xəbər verir ki, saat 22:03-də qeydə alınan zəlzələ Naxçıvan MR ərazisində üç bala qədər hiss olunub. Yeraltı təkanlar təxminən 5-7 saniyə davam edib

20 aprel
.

Suriyada neft boru kəmərində yanğın olub, ölən var

Suriyada neft boru kəmərində yanğın olub, ölən var. "Report" xəbər verir ki, bu barədə "Sham FM" radiosu məlumat yayıb. Hadisə Homs əyalətində, Furklus şəhərinin şərqində qeydə alınıb. Yanğın baş verən yerdə bir nəfərin meyiti aşkarlanıb. Ərazidə yanğınsöndürmə briqadaları işləyi

21 aprel
.

Kürdə batan Səmanın meyiti tapıldı

12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Səma Vaqif qızı Süleymanlının meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) -a məlumat verilib. Bildirilib ki, azyaşlının meyiti çayın Zərdab rayonu

21 aprel
.

Əhmədin "davamçıları": Övladlar niyə valideynlərinə qənim kəsilir?

Son günlər ölkədə "Əhməd sendromu" hökm sürür. Bu dəfə 200-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası və anasına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə dair əsaslı şübhələ

21 aprel
.

Taleh Babayev: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb

Bakının Nərimanov rayonunda yerləşən taxta bazarında baş verən yanğın zamanı 100 m²-ə yaxın taxta yanıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev deyib. Onun sözlərinə görə, 800-10

20 aprel