"Bu, Rusiya ilə sürətli müharibə deməkdir" - Xəbərdarlıq

"Bu, Rusiya ilə sürətli müharibə deməkdir" - XəbərdarlıqRusiya Hərbi Elmlər Akademiyasının müxbir üzvi, politoloq Sergey Sudakov ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının mümkün nəticələrindən danışıb.

"Russia Today" telekanalına açıqlama verən politoloqun sözlərinə görə, sanksiyalar Rusiyaya təsir alətlərdən yalnız biridir.

"ABŞ-ın maliyyə naziri artıq dəfələrlə deyib ki, Rusiyaya təzyiqi artırmaq lazımdır. İndi ölkəmiz prezident seçkiləri ərəfəsində zəif dövründədir. Bu, elə bir vaxtdır ki, düşmən ölkəmizə müəyyən zərbələr vura bilər. Yeni sanksiyalar bütovlükdə Rusiyanın maliyyə sistemini pisləşdirmək üçün tətbiq edilir. Sanksiyalar təzyiq alətlərindən biridir. ABŞ onları tətbiq etməklə tam sürətli ticarət müharibəsi aparır", - o, deyib.

Sergey Rudakovun sözlərinə görə, Rusiyaya qarşı çoxfaktorlu təzyiq olacaq. Amma, politoloqun fikrincə, bu çıxılmaz vəziyyətdən çıxış yolu var:

"Bütün sanksiyalar əks effekt yaradır. Hətta ABŞ hesab edirsə ki, qısamüddətli mərhələdə uda biləcək, bu mümkün deyil. Rusiya asimmetrik addımlar atmalıdır. Yalnız ABŞ-a təsir etmək və hansısa ayıldıcı təsir göstərmək olar. Çünki canavarı hücum etməməyə inandırmaq olmaz, onu güllə ilə vurmaq və ya ağır yaralamaq lazımdır".

Daha əvvəl Ağ Evdə brifinq zamanı ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirdi ki, onun idarəsi Rusiya barəsində yeni sanksiyalar üzərində işləyir. ABŞ tezliklə Rusiya oliqarxlarına qarşı yeni sanksiyaları tətbiq edəcək.

Eyni zamanda Rusiyanın "Kommersant" qəzetinin yazdığına görə, ABŞ administrasiyası Konqresə Rusiyanın ali rəhbərliyinə yaxın məmurlar və biznesmenlərin siyahısını təqdim etməyə hazırlaşır. Onların sayı 50-dən çox, ailə üzvlərinin sayı ilə birlikdə isə 300-ə qədər ola bilər.

Nəşrin məlumatına görə, "qara siyahı"ya düşmə sanksiyalara avtomatik məruz qalma anlamına gəlmir, amma bu, riski artırır.

Qeyd edək ki, "Kreml hesabatı" adlandırılan sənədin yanvarın 29-da açıqlanacağı bildirilir.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2866   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır. xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:. "Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısını

18 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə

22 aprel
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel
.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17 aprel