Azərbaycandan Ermənistana hərbi mesaj

"Azərbaycan Dağlıq Qarabağ probleminin həllində hərbi faktora çox böyük önəm verir".

"Hər bir dövlət üçün ordu quruculuğu çox vacib məsələdir. Azərbaycan üçün isə bunun əhəmiyyəti ikiqat artıqdır. Çünki biz uzun illərdir ki, müharibə vəziyyətindəyik və Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla torpaqlarımızın bir hissəsini hələ də işğal altında saxlayır. Ona görə də biz cəbhədə daim hərbi əməliyyatlara hazır olmalı, Ermənistana hər tərəfdən, o cümlədən prezident İlham Əliyevin də vaxtilə bildirdiyi kimi, hərbi təzyiq də göstərməliyik".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dağlıq Qarabağ probleminin həli və ordu quruculuğu haqda səsləndirdiyi fikirlərinə münasibətində bildirib.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan ordusunun səviyyəsi, maddi-texniki və silah-sursat təchizatı günün tələblərinə cavab verir: "Silahlı Qüvvələrimiz dünyanın müxtəlif ölkələrinin orduları içində öz parametrlərinə görə, öncül yerlərdən birində qərarlaşıb. Ordumuzun bu gün ən müasir hərbi texnikaya, silahlara malik olması, gənclərimizin demək olar ki, hamısının hərbi xidmət keçməsi və digər məsələlərin hamısı gücümüzü və döyüşlərdə qələbə qazanmaq əzmimizi gücləndirir".

A.Mirzəzadə qeyd edib ki, Dağlıq Qaranağ probleminin həlli üçün bütün variantlar, o cümlədən hərbi variant həmişə gündəlikdədir: "Ermənistan bunu bilir və bundan ciddi nəticə çıxarmalıdır. Bu gün torpaqlarımızı işğal altında saxlayan Ermənistanın iqtisadiyyatı Azərbaycanla müqayisədə zəifləyir, maliyyə vəziyyəti acınacaqlı haldadır, əhalisinin sosial vəziyyəti pisləşir və ona görə də durmadan ölkədən köçür. Ermənistanda yaxşı başa düşürlər ki, onların problemlərinin əsas səbəbi bu ölkənin büdcəsinin böyük bir hissəsinin ağır hərbi xərclərə ayrılmasıdır. Azərbaycan isə problemin həllində hərbi faktora çox böyük əhəmiyyət verir. Güclənən iqtisadiyyatımız və düşünülmüş daxili-xarici siyasət isə bizə ordu quruculuğuna daim lazımi qədər vəsait ayırmağımıza imkan verir".

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib - FOTO
Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: "... Bununla yanaşı, təbiidir ki, biz hərbi gücümüzü də artırırıq. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir".
Azərbaycandan Ermənistana hərbi mesajAzərbaycandan Ermənistana hərbi mesajAzərbaycandan Ermənistana hərbi mesajAzərbaycandan Ermənistana hərbi mesajAzərbaycandan Ermənistana hərbi mesaj


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1901   Tarix: 13 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel
.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır. xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:. "Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısını

18 aprel