Maşın sürənlərə bəd xəbər: 3 dəfə bahalaşdı

Maşın sürənlərə bəd xəbər: 3 dəfə bahalaşdı"İşlənmiş təkər idxalı ilə məşğul olan bir qrup şəxs Dövlət Gömürük Komitəsinin qarşısında aksiya keçirərək, gömrük rüsumlarının qaldırılmasından narazılıq ediblər. Belə ki, yanvarın 1-dən etibarən minik avtomobilləri, avtobus və yük maşınları üçün bərpa edilmiş bir ədəd şinə görə 10 dollar, hava gəmilərində istifadə edilən şinlər üçün isə 5 dollar rüsum müəyyən edilib, nəticədə köhnə təkərlərin gömrük rüsumu 3 dəfə artırılıb. Beləliklə də bir konteyner təkərin rüsumu 15 000 manatdan 45 000 manatadək bahalaşıb".
Bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.

O bildirib ki, hesablamalara görə, 1 konteynerə maksimum 2000-dək təkər yerləşdirmək olur.

"Gəlin hesab edək ki, sahibkar Almaniyadan aldığı 1900 ədəd təkərin hər birinə orta hesabla 6 avro ödəyib, bu o deməkdir ki, 1 konteyner təkərin invoys qiyməti 23 000 manat təşkil edir. Həmin təkərləri Azərbaycana gətirəndə sahibkardan hər biri təkərə görə 10 dollar ödəmək tələb olunur. Bu halda da sahibkar 19000 dollar və ya 32 300 manat da rüsum ödəməlidir", - deyə ekspert bildirib.

Qubad İbadoğlunun sözlərinə görə, məsələ sahibkarın ödənişləri bununla bitmir. Çünki, gömrük rüsumundan sonra əsas xərci əlavə dəyər vergisi yaradır.

"Belə ki, konteynerin invoys dəyərini - 23 000 manatı, gömrük dəyəri kimi əsas götürüb onun üzərinə 32 300 manat əlavə ediləndən sonra cəmi 55 300 (23 000 + 32 300) manatdan sahibkar 9954 manat (55300 x 18 faiz ) ƏDV ödəməlidir. Hələ bu da son deyil, bundan əlavə sahibkar 250 manata qədər sair ödənişlər edir. Beləliklə də ölkəyə 1 konteyner (1900 ədəd) təkər gətirən sahibkar 32 300 manat gömrük rüsumu, 9 954 manat ƏDV və 250 manat digər ödənişlər etməlidir. Bütün bunların cəmi də 42 500 manat edir. Deməli, Almaniyada 1900 təkərə 23 000 manat ödəyən sahibkar, Azərbaycan gömrüyünə də 42 500 manat ödəməli və yol xərclərini, daşınma məsrəflərini də qarşılamalıdır. Hesab etsək ki, 1 konteynerin daşınma və sahibkarın əlavə məsrəfləri 2000 avro və ya 4000 manat edərsə, onda 1 konteyner təkərin Azərbaycana gətirilmə qiyməti 79 500 manata (23000 + 42500 + 4000) çatacaq. Amma bununla da xərclər bitmir. Çünki, təkər satan sahibkar onu satmaq üçün yer kirayələməli, işçı saxlamalı, işıq pulu, vergi və sair ödənişlər etməli və üstəlik də mənfəət qazanmalıdır. Bu isə o deməkdir ki, sahibkar işlənmiş hər təkəri ən azı 75 manat satmalıdır ki, yalnız xərclərini ödəsin. Bu da o halda mümkündür ki, gətirilmiş təkərlərin hamısı ən aşağı 75 manata satılsın.

Nəzərə alsaq ki, sahibkarlar mənfəət üçün çalışır, onda işlənmiş təkərin satış qiyməti 100 manata qədər bahalaşa bilər. Belə olan halda təkər bazarında təzə təkərlərin də qiyməti adekvat olaraq artacaq. Onda da yaranmış vəziyyətdən çıxış yolu axtaran istehlakçıların böyük əksəriyyəti köhnə təkərli avtomobilləri ilə Gürcüstana səfər edib, orda təkərləri dəyişdirib Bakıya qayıdacaq. Nəticədə də avtomobil sahiblərinin işlənmiş təkərə tələbatını əsasən gürcülər ödəyəcək və qazanan da onlar olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 10096   Tarix: 13 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Bakıda sahibkar "Porsche" ilə qəza törədərək hadisə yerindən qaçdı - İTTİHAM

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Ceyhun Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərar

28 mart
.

Azərbaycanda Əməkdar artistə 200 minlik avtomobil hədiyyə edildi - FOTO

"2011-ci ildə mənə zəng gəldi. Dedilər ki, get filan yerdən "İnfiniti QX 56" markalı avtomobili götür. Getdim gördüm ki, sənəddə Yusif Mustafayev yazılıb. Dedilər ki, sənədə imza at. O vaxt qiyməti 110 min dollar idi, təxminən 200 min manat". "axşam.az"a istinadən xəbə

28 mart
.

Bakı Olimpiya Stadionunun qarşısında qəza: Sıxlıq var - FOTO

Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını alma

28 mart
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, bu günü

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart
.

Azərbaycanda 14 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlana görə evdən QAÇDI - FOTO

Evdən qaçan 14 yaşlı Məryəm Xanəliyeva tapılıb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişində məlumat verilib. Aparıcı bildirib ki, Məryəm ifadəsində sosial şəbəkədə tanış olduğu 17 yaşlı Murada görə evdən qaçdığını bildirib

28 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart