Dolları ucuzlaşdıracaq qərar

Dolları ucuzlaşdıracaq qərarÖlkədə valyuta dəyişmə məntəqələri yenidən bərpa edilir. Məlum olduğu kimi, bir müddət əvvəl sözügedən məntəqələr bağlanmışdı və əsas səbəb kimi valyuta axınının qarşısını almaq göstərilirdi. Eyni zamanda valyuta dəyişmə məntəqələrinin süni bahalaşmaya səbəb olduğu bildirilirdi. Sonradan isə bu arqument özünü təsdiqləmədi. Məlum oldu ki, valyutadəyişmə məntəqələrinin bağlanması nəticə etibarilə "qara bazar"ın fəaliyyətini genişləndirməsinə səbəb olub. Bu, həm də banklar arasındakı rəqabəti zəiflətdi. Valyuta dəyişmə məntəqələrinin bağlanması eyni zamanda 6 min iş yerinin bağlanmasına da gətirib çıxartdı. Artıq bu xidmətin bərpa edilməsi gündəmdədir.

Ekspertlər hesab edir ki, indiki mərhələdə bütün valyuta dəyişmə məntəqələrinin bərpası mümkün olmayacaq. Amma bəzi valyuta mübadilə məntəqələrinin fəaliyyətə başlayacağı bildirilir. Rəsmi qurumlar valyuta mübadiləsi məntəqələrinin bərpasının bankların mənfəətinə təsir etməyəcəyini bəyan etsələr də, ekspertlər bunun əksini deyir. Eyni zamanda bildirilir ki, valyuta dəyişmə məntəqələrinin yenidən fəaliyyət göstərməsi nəticəsində "qara bazar" sıradan çıxa bilər.

Maraqlıdır, valyuta mübadiləsi məntəqələrinin bağlanmasından sonra nələri itirdik?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, əslində valyuta dəyişmə məntəqələri bağlanan ərəfədə də bunun heç bir ciddi təsirinin olmayacağı, əksinə yanlış qərar olduğu bildirilmişdi: "Səbəb kimi ajiotajın yaranması və valyuta bazarında gərginliyin olmasını əsas tuturdular. Amma əslində o xidmətin heç bir təsiri yox idi. Valyuta dəyişmə məntəqələri gərginliyin yaradılması səbəbi deyildi. Səbəb o zaman iki devalvasiyadan sonra yaranmış ümumi vəziyyət idi. Valyuta mübadiləsi məntəqələrinin bağlanmasının böyük ziyanı da o oldu ki, əslində həm ölkə əhalisi, həm də xarici qonaqlar üçün şənbə-bazar günləri, iş saatlarından sonra valyuta əməliyyatları aparmaq çətinləşdi. Bəzi hallarda isə mümkünsüz oldu.

Əslində onların əvəzində "qara bazar" yarandı. Bir ilə yaxın idi ki, Azərbaycanda ən böyük problemlərdən biri "qara bazar"ın olması idi ki, son vaxtlar bu məsələ səngidi və gündəlikdən çıxdı. İkinci məsələ isə ondan ibarət idi ki, ölkə ərazisində valyuta dəyişmə məntəqlərində 4 minə yaxın insan çalışırdı ki, onlar işsiz qaldılar. İndi yenidən valyuta dəyişmə məntəqələrinin açılması onu sübut edir ki, o vaxt verilmiş qərar səhv və tələsik idi. Eyni zamanda sonadək düşünülməmişdi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2156   Tarix: 16 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021
.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021