Cəbhədə erməni hərbçi yaralanıb - Günahı Azərbaycan tərəfinin üzərinə atırlar

Cəbhədə erməni hərbçi yaralanıb - Günahı Azərbaycan tərəfinin üzərinə atırlarSonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, dünən saat 16:00 radələrində Tavuş vilayətinin Noyemberyan tibb mərkəzindən polis idarəsinə ayağından odlu silah yarası almış erməni hərbi qulluqçusunun daxil olması barədə məlumat verilib.

Erməni tərəfinin iddialarına görə, Lori vilayət sakini 30 yaşlı Adibek Mikoyan həmin gün saat 13:00 radələrində Koti-Barekamavan yaşayış məntəqəsindəki döyüş mövqelərindən birində olarkən Azərbaycan tərəfdən açılan atəş nəticəsinə yaralanıb.

Baş vermiş hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, araşdırma aparılır.

Məsələ ilə Azərbaycan Müdafiə Nazirliyindən sorğuya cavab olaraq bildiriblər ki, Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat tam yanlışdır: "Azərbaycan Ordusunun bölmələri atəşkəs rejiminə tam riayət edir. Ermənistan ordusunda hökm sürən özbaşınalıq və nizam-intizamsızlıq nəticəsində baş vermiş bu hadisə erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim edilir.

Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordularındakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir. Lakin obyektiv ballistik araşdırma aparılarsa, güllənin hansı erməni əsgərinin silahından açıldığı erməni ictimaiyyətinə tam aydın olar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1067   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şəhid Elşən Yunisli dəfn olundu - YENİLƏNİB

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edib. Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılıb. *. 11:20. Vətə

27 iyun 2021
.

Qaytarılan ermənilərin adları açıqlandı - TAM SİYAHI

Humanizm nümunəsi olaraq Azərbaycanın Ermənistana təhvil verdiyi 15 erməni əsilli şəxsin adları açıqlanıb. xəbər verir ki, siyahını "Sputnik Armeniya" yayıb:. 1. Akopyan Volodya Qaqikoviç. 2. Asatryan Gevorg Norayroviç. 3. Qasparyan Gor Vaqramoviç. 4. Enqoyan Sisak Qrişaeviç. 5. Karapetya

4 iyul 2021
.

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır

31 iyul 2021
.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Azərbaycandan Ermənistana sərhəddəki təxribatlarla bağlı ÇAĞIRIŞ

Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb. -ın məlumatına görə, açıqlamada deyilir:. "Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zid

14 avqust 2021
.

"Bayraktar"ın 44 günlük müharibədəki sirri AÇILDI

Türkiyənin "Baykar" holdinqinə daxil olan "Baykar Teknik" şirkətinin direktoru Səlcuk Bayraktar "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb. xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsu

22 avqust 2021
.

Yaşyarımlıq Zəhra Quliyeva faciəsindən dörd il ötür

Bu gün erməni vandalizminin qurbanı olan balaca Zəhra Quliyeva faciəsindən 4 il ötür. 2017-ci ilin bugünkü tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Zəhra və 1967-ci il təvəllüdlü nənəsi Sahibə Quliyeva Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəş

4 iyul 2021
.

Azərbaycan əsgərləri erməni hərbçilərini sərhəddən qovdu - VİDEO

Azərbaycan Ordusunun hərbçiləri Azərbaycan - Ermənistan sərhədində təxribat törətmək istəyən bir qrup düşmən əsgərini ərazimizdən qovub. xəbər verir ki, bununla bağlı növbəti görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda təxribat törətməyə cəhd edən erməni hərbçiləri Azərbaycan Ordusunun əsgərləri tərəfində

26 iyun 2021