20 yanvar şəhidlərinin ailələrinə hər ay 300 manat verilir

20 yanvar şəhidlərinin ailələrinə hər ay 300 manat verilirƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Modern.az xəbər verir ki, Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri, gözdən əlillər və müharibə veteranları ilə bağlı ictimai birliklərin rəhbərlərinin də iştirak etdiyi tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səslənib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda törətdiyi qırğınlardan danışıb.

S.Müslümov 1990-cı ilin yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsi, Ümumxalq hüzn günü və "20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi, 20 Yanvar əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi tədbirlərinə toxunub.

Nazir qeyd edib ki, bu vaxta qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 73 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidinin ailəsinə mənzil, 84 nəfər 20 Yanvar əlilinə minik avtomobili verilib. Həmin insanlar Azərbaycan Prezidentinin aylıq təqaüdləri (20 Yanvar şəhidi fəxri adı almış insanların ailələri ayda 300 manat, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş I qrup əlillər 165 manat, II qrup əlillər 143 manat, III qrup əlillər 110 manat) ilə təmin olunurlar.

"Bu təqaüdlə bərabər, 20 Yanvar əlillərinə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası, onların uşaqlarına, habelə 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə aylıq sosial müavinət ödənilir. 20 Yanvar əlilləri və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqının da dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təmin olunur. Milli qanunvericilikdə bu təbəqədən olan insanlar üçün bir sıra güzəşt və imtiyazlar da nəzərdə tutulub".

S.Müslümov hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar əlillərinə və 20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardmlar verildiyini də diqqətə çatdırıb: "20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq da bu günlərdə ümumilikdə 412 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidinin ailəsinə (o cümlədən 115 şəhid ailəsi və 297 nəfər 20 Yanvar əlili) birdəfəlik maddi yardımlar ayrılıb".

Nazir qeyd olunan insanların sosial müdafiəsinin gücləndirilməsi istqamətində bundan sonra da müvafiq tədbirlərin davam etdiriləcəyini vurğulayıb.

Tədbirdə qeyd olunub ki, 20 Yanvar şəhidlərindən bəhs edən və 27 il əvvəl kiril qrafikasında nəşr olunmuş "Şəhidlər" kitabı da nazirliyin dəstəyi ilə latın qrafikasında, həm də əlavə və düzəlişlərlə, daha təkmil şəkildə yenidən işıq üzü görüb.

Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri, gözdən əlillər və müharibə veteranları ilə bağlı ictimai birliklərin rəhbərləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri həmçinin "Şəhidlər" kitabının müəllifi yazıçı-publisist Rafiq Səməndər 1990-cı ilin yanvar hadisələrindən bəhs edib, 20 Yanvarın təkcə faciə günü deyil, tariximizin mübarizlik və qəhrəmanlıq səhifəsi də olduğunu qeyd ediblər. Onlar Milli Qəhrəmanların tanıdılması sahəsində aparılan işlərə, habelə Azərbaycanın Milli Qəhrəmanlarının həyat və mübarizəsi haqqında sənədli materialları əhatə edən "Milli Qəhrəmanlarımız" kitabının nəşrinə, eləcə də hazırda təqdimatı olan "Şəhidlər" kitabının yenidən nəşr olunmasına nazirlik tərəfindən dəstək verilməsini yüksək dəyərləndiriblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1160   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

DTX rəisi: "Daşaltı əməliyyatında itkin düşən daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq"

"1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq". Bun

28 mart
.

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? – AÇIQLAMA

Bu gün qanunsuz evlərdə yaşayan vətəndaşların problemlərindən biri də yaşadıqları evlərdə qeydiyyata düşə bilməmələridir. Vətəndaşlar bələdiyyədən aldıqları torpaqlar üzərində müvafiq sənədləşmə aparmadan ev tikirlər ki, bu da sonda vətəndaşın özünə problemlər yaradır. xəbər verir ki, məsələ ilə bağl

27 mart
.

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib. -ın əldə etdiyi məlumata görə, xidmətdə olmanın son yaş həddinə görə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovu

27 mart
.

Bakı Olimpiya Stadionunun qarşısında qəza: Sıxlıq var - FOTO

Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını alma

28 mart
.

Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ

Fevralın 12-dən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1 nəfər üçün 5850 dollar müəyyənləşib. Eyni zamanda, Həcc ziyarət

27 mart
.

Yeddinci sinif şagirdini bıçaqlayan şəxs SAXLANILDI - RƏSMİ - YENİLƏNİB

Şəmkir rayonunda məktəblini bıçaqlayan şəxs ələ keçib. Bu barədə -in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. "Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkd

28 mart
.

Nazirliyin şöbə rəisi vəfat edib

Ədliyyə Nazirliyinin əməkdaşı Akşin Mirtəbib oğlu Ağayev vəfat edib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, nazirliyin Neftçala rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, A.Ağayev 2015-ci ildən Ədliyyə Nazirliyinin əməkdaşı olub

28 mart
.

Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi. xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad edildikdə

27 mart
.

Bakıda sahibkar "Porsche" ilə qəza törədərək hadisə yerindən qaçdı - İTTİHAM

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Ceyhun Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərar

28 mart