Təşviş yaradan yeni silah: O, heç bir sığınacağa, bunkerə "rəhm etmir"

Təşviş yaradan yeni silah: O, heç bir sığınacağa, bunkerə "rəhm etmir"Rusiyanın arsenalında ən öldürücü silahlar çoxdur, onlardan biri də TOS-1 ağır reaktiv odsaçan sistemdir. Bunu "cəhənnəm silahı" da adlandırırlar.

Hazırda isə bu silahın daha da modernləşdirilmiş növü meydana çıxacaq : TOS-2. Bu model T-14 Armata tankının müasir konstruksiyasına əsaslanır. Bu model təkərli tanka quraşdırılır.

Qərbin arselanındakı odsaçanlar tanklara quraşdırılır, borudan qaynar yağ qarşığı atılır. Lakin TOS-1 və TOS-2 işləmə mexanizminə görə tamamilə fərqlənir. Tankın platformasında 30 borudan ibarət reaktiv yaylım atəşi sistemi quraşdırılır. Raketlər adi döyüş başlıqları ilə təmin edilmir, burada həm də termobarik silahlar da olur.

TOS raketlərinin təsiri aerozol bombasının effektinə bərabərdir, lakin fərq bundadır ki, o havada partlayaraq alışır. Nəticədə nəhəng partlayış dalğasına səbəb olan alovlu kürə yaranır. İlkin partlayış dalğasından sonra dərhal vakuum yaranır.

Mərkəzi Kəşfiyyat İdarəsi Çeçenistan müharibəsi zamanı bu silahın tətbiq olunması barədə analizində yazırdı: "Alovda canlı diri-diri yanır. Qurban ağlagəlməyən yaralar alır, daxili orqanlar parçalanır".

Modern.az saytının məlumatına görə, ekspertlər bildirir ki, alovlu kürənin zonasında yerləşən nə sığınacaqlarda, nə də bunkerlərdə gizlənmək mümkündür. Çünki TOS heç bir şeyə "rəhm edən" silah deyil, qarşısına çıxanı yandırıb külə döndərir.

TOS-1A modeli "Günəş qovuran yer" adını da alıb. Suriyada da TOS-1 silahları tətbiq edilib və onun partlayış dalğası dərin səngər və tunel sistemlərini, bunkerləri dağıdıb. Bir yaylımın dağıdıcı təsiri 200X400 metr sahəni əhatə edir.

5 TOS-1A-dan atılan mərmi bir kilometr uzunluqda və 400 metr dərinlikdə sıçrayış yaradır. Bütün bunlar hələ TOS-1-ə aiddir.

Bir anlıq düşünək, TOS-1 bu qədər amansız və "rəhmsizdirsə, TOS-2-də "qəddarlıqda" onu dəfələrlə üstələyir. TOS-2 bu baxımdan ən müasir silah hesab olunur.

Yeni modifikasiya 2018-2025-ci illərdə hərbi arsenala veriləcək.

Mənbə: modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1382   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar. Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır

23 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel