Azərbaycanda iki nəhəng qurum - Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi necə birləşəcək?

Azərbaycanda iki nəhəng qurum - Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi necə birləşəcək?Azərbaycanda uzun illərdir ki, bir sıra dövlət qurumlarının birləşdirilməsi məsələsi gündəmdədir.

Bu müddət ərzində bir sıra dövlət qurumları aidiyyatı üzrə birləşdirilsə də bir neçə təkliflər hələ ki reallaşmayıb. Ancaq bu ilin əvvəlindən etibarən Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi istiqamətində əməli işlər aparılmaqdadır. Əldə etdiyimiz məlumata görə, prosesin mart ayı ərzində yekunlaşacağı nəzərdə tutulur. Buna səbəb isə hər iki qurumun əsasən fiskal orqan olmasıdır. Bunların inteqrasiyası yolu ilə vahid fiskal orqan yaradılması nəzərdə tutulur.

Bəs, bu iki orqanının birləşdirilməsi indiki şəraitdə mümkündürmü? Bunun ölkə iqtisadiyyatı üçün nə kimi üstünlükləri var?

Bu suallarla iqtisadçı-ekspert Rövşən Ağayevə müraciət etdik. O qeyd edib ki, Dövlət Gömrük Komitəsinin hazırda iki funksiyası var: "Birinci funksiyası dövlət büdcəsini gəlirlə təmin etməkdir. İkinci funksiyası isə ölkənin sərhəd təhlükəsizliyi ilə bağlı müəyyən işləri görməkdir. Belə ki, ölkə ərazisinə daxil olan məhsullar gömrükdən keçərkən yoxlanılır. Ölkədə valyuta rejiminin təmin olunmasına nəzarət edir. Bu kimi qeyri-fiskal funksiyalar xidmətin nazirliklə birləşəcəyi təqdirdə digər aidiyyatı üzrə başqa orqanlara həvalə edəcək. Məsələn, valyuta rejiminin ölkəyə daxil olub çıxmasına Dövlət Sərhəd Xidməti nəzarət edəcək. Sanitar və baytarlıq, ərzaq məsələlərinə müvafiq qurumlar baxacaq.

Bu məsələlər öz həllini tapandan sonra vergi ilə gömrüyün birləşdirilməsi məntiqli bir yanaşmadır.

Nəzərinizə çatdırım ki, bir çox ölkələrdə bu yanaşma var. Həm dövlət aparatının işinin yüngülləşdirilməsi, fiskal orqanların çevikliyinin artırılması baxımından bu addımı yüksək dəyərləndirmək olar. Hətta mən Dövlət Sosial Müdafiə Fondunun da fiskal orqan kimi saxlanılmasının, sosial sığorta haqlarının vergi orqanına verilməsinin tərəfdarıyam. Bir çox ölkələrdə sosial vergi var. Belə ki, həm fiziki şəxslərin gəlir vergisi, həm də sosial sığorta haqqı eyni mənbədən tutulur. Bunun bir qurum tərəfindən hesablanmasına nə mane olur ki? Əksinə, hansısa müfəttişlər bu işlə Dövlət Sosial Müdafiə Fondunda məşğul olur. Eyni işi başqa müəssisədə yəni, Vergilər Nazirliyində də edirlər. Beləliklə, qeyri- fiskal səlahiyyətlərin müəyyən orqanlara verməklə fiskal qurumların bir çətir altında birləşdirilməsini doğru hesab edirəm. Çünki bu idarəetmənin yüksəldilməsi baxımından yaxşı addımdır".

qafqazinfo


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5084   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqlədi

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,2 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bunlardan 60 milyard dollardan çoxu Ukrayna üçün nəzərdə tutulub. Qaynarinfo xəbər verir ki, bu barədə iclasın efirindən məlum olub. Qanunvericilər səs çoxluğu ilə paketi təsdiq ediblər. Beləliklə, 79 senator "lehinə"

24 aprel
.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel
.

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdityevin qohumudur

Sabiq deputat İlham Əliyevin qardaşı oğlu Səftər Əliyevin direktoru olduğu "Hazarbalıq" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb. "Qaynarinfo"-ya istinadla xəbər verir ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən balıq istehsalı ilə məşğu

24 aprel
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel
.

Marketlər müştərini ALDADIR: Yalançı, yoxsa real endirimlər? - AÇIQLAMA

Bütün mağazalarda endirim kampaniyaları olur. Bayram günləri, həftə sonları müəyyən kampaniyalar mövcud olur. Amma bəzən müştəri cəlb etmək məqsədi ilə mağazalarda süni endirimlər edilir. "40, 50, 70 faiz endirim edilir " deyə? elanlar yapışdırırlır, amma mağazada ya o qədər endirim olmur

24 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel