Azərbaycanda nazir və deputatlarımız bu hamama gedir - FOTO

Azərbaycanda nazir və deputatlarımız bu hamama gedir - FOTOBakının Murtuza Muxtarov (keçmiş Poluxin) küçəsi, 41 ünvanında yerləşən, özü də təkcə köhnə bakılıların deyil, nazir və deputatların da istirahət etməyi sevdiyi məşhur "Qasımbəy hamamı"nın 2018-ci ilin martında 140 yaşı tamam olacaq.

Sonxeber.az "Sputnik Azərbaycan"a istinadən bildirir ki, keçmiş zamanlarda Bakıda belə hamamların sayı çox olub, çünki onda kanalizasiya və su sistemləri hər evdə olmayıb. Bu indidir ki, biz səhərlər duş qəbul edib işə qaçırıq.

Keçmişdə şəhər sakinləri üçün çimmək mərasimi əsl bayram olub. Təəssüf ki, hazırda köhnə hamamların əksəriyyəti dəhşətli vəziyyətdədir. Ona görə də bağlanıb.

"Qasımbəy hamamı"nın isə başqalarından fərqli olaraq bəxti gətirib. Çünki sahibləri onun mövcudluğunu qorumaq üçün mümkün olan hər şey ediblər. Hamam Azərbaycan Respublikası ərazisində dövlət tərəfindən qorunan tarix və mədəniyyət abidələrinin siyahısındadır. O, Bakı hamamları arasında ikinci ən məşhur hamam sayılır. Çünki bu hamamdan indiyə qədər də azərbaycanlılar və turistlər istifadə edir. Bununla əlaqədar olaraq, "Qasımbəy hamamı"nın rəhbərliyi 2018-ci ildə onun 140 illik yubileyini yüksək səviyyədə qeyd etmək niyyətindədir. Bu yubiley mərasiminə yerli məşhurların da dəvət edilməsi planlaşdırılıb.

Hamamın sahibi deyir ki, "Qasımbəy hamamı" 1878-ci ildə o zamanların məşhur milyonçusu, mesenat Qasım bəy tərəfindən tikdirilib və hamam elə onun adını daşıyır. Müəssisə rəhbərinin sözlərinə görə, hamamın binası sənədlərdə göstəriləndən daha qədimdir. Hazırda o, hamam binasının tarixini ətraflı öyrənməklə məşğuldur ki, onun inşa edildiyi ili dəqiq müəyyənləşdirsin.

Mülkiyyətçinin sözlərinə görə, o dövrlərdə islam qaydalarına əsasən, məscidlərin yaxınlığında hamam da tikilməli idi ki, inanclı insanlar ibadətdən əvvəl yuyuna və dəstəmaz ala bilsinlər. Bununla əlaqədar olaraq, Qasım bəy əvvəlcə məscid tikdirib, sonra isə onun yanında Bakı sakinləri arasında çox populyar olan hamamı inşa etdirib.

Sovet İttifaqı dağılandan sonra demək olar ki, bütün məişət və xidmət obyektləri özəlləşdirilməyə başladı. Məhz həmin vaxt, 1994-cü ildə hamamın hazırkı direktorunun atası bu hamamı özəlləşdirib və onun mülkiyyətçisinə çevrilib. Hamamı alandan sonra sahibi onu yalnız kişilərin istifadəsi üçün nəzərdə tutub. Direktorun sözlərinə görə, onlar Şəki və Biləsuvar əsilli olduqları üçün hər iki şəhərin adından ilk iki hərfi götürərək hamamı "ŞəBi" adlandırıblar. Hazırda Bakı sakinlərinin əksəriyyəti sözügedən hamamı bu adla tanıyır. Lakin sahibi hamamın adını yenidən dəyişmək niyyətindədir və yeni adı hamamın yubileyində elan edəcək.

"Mən ilk dəfə bu hamama gələrkən divarlardakı kafeli görəndə dərhal məşhur Azərbaycan filmi olan, daha çox "Papaq" adı ilə tanınan "Evlənmək istəyirəm" filmini xatırladım. Sən demə, filmdəki həmin epizod məhz elə bu hamamda çəkilib. Bu günlərdə, yaxında premyerası olacaq "Tayson" filminin bir neçə kadrı da bu hamamda çəkilib", - deyə direktor bildirib.

Hamam xüsusi mülkiyyətə çevriləndən sonra, hazırkı sahibinin ilk işi hamamı əsaslı bərpa etmək olub. Çünki hamam onda çox bərbad vəziyyətdə imiş. Hazırda hamam köhnəsinin tam əksidir. Burada müştərilərin rahatlığı üçün hər cür şərait yaradılıb.

Direktor qeyd edib ki, təmir zamanı köhnə hamamın yarandığı gündən burada olan bir sıra əşyalarını qoruyub saxlamağa çalışıblar. Misal üçün hazırda böyük qiyməti olan mebel və rəsmlər hamamda qalır. Amma direktorun onlardan ayrılmaq fikri yoxdur. O, həmçinin qeyd edib ki, təmir hamamın qədim ruhunu qoruyub saxlamaq üçün köhnə stildə aparılıb.

Hazırda hamamda VIP-müştərilər üçün və sadə adamlar üçün kabinetlər mövcuddur. Çünki bu hamamın özəl qonaqları arasında bir çox nazirlər, deputatlar, Milli Məclisin üzvləri və məşhur şəxsiyyətlər olur. Direktor qeyd edib ki, hamamın ziyarətçilərinin ilk işi duş qəbul etməkdir. Duşdan sonra onlar buxar otağına gedirlər. Çimmək mərasimi hovuzla tamamlanır. Bütün bunlar müştərilərin istəyindən asılıdır.

Bu hamama ən çox qışda tələbat olur. Buxar otağı insanın bədənindən zərərli maddələrin çıxarılmasına və onu sağlamlaşdırmağa qadirdir. Hamamı əsasən bazar günləri ziyarət edirlər. Amma elə insanlar da var ki, onlar hər gün işdən sonra dincəlmək üçün hamam gedirlər.
Azərbaycanda nazir və deputatlarımız bu hamama gedir - FOTOAzərbaycanda nazir və deputatlarımız bu hamama gedir - FOTOAzərbaycanda nazir və deputatlarımız bu hamama gedir - FOTOAzərbaycanda nazir və deputatlarımız bu hamama gedir - FOTOAzərbaycanda nazir və deputatlarımız bu hamama gedir - FOTOAzərbaycanda nazir və deputatlarımız bu hamama gedir - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3731   Tarix: 19 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Azneft"in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub. "Qafqazinfo" xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib. Onun əvəzinə "Umid Babək Əməliyyat Şirkəti"nin Azərbaycandakı filialını

28 mart
.

Təlabat artıb, Azərbaycanda dollar BAHALAŞIR? -AÇIQLAMA

Son zamanlar ölkə ərazisində dollara tələbatın yüksək olması müşahidə olunur. Ölkə ərazisində dollara olan təlabatın bu dərəcədə artması nə ilə bağlıdır? Tələb bu qədər çox olarsa,dollar bahalaşa bilər?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, hazırda ölkədə dolları

28 mart
.

"Avromed"ə məxsus "Vita aptek"də 17 manatlıq dərman 37 manata satılır - FOTOFAKT

Mərdəkandakı "Vita Aptek"də 17 manatlıq dərman 37 manata satılır. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə tanınmış teleaparıcı Zamirə Dadaşova bildirib. O, "Truxal" adlı dərmanın Mərdəkanda yerləşən "Vita Aptek"dən 37 manata alındığını sübut edən fotolar paylaşıb. Aparıc

29 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

ƏHALİYƏ SEVİNDİRİCİ XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. -ın məlumatına görə, bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır

29 mart
.

VAZ divara çırpıldı: Xəsarət alanlar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Sürücü Əli Qulu oğlu Quliyev VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Nəticədə sərnişinlər Fuad Əlişa

29 mart
.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar - ARAŞDIRMA + VİDEO

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. Belə ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansı

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart