Bakıda 5 əsrə yaxın yaşı olan evlərdə hələ də yaşayış var - VİDEO
Beş əsrə yaxın yaşı var, amma hələ də yaşayış evi kimi istifadə edilir.
Sonxeber.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Paytaxtın Xəzər rayonu Zirə qəsəbəsi, Qışlaq yaşayış sahəsində yerləşən qədim evlərdən gedir. Kəndin ərazisində 20-dən artıq bu cür "Tağ ev" var. Evlərin divarlarının qalınlığı 80 santimetr, bəzilərində isə 1 metrə bərabərdir.
Tağ şəklində tikilən evlərin bəzilərində indi də yaşayış var. Bu evlərin damı yoxdur. Üzərinə isə yağışdan qorunmaq üçün daşdan əlavə gil də tökülüb. Evlərin üstünə 2-3 ildən bir yenidən gil tökülür ki, yağış suyu içəri keçməsin. Evlərin əksəriyyəti 2 və 3 otaqlı olub.
Keçmişdə heyvanlar insanların yatdığı otaqda bəslənilib.
Heyvanların ot ehtiyatı isə evin yanındakı anbarda toplanılıb. Açıq ot və saman anbarın yuxarı hissəsindəki dəlikdən içəri boşaldılıb.
Kənd ərazisindəki tağ formalı evlərin əksəriyyəti sakinlər tərəfindən qorunub saxlanılır. Yaşayış olanlarda isə nisbətən restavrasiya aparılsa da, tarixiliyinə toxunulmayıb. Sakinlər bu evlərin tarixi abidələr siyahısına salınaraq qorunmasını arzulayır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1825 Tarix: 22 yanvar 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşDYP avtobus sürücülərinə XƏBƏRDARLIQ ETDİ - FOTO/VİDEO
Ötən gün iki avtobus sürücüsünün qaydaları pozması ilə bağlı görüntülər yayılıb. -in məlumatına görə, sürücülər Abşeron rayonu ərazisində avtobusları idarə edərkən həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atıblar. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra sürücülər tənqid obyektinə çevrilib
23 aprelAbel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? (TƏFƏRRÜAT)
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır
23 aprelBakıda məktəblilərə tütün məmulatları satanlar cərimələndi - FOTO/VİDEO
Paytaxtın Nərimanov rayonunda məktəblilərə tütün məmulatları satanlar cərimələnib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları sata
23 aprelCulfada dəhşətli qəza: Ölənlər var - FOTO
Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl
23 aprelZakir Qaralovun əmisi qızı məhkəməyə verildi
Keçmiş baş prokuror Zakir Qaralovun əmisi qızı Mehriban Qaralova məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi icar
23 aprel