"Oğlumun girib Youtube-da bunu görməyini istəmirəm" - Qaynanası ilə düşmən olan Sevda - FOTO

"Oğlumun girib Youtube-da bunu görməyini istəmirəm" - Qaynanası ilə düşmən olan Sevda - FOTOSon günlər adı qayınanası ilə qalmaqalda hallanan müğənni Sevda Sanalıyeva "Hər şey daxil" verilişində qonaq olub.

Sonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, xanım qaynanası ilə aralarında yaşanan xoşagəlməz olay və onu məhkəməyə verəcəyi barədə gəzən söz-söhbətə aydınlıq gətirib.

Sevdanın sözügedən açıqlamasını təqdim edirik:

"Mən mətbuat konfransı keçirdim. Məqsədim bu söz-söhbətə nöqtə qoymaq idi. Yenə də danışmaq istəmirəm. Çünki, hər şey göz qabağında oldu. Mən istəmədən göz qabağında oldu amma. Mən illərlə susurdum. Öz içimdə yaşayırdım. Yoldaşımın, uşaqlarımın xatirinə susurdum. İndi gördükləriniz onsuz da həmişə davam edirdi. Sadəcə qapalı şəkildə davam edirdi. İstəməzdim ki, belə şeylərlə gündəmə gəlim. Çünki bugünün sabahı var. Mənim uşaqlarım sabah böyüyəcək. Onların girib Youtube-da belə şeyləri görməyini istəmirəm. Ümumiyyətlə analarının belə şeylərlə gündəmə gəlməyini heç istəməzdim. Çünki oğlum dünyaya gələndən mən bütün danışığımı, hərəkətlərimi dəyişmişəm. Onun istəyə biləcəyi şəkildə mən həyatımı yaşayıram. Sonra da qızım dünyaya gələndən sonra onu fikirləşirəm. Çalışıram ağzımdan artıq bir kəlmə də çıxartmayım. Qaldı bu söz-söhbətə, məhkəməyə verməmişəm. Əlbəttə, istəmərəm məhkəməyə vermək. Mən davakar insan deyiləm".

Qeyd edək ki, Sevdanın "Heç kimin ailəsini dağıtmamışam" açıqlaması ərinin ailəsini qəzəbləndirib. Cəmilin anası müğənninin ünvanına "Oğlumu maşınla, evlə aldadıb özünə ər etdin. O iki uşağın ahı Sevdanı tutacaq. Sevda özü də deyib ki, mənim uşaqlarımın atası Cəmil yox, İlkindir. Sevdanın verdiyi bütün məlumatlar yalandır, hamısını da sübut edə bilərəm. O, bu həyatda rahat yaşamayacaq, bunu bilsin. Görsün onun başına nə oyun açılacaq. Bu işin sonunu gözləsin. Elə bilir xoşbəxt yaşayacaq? Hələ xoş günlər görsün. Bir də görəcək ki, ərsiz qalıb. Bu sözləri yazan Cəmilin anasıdır. Mənim oğlum orada olduğu müddətdə mən də onu rahat buraxmayacam" sözlərini bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 5859   Tarix: 22 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"O gün atası ilə getmək istəmirdi" - Qəzada itirdiyi nəvəsindən danışdı

Şair Cığatel İsaqızı "Həftənin qonağı" verilişinin qonağı olub. Axşam.az xəbər verir ki, şair ötən ilin iyulunda avtoqəza nəticəsində nəvəsi Süleymanı itirməsindən danışıb:. "Cığatel (red. - şairin nəvəsi) atasına demişdi ki, həmişə deyirsən 5 alın, hara desəniz apararam. Gəldi ki, qiymətlərimi

13 aprel
.

"Anamın kim olduğunu 12 yaşımda bildim" - Video

"Valideynlərim ayrılmışdılar, mən o vaxt körpə idim. Anam atamın eşqindən xəstələndi, onu 20 il gözlədi. Atam ona xəyanət etmişdi. Yəqin ki, münasibətlərdə gərginlik olmuşdu. Atam məhkəməyə müraciət etmişdi, amma anam ayrılmaq istəmirdi. Sonra atam başqa qadınla ailə qurdu. Dilindən düşmürdü, mə

7 aprel
.

Əməkdar artist Moskvanın mərkəzində ölü tapıldı

Rusiyanın tanınmış opera və estrada ifaçısı Yevgeni Kunqurov Rusiyanın paytaxtında həyatına qəsd edib. "Qafqazinfo" "112" teleqram kanalına istinadən xəbər verir ki, Əməkdar artist həyat yoldaşına yazdığı mesajda damarlarını kəsəcəyini bildirib və telefonu söndürüb. 40 yaşlı Y. Kunqurovu

9 aprel
.

Xalq artisti onu bıçaqlayan şəxsi niyə bağışlayıb?

Xalq artisti Faiq Ağayev 2010-cu ildə onu bıçaqlayan şəxsi atasının istəyi ilə bağışlayıb. xəbər verir ki, bu barədə sənətçi "Qapqara" verilişində danışıb:. "Atam mənə dedi ki, səni bıçaqlayanı şəxsi bağışla. Bu məsələdən yarım il sonra atam dünyasını dəyişdi. Onun sözündən çıxmadım, hə

13 aprel
.

Natiq Şirinovun qızı toyunda oxudu - Video

Xəbər verdiyimiz kimi, bu gün paytaxt restoranlarının birində Xalq artisti Natiq Şirinovun qızı Sevilin toyudur. Axşam.az xəbər verir ki, sənətçinin övladı Semih adlı bəylə ailə qurur. Maraqlı məqamlardan biri də Sevil toyda baş tutan xınayaxdı mərasimində "Yüksək yüksek tepeler" mahnısın

12 aprel
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

18 aprel
.

Rusiyada erməniəsilli serial ulduzu axtarışa verildi

Rusiyada yayımlanan "Əsgərlər" serialının ulduzu İqor Qasparyan məhkəmə icraçıları tərəfindən axtarışa verilib. Aktyor 70 min rubla yaxın borc alıb və bir neçə ildir ki, ödəmir. Hazırda onun barəsində 53 icra işi açılıb ki, onların da əksəriyyəti yol hərəkəti qaydalarının pozulması ilə bağlıdır.

7 aprel
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17 aprel
.

İbrahim Tatlısesin oğlundan ŞOK ETİRAF: "Uşaq yaşlarımda məni özünüzün ..."

Müğənni İbrahim Tatlıses evində illərdir icazəsiz yaşayan nəvəsi Merti məhkəmə yolu ilə oradan çıxarıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, o "Atalıq necə olur, baxsın, öyrənsin!" deyərək Mertin atası Ahmet Tatlısesə ismarış göndərib. Buna cavab olaraq Ahmet sosial mediada hesabında açıqlam

16 aprel