Benzinin aksiz vergisinin qalxması qiymətlərə necə təsir edəcək?

Benzinin aksiz vergisinin qalxması qiymətlərə necə təsir edəcək?Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.

Sonxeber.az bildirir ki, qərara əsasən, aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 1 manat aksiz dərəcəsi də 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 80 manat, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 98 və ya çox oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 120 manat aksiz dərəcəsi qüvvədə qalıb. Aviasiya benzini və reaktiv benzin yanacağına tətbiq edilən aksiz dərəcələri dəyişməyib.

Maraqlıdır, Nazirlər Kabinetinin bu qərarı benzinin qiymətinə təsir edəcəkmi?

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, iyul ayında aksiz vergisi minimum həddə endirilmişdi:

"O zaman Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana gətirilən mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla), tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan 95-dən az oktan ədədi ilə mühərrik benzinləri, o cümlədən 92 oktan ədədi ilə benzinlər idxal rüsumundan azad edilmişdi. Eləcə də, Azərbaycan ərazisinə gətirilən bu benzinlərə tətbiq edilən aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilmişdi. Bildirilirdi ki, hər iki qərar dərc edildiyi gündən qüvvəyə minir və 90 gün müddətində qüvvədədir".

İ.Şaban deyir ki, iyul ayında aksiz dərəcələrinin endirilməsi Heydər Əliyev adına Neftayırma zavodunda aparılan cari təmir, yenidənqurma işləri ilə bağlı idi:

"Oktyabr ayından zavod işə düşdü. Ölkə ərazisində istehsal olduğu halda, sahibkarların hökumətin qərarından istifadə edib həmin məhsulu xaricdən gətirməməsi üçün qərarın qüvvədə olma müddəti də noyabrda bitməli idi. Doğrusu, mən Gömrük Komitəsinin hesabatında noyabr-dekabr ayları üzrə aşağı oktanlı benzin idxalı ilə bağlı rəqəmlərə rast gəlmədim. Lakin mənə aydın deyil ki, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsinin bərpa olunması niyə 2018-ci ilin yanvarında qüvvəyə minib. Heydər Əliyev adına zavod artıq 2017-ci ilin oktyabrdan bu məhsulun istehsalına başlayıb. Aradakı üç ay ərzində Nazirlər Kabineti nə edirdi? Noyabr ayının 1-dən 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılmalı idi".

İ.Şaban deyir ki, qərarın bazara təsiri olmayacaq:

"Azərbaycan 92 markalı benzinə olan tələbatını yerli istehsal hesabına ödəyir. Biz xaricdən 95-98 markalı benzini idxal edirik. Onun da qiyməti bazarda mütəmadi artıma doğru dəyişir. Neftin bazar qiymətinin ucuzlaşdığı zaman qonşu ölkələrdə 95-98 markalı benzinin də qiyməti düşür, bizdə əksi baş verir".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirir ki, yeni qərar 95-dən az oktan ədədi olan benzinə tətbiq edildiyindən bu, Azərbaycana idxal edilən yüksək oktanlı benzinlərin xərcinə təsir göstərməyəcək:

"Həmin benzinlərə tətbiq edilən aksiz dərəcələri dəyişdirilməyib. Eyni zamanda, daxili bazarda 95-dən az oktan ədədi olan benzin Aİ-92 markalı benzindir. Həmin benzin isə yerli istehsal olduğundan son qərar sözügedən benzinə də təsir göstərmir".

V.Bayramov hesab edir ki, əgər yaxın zamanlarda qiymət artımı baş versə, bunun iqtisadi əsası olmayacaq:

"Sadəcə, iyulda dərəcələrin aşağı salınması yenidənqurma işləri ilə bağlı olaraq daxili benzin istehsalının azalması ilə əlaqədar idi. İndi isə istehsal daxili tələbi ödədiyi üçün idxal aksiz dərəcələri tənzimlənən benzinin xərcinə təsir göstərmir. Bu baxımdan, Nazirlər Kabinetinin son qərarı daxili bazarda satılan benzin növlərinin qiymətinin artırılması üçün zəmin formalaşdırmır. Bununla yanaşı, əgər qiymət artımları baş verəcəksə, belə artımların iqtisadi əsası olmayacaq".
//oxu


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4012   Tarix: 23 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Yol qəzalarından necə qorunaq? "Sürət həddi aşağı salınması yarımçıq addımdır" - Açıqlama

Ölkə ərazisində yol qəzalarının sayı artıb. Xüsusi ilə pik saatlarda yol qəzaları baç verir. Təəssüflər olsun ki, qəzalar çox zaman insan ölümü ilə nəticələnir. Qəzaların sayının artmasına hansı amillər təsir edir? . Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev -a açıqlama verib. Eksper

18 aprel
.

Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentd

18 aprel
.

Bakıda ev qiymətinə sini satılır - FOTO

Bakıda ev qiymətinə sini satışa çıxarılıb. xəbər verir ki, 50 min manata satışa çıxarılan sininin 799-cu ilə aid olduğu iddia edilir. Sininin üzərində ərəb əlifbası ilə yazılar var, müxtəlif naxış və insan təsvirləri çəkilib

18 aprel
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18 aprel
.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18 aprel
.

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, Azərbaycanın 15 rayonunda pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olan "MKT İstehsalat Kommersiya" MMC-nin keçmiş işçisi Şamo Ağayev şirkət barəsində iddia qaldırıb. Onu

18 aprel
.

Övlad valideynə aliment ÖDƏYƏ BİLƏR? - AÇIQLAMA

Bizim bu gün əsas mənəvi dəyərlərimizdən biri ailə instutunun qorunub saxlanmasıdır. Ölkədə boşanmaların gündən-günə artması bu dəyərlərimizə ağır zərbə vurur. Bildiyimiz kimi, məhkəmənin qərarına əsasən övlad boşanan tərəflərdən kimin himayəsində qalırsa, həmin şəxs aliment ödəməyə borcludur. Uşağ

18 aprel
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18 aprel
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18 aprel