Azərbaycanda qeyri-adi olay: manna sıyığı 2 yaşlı uşağın ağciyərinə doldu

Azərbaycanda 2 yaşlı uşağın ağciyərlərinə manna sıyığı dolub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq əməliyyat olunaraq, yenidən sağlamlığına qovuşub.

Qeyri-adi hadisə ilə bağlı Ailem.az-a məlumat verən uşaq cərrahiyyəsi və urologiya uzmanı Fuad Hüseynov deyir ki, 2 yaşlı uşağı onların yanına gətirərkən sol ağciyəri tamamilə bağlı olub, yəni işləməyib. Səbəb isə belə olub: "Valideynlərinin dediyinə görə, uşaq manna sıyığı yedikdən sonra yatıb və gecə saatlarından başlayaraq, onda təngnəfəslik, temperaturun yüksəlməsi müşahidə olunub. Buna görə də onlar müxtəlif klinikalara müraciət ediblər. Artıq bizə müraciət etdiklərində hadisənin üzərindən 24 saat keçmişdi".

F.Hüseynov bildirir ki, uşaqda ciddi təngnəfəslik, 38.5-39.0 dərəcə temperatur, SPO2, yəni qanda oksigenin səviyyəsi düşməyə meylli olub: "Aparılan müayinələrə əsasən müəyyənləşib ki, uşağın sol ağciyəri tamamilə bağlıdır.

Gec saat olmasına baxmayaraq, uşaq təcili əməliyyat otağına alındı. Bronxoskopiya, yəni işıqlı alətlə nəfəs borusuna baxılarkən sol ana bronxun manna sıyığı ilə dolu olduğu görüldü. Bu barədə ailə dəqiq məlumat vermir, amma böyük ehtimalla uşaq yeyərkən ya öskürüb, ya da qusub və nəticədə manna bronxlara qaçıb. Uşağın bronxlarını yuyaraq təmizlədik. Əməliyyatdan bir gün sonrakı rentgendə sol ağciyərin tamamilə açıldığını gördük. Uşağı 2 gün sonra pediatr nəzarətində olmaq şərti ilə sağlam şəkildə evə yola saldıq".
Azərbaycanda qeyri-adi olay: manna sıyığı 2 yaşlı uşağın ağciyərinə dolduAzərbaycanda qeyri-adi olay: manna sıyığı 2 yaşlı uşağın ağciyərinə dolduAzərbaycanda qeyri-adi olay: manna sıyığı 2 yaşlı uşağın ağciyərinə doldu


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3476   Tarix: 23 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel