"Vicdan haqqı"nın İmranından səmimi ETİRAF: "Bütün həyatım tam tərsinə çevrildi" - FOTO

"Vicdan haqqı"nın İmranından səmimi ETİRAF: "Bütün həyatım tam tərsinə çevrildi" - FOTOƏməkdar artist İlham Hüseynovun müsahibəsi.

- İlham bəy, sənət həyatınız necə gedir?

- Serial da, teatr da bunlar hamısı elə həyatdır. Mənim həyatımın ayrılmaz hissəsidir. "Vicdan haqqı" artıq 3-cü mövsümdür efirdə gedir. Tamaşaçılar bu serialı çox sevir. Amma teatrı da unutmaq olmaz, teatr daimidir. Biz teatrda böyümüşük. Aktyor var ki, öz həyatını sənətə həsr edir, eləsi də var ki, yox. Mən öz həyatımı tamamilə sənətə həsr etmişəm.

- Nə vaxtsa buna görə peşman olmusunuz?

- Xeyr, qətiyyən! Aktyorluq sənəti elədir ki, gərək sənətlə xəstələnəsən. Bəzən deyirlər ki, həyatımı sənətə qurban vermişəm. Mən bu sözü sevmirəm. Heç kim səndən tələb etmir ki, həyatını sənətə qurban et. Sən sadəcə sevdiyin sənətlə məşğul ol.

- "Vicdan haqqı" serialında İmran mənfi obraz olsa da tamaşaçılar tərəfindən çox sevildi. Qorxmursunuz insanlar mənfi obrazın cavabını sizə elə mənfi tərzdə verərlər?

- Bəzən mənfi formada çatdırırlar. Əksinə məni, yəni İmran obrazını sevənlər çoxdur. Böyük teatr tənqidçisi Stanislakvski deyib ki, mənfi obrazı oynayanda onda müsbət nələrsə axtarın.

- İmran mənfi obrazdır. Onun hansı müsbət tərəfi var?

- İmranın qəribəliyi elə onun müsbət tərəfidir. İmran ətrafında hamıya yaradıcı münasibət bəsləyir. Şeir də deyir, mahnı da oxuyur. Bir sözlə onun fikirləri maraqlıdır, güclü məntiqi var. Düzdür, məntiqi onu pis yola yönəldir.

- Yaxşı, bəs İmranla İlham arasında nə kimi fərqlər var?

- Mən özüm də həyatda qəribə insanam. Bu çərçivədən bir az kənara çıxır.

- Nə mövzuda?

- Hər bir mövzuda. Mən həssas və duyğusal insanam.

- Niyə görə?

- Ümumiyyətlə, aktyor olan bütün insanlarda bu tip hallara rast gəlinir.

- Aktyor olmamışdan öncə necə yaşayırdınız?

- Mən 13 yaşımda bu xəstəliyə tutulmuşam. Aktyor olmamışdan öncə bir çoxları kimi küçədə gəzib-dolaşan uşaq olmuşam. Mənim sənətə gəlişim də qəribə oldu. Göydən mənə fəhm gəldi ki, aktyor olum. Bu istək birdən-birə içimə çökdü. Bütün həyatım tam tərsinə çevrildi.

- Özünə qapılmağınız sizə nə verdi?

- Bu çox çətin sual oldu. Bircə onu deyə bilərəm ki, həyatda xoşbəxt olmaq çətindir.

- Bəs nə asandır?

- İnsanlara laqeyd olmaq çox asandır. Mən xoşbəxtliyimə mane olacaq şeylərdən azad oluram. Başqa cür yaşamaq mənim üçün mümkün deyil.

- İndiyə kimi nələrdən azad olmusunuz?

- Mən tək yaşamağı sevirəm. Tək olanda düşünürəm, şeir deyirəm, kitab oxuyuram, musiqiyə qulaq asıram. Bəzən şeir deyə-deyə ağlamağı da sevirəm.

- Tez-tez ağlayırsınız?

- Bəli, tez-tez ağlayıram.

- Nə sizi ağlada bilər?

- Yaxşı musiqi, söz, şeir.

- Belə başa düşdüm ki, ailəli deyilsiniz...

- Xeyr, hal-hazırda ailəli deyiləm, evlənib ayrılmışam. Mən evlənənə kimi qərar vermişdim ki, evlənməyəcəyəm. Amma evlənmək məqamı çatanda Allah qərar verdi ki, evlənməlisən.

- İnsan sevəndə ailə həyatı qurmalıdır, yoxsa sevib qovuşmamalıdır?

- Əlbəttə ki, sevirsə ailə həyatı qurmalıdır. Ən böyük xoşbəxtlik qovuşmaqdır. Mən sevmişəm, amma qovuşmamışam. Ailə böyük akademiyadır. Qadını dərk etmək böyük məktəbdir.

- Qadını dərk etmək üçün mütləq şəkildə evlənmək lazımdır?

- Mütləq!

- Güzəştə gedirsiniz?

- Bəli, mən ailə həyatında da çox şeylərə güzəştə getmişəm. Hətta kənardan gülməli də görünə bilər.

- Gözəllik aşiqisiniz?

- Bəli, gözəl xanımları sevirəm.

- Məşhur olandan sonra yəqin ki, qadınlar tərəfindən təkliflər gəlir sizə. Onları dəyərləndirirsinizmi?

- Bəli, çoxdur. Çox xoş haldır ki, böyük bir qadın axını var mənə qarşı. Bunların içində maraqlı insanlar da var. Mən qadınlarla təmənnasız dostluq edən biriyəm./milli.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3682   Tarix: 26 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021
.

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...

Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə

8 sentyabr 2021
.

Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb. APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:. "Bilirsiniz ki, atam ötən i

30 iyun 2021
.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

İnsult keçirən Arif Babayevdən XƏBƏR VAR

Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib. xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:. "Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi

16 iyul 2021
.

"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT

Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas

18 avqust 2021
.

Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO

Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj

26 avqust 2021
.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021