Ancelina Coli: "Qızlarıma deyirəm ki..." - FOTO

Ancelina Coli: "Qızlarıma deyirəm ki..." - FOTOAncelina Coli beynəlxalq qadınlar günü ərəfəsində "Elle" jurnalının mart nömrəsinin qəhrəmanı seçilib.

Həm filmlərdə çəkilməyə macal tapan, həm 6 uşaq tərbiyə edən, həm xeyriyyəçiliklə məşğul olan, həm də son illərdə çıxışlarından qadınların müdafiəsinə qalxan, eləcə də seksual zorakılığa qarşı fəal çıxış edən Ancelina Coli "Elle" jurnalına müsahibə verib. Aktrisdan müsahibəni ABŞ-ın sabiq dövlət katibi Con Kerri ondan götürüb. Coli məşhur amerikalı siyasətçi ilə söhbətində qızları barədə danışıb:

"Qızlarıma deyirəm ki, istənilən paltarı geyinə və makiyaj edə bilərlər, amma yalnız ağlınız sizi xarakterizə edəcək. Müəyyənləşdirin ki, siz kimsiniz, nə düşünürsünüz və bu həyatda nəyə görə vuruşursunuz. Başqaları üçün də mübarizə aparın ki, onlar da azad olsun. Qulluq etmək üçün yaşamaq dəhşətdir".

Coli ictimai-siyasi məsələlərə çox diqqət və vaxt ayırır. Artıq bir neçə ildir o, qaçqınların işləri üzrə BMT-nin xoşməramlı səfiridir. Kino ulduzu müsahibəsində bu məsələ haqqında da söhbət edib:

"Gəncliyimdə bu mövzudan tamamilə xəbərsiz və laqeyd idim. Qaçqınlarla görüşmək və insan hüquqları məsələləri ilə maraqlanmağa başladı, çünki oxumaq istəyirdim. Bununla bağlı bir qədər romantik xəyallarım var idi: Hesab edirdim ki, ayaqqabıları geyərəm və humanist olaram. Amma həmişə məsələnin kökünə baxmaq lazımdır. Bu da qanuna və siyasətə gedib çıxır. Seksual zorakılığa məruz qalan qaçqınlarla görüşdüm, lakin bu işlər üzrə ittiham hökmləri olmayıb. Ona görə də qanun və hökumət nümayəndələri ilə işləməyə başladım".

Ulduz ictimai çıxışlar zamanı dəfələrlə gender bərabərsizliyinin mövzusuna toxunub. O hətta NATO-nı qadınların müdafiəsinə çağırıb. Ona görə də aktrisa bu həyati mövzudan bu dəfə də yan keçməyib:

"Həmişə düşünürəm ki, bu gün əldə etdiklərimizə görə qadınlar necə mübarizələr aparmalı olub. Gündəlik həyatda özünüzü necə aparmağınız, öz hüquqlarınız barədə bilməyiniz və bütün dünyada qadınlarla həmrəy olmağınız da çox əhəmiyyətlidir". (publika.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1447   Tarix: 11 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Afaq Gəncəli ATV-dən getdi

Aparıcı Afaq Gəncəli ATV telekanalından ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün ərizəsini yazaraq işdən çıxıb. Kanalla dostcasına ayrılan A.Gəncəli daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. Hazırda onun hansı kanalda çalışacağı bəlli deyil. Qeyd edək ki, sabah Afaq Gəncəlini

6 sentyabr 2021
.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021
.

Aygün Kazımova koronavirusa yoluxub

Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço

8 sentyabr 2021
.

Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd

10 sentyabr 2021
.

Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR - FOTO

Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. xəbər verir ki, "Mtv" kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onla

8 sentyabr 2021
.

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı

3 sentyabr 2021
.

Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi

Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb. -a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib. Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlə

6 sentyabr 2021