Dünya dəhşətli təhlükə ilə üz-üzə – ABŞ-ın 2 proqramı dayandırması problem yaradıb

Dünya dəhşətli təhlükə ilə üz-üzə – ABŞ-ın 2 proqramı dayandırması problem yaradıbPentaqon xəbərdarlıq edir ki, ən yaxın zamanlarda Rusiya ilə Çin kosmosda Amerika peyklərinə ciddi maneə yarada və onları məhv edə bilər.

Eyni zamanda ekspertlər belə bir təhlükənin həqiqətən olub-olmamasını da mübahisə edirlər. Bəziləri hesab edir ki, Amerika üçün belə bir təhlükə yoxdur, sadəcə Vaşinqton özünün antipeyk silahlarının inkişaf proqramının yenilənməsini istəyir və bunun üçün bəhanə olaraq Rusiya, Çin amilini önə çəkir. Çünki, Amerika soyuq müharibə bitdikdən sonra bu proqramı dayandırıb.

Bəllidir ki, Rusiya və Çin çoxdan antipeyk silahlarının hazırlanmasına başlayıb. Amerika analitikləri isə qeyd edirlər ki, son zamanlar bu iki dövlət öz silahlı qüvvələrində belə sistemlərin tətbiqini intensivləşdirib.

Hərbi nəşrlərin yazdığına görə, əvvəlki illərdə Moskva peyklərin məhv edilməsi üçün silahlanmaya 5 milyard dollardan çox pul xərcləyib.

Pentaqonun məruzəsində deyilib ki, 2020-ci ildə Rusiya və Çin antipeyk silahlarını operativ hazırlıq səviyyəsinə qaldıra biləcəklər.

Qərbin hərbi sahə üzrə ixtisaslaşan nəşrləri yazıb ki, Moskva və Pekin iki istiqamətdə fəaliyyət aparır.

Birinci hədəf bundan ibarətdir ki, antipeyk silahlandırılması ucuz başa gəlsin. İkincisi isə budur ki, Rusiya və Çin beynəlxalq müqavilələrin yaranmasını istəyir. O beynəlxalq müqavilələr ki, kosmosda Amerikanın antipeyk silahlarından effektiv qorunmağa yardım etsin.

Ekspert çevrələri xəbərdarlıq edir ki, hazırda aşağı yerətrafı orbitdə olan peyk sistemləri hücuma məruz qala bilərlər (Yerdən 180-2 min kilometrdə hündürlükdə olanlar).

Lakin müəyyən qisim ekspert hesab edir ki, Rusiya və Çin daha yüksəkdə olan kosmik obyektləri də sıradan çıxara bilər.

Amerikada güman edirlər ki, müxtəlif növ antipeyk raketləri yerüstü mövqelərdən buraxılır və onlar lazer sistemləri ilə təchiz olunublar.

Rusiyanın A-60 təyyarələrində yüksək lazer sistemi, maneələrin yaradılması üçün güclü ötürücü aparatlar, elektromaqnit silahlar, manevr edən qurğular quraşdırılıb.

Hərbi-analitik çevrələrin iddiasına görə, Çin Rusiyadan fərqli olaraq texnologiya baryerlərinin öhdəsindən layiqincə gəlmir.

Rusiyanın əsas kozırları sırasında isə S-400 və S-500 zenit raket kompleksləri dayanır. Ballistik raketlərin zərərsizləşdirilməsini nəzərdə tutan bu hava hücumundan müdafiə sistemləri praktiki olaraq aşağı yerətrafı orbitdə peyklərin sıradan çıxarılması üçün ən yaxşı vasitədir.

Bəs Amerika nə edəcək?

Qərb nəşrləri yazır ki, ABŞ Rusiya və Çinin yaratdığı kosmik təhlükəyə qarşı effektiv üsul tapa bilməkdə çətinlik çəkir. Məsələn, onlar bilmir ki, itirilmiş peykləri sürətli şəkildə hansı ilə əvəz etmək olar.

Yəqin buna görədir ki, Amerika hərbi mütəxəssisləri Vaşinqtonun rəqiblərinə davam gətirməsi üçün Amerikanın antipeyk silahlarını inkişaf etdirməyi təklif edirlər.

Əgər kosmosda müharibə başlayarsa, Yer əhalisi bu təhlükədən çətin qoruna biləcək. Həmçinin beynəlxalq kosmik stansiyaya ekipajın göndərilməsi ən təhlükəli missiyaya çevriləcək.

ABŞ ilk növbədə soyuq müharibə dövrünün iki proqramının yenilənməsini istəyir. Birincisi "Proqram 437" strategiyasıdır, hansı ki, burada "Tor" ballistik raketindən istifadə olunurdu. Bu sistem elektromaqnit impulsun köməyi ilə peykləri tapmaq və onları zərərsizləşdirmək qabiliyyətinə malikdir.

İkinci proqram isə "ASM 135 ASAT" raketləridir ki, bu peyklərin birbaşa məhvini nəzərdə tuturdu.

Hərbi mütəxəssislər qeyd edirlər ki, bu proqramların dayandırılması yanlış addım idi.

Mənbə:modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2735   Tarix: 10 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021