Zehni yorğunluğu aradan qaldıran və yaddaşı möhkəmləndirən UCUZ VASİTƏ

Zehni yorğunluğu aradan qaldıran və yaddaşı möhkəmləndirən UCUZ VASİTƏMüasir dövrdə yaddaş problemi demək olar ki, hər kəsi narahat edən problemlərdən biridir. Ahıl insanlara xas olan unutqanlığın başlıca səbəbi orqanizmin qocalması ilə bağlıdır. Lakin hazırda hətta gənclər də yaddaşın pisləşməsindən şikayət edir.

Düzgün qidalanmama, oksigen çatışmazlığı, informasiyanın həddindən artıq yüklənməsi, doyunca yatmamaq və digər bu kimi amillər yaddaşın keyfiyyətini və beynin iş qabiliyyətini aşağı salır. Siqaret, spirtli içkilər və stress də unutqanlıqla nəticələnir.

Yaddaşı gücləndirməyin yolları ilə tanış edirik

Pivə mayası beyin yorğunluğunu aradan qaldıran ucuz vasitələrdən biridir. Orta əsrlərdə təbiblər bütün xəstəlikləri müalicə etmək üçün pivə mayası tövsiyə edirdilər. Müasir təbabətdə pivə mayası ən səmərəli üsullardan biri olaraq tanınır. Bunu onlar öz nadir xüsusiyyətlərinə borcludur.

Pivə mayalarının tərkibi

B vitamin qrupu - mərkəzi və periferik sinir sisteminin normal işini təmin edir, Parkinson xəstəliyinin yaranması barədə xəbərdarlıq edir, hüceyrələrin regenerasiyasını sürətləndirir, görmə qabiliyyətini yaxşılaşdırır, qocalma prosesini ləngidir.

Vitamin C, D, E, F və PP.

17 amin turşuları, onların əksəriyyəti əvəzedilməzdir.

Doymamış yağ turşuları

Kükürd, fosfor, sink, dəmir, natrium, kalium, xrom, mis, kalsium, selen və s. - mikroelementlər.

Pivə mayası qara ciyərdə qlikogen sayını artırır, beyin funksiyalarının güclənməsinə kömək edir, diqqət konsentrasiyasını və yaddaşı yaxşılaşdırır.

Bundan başqa, onlar orqanizmə hüceyrələri yeniləməyə kömək edir, xolesterinin səviyyəsini normallaşdırırlar, qanda şəkərin səviyyəsini azaldır və ürək-damar sistemini möhkəmləndirir.

Yaddaşı gücləndirən unikal resept

Bu resept beynin işini fəallaşdırmağa kömək edəcək, yaddaşı yaxşılaşdıracaq və beyinin təbii qocalma prosesini ləngidəcək. Bu, həm də dadlıdır!

İnqrediyentlər:

500 mq təmizlənmiş pivə mayası - 2 həb

1 yetişmiş banan

1 alma

2 xörək qaşığı yulaf yarması

1 stəkan su

1 xörək qaşığı küncüt

5 ədəd qoz ləpəsi

Hazırlanması:

Küncüt, yulaf yarması və qoz ləpələrini blendrə töküb qarışdırın. Daha sonra suyu da əlavə edib bir daha qarışdırın.

Qalan digər inqrediyentləri də əlavə etdikdən sonra onları sonuncu dəfə qarışdırın.

Dadını yaxşılaşdırmaq üçün zövqə görə bir az üzüm, xurma və bal əlavə etmək olar. Resepti 1 ay olmaqla gündə 1-2 dəfə yemək aralarında istifadə etmək məsləhət görülür.

Əlbəttə ki, bir vasitə ilə bütün yaddaş problemlərini həll etmək mümkün deyil. Beyin fəaliyyətinin yaxşılaşdırılmasının mühüm şərti istirahətdir. İşdə fasilə verin, kitab oxuyun, musiqi dinləyin, rəqs edin və ya sadəcə piyada gəzin.

Sağlam qidalanın. Rasiona faydalı məhsullar, zəngin vitaminlər qrupu daxil etməyə çalışın ki, beyin yorğunluğu aradan qalxsın.

Vitamini В1 qrupu diqqət konsentrasiyanı və enerjini yaxşılaşdırır. В6 vitamini yaddaşı uzunmüddətli möhkəmləndirir. B qrupu vitaminləri toyuq, yağlı balıq və bananın tərkibində daha çox olur. (publika.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1318   Tarix: 12 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021
.

Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI

Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima

12 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021
.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021