Məşhurların həyatındakı faciələr: "Atam bizi hər gün söyürdü.."
Məşhurların həyatı kənardan baxılanda nağıl kimi görünür: saray kimi evlər, naz-nemətli həyat...
Amma bağlı qapılar arxasında baş verənlərn çoxunu bilmirik. Və yaxud onların bu günlərə hansı yollardan keçərək gəldiyi haqda tam məlumatımız yoxdur.
Sonxeber.az axsam.az-a istinadən onlardan bəzilərini təqdim edir.
"Oskar"lı Şarliz Teron - gənclik illərində yaşadığı travmanın təsirindən uzun müddət ayılmayıb. Cənubi Afrikalı ulduz 1991-ci il 21 iyunu heç vaxt unutmayacaq. Teronun alkoqolik atası evə sərxoş gəlib və 15 yaşlı qızının otağına atəş açıb... Sonra isə Şarlizin anası Gerda ərini elə həmin silahla öldürüb.
"Atam xəstə idi, alkoqolik idi" deyən Ş.Teron o gecə haqda belə danışıb:
"Atam bizi hər gün söyürdü... Anamın etdiyinə gəlincə isə... Mənim qızım da eyni vəziyyətdə olsaydı, mən də eynisini edərdim". Teron ailəsinin xoşbəxt günləri o gecə bitir. Şarlz və anasının tamamilə yeni həyatı başlayıb.
Kianu Rivz həyatı boyunca faciələr yaşayıb. Ən kədərlisi isə adını da qoyduğu qızının ölü doğulmasıdır.
2001-ci ildə Kianunun sevgilisi Cennifer Sime 28 yaşında avtomobil qəzasında həyatını itirib. Həmin vaxt "Matritsa" filminin ikinci hissəsinin çəkilişlərinə hazırlaşan depresiyyaya düşmüşdü.
K.Rivz və C.Sime bu qəzadan bir müddət əvvəl adını Ava olaraq seçdikləri qızlarını daha doğulmadan itirmişdilər. Bundan sonra onların münasibətləri pozulsa da, heç bir zaman bir-birlərindən tam ayrıla bilməmişdilər. Aktyorun bacısı Kim xərçəng xəstəliyinə tutulanda da Cennifer onları tək qoymamışdı.
Aktyor illər sonra bu haqda belə danışır:
"Onların həyatımın bir parçası olduğu vaxtlar üçün darıxıram. Həm də onların həyatının bir parçası olmağı... əgər bir yedə olsaydıq, hər şey necə olardı deyə düşünürəm. Bir daha olmayacaq şeylər üçün darıxıram".
Oprah Uiinfri - bu gün TV dünyasının ən məşhur və zəngin qadınlarından biridir. Amma o, Missisipidə yoxsul bir ailənin qızı olaraq doğulub. Oprahı nənəsi böyüdüb. Sonralar o, nənəsindən zorakılıq və şiddət gördüyünü dəfələrlə deyib:
"Nənəm məni qamçılayırdı. Kürəyim dpyülməkdən su çəkib şişirdi, sonra qanayırdı..."
Amma onun faciəsi bununla bitmir. 10-14 yaşında zorlanan Uinfri hamilə qalıb. Uşağı dünyaya gətirsə də, körpə iki həftə sonra ölüb.
Aktyor Liam Neeson da həyatda ən çox sevdiyi insanı, həyat yoldaşı Nataşa Riçardsonu gözlənilməz anda itirib. Sənətçi cütlük Kanadada qar tətilində istirahə edərkən Nataşa ağır yaralanır. Lakin müalicə üçün ABŞ-a gətirilən aktrisanın həyatını xilas etmək olur. Neesonun iki uşağının anası, məşhur ulduzlar Vanessa Redqreyv və Toni Riçardsonun qızı Nataşa 45 yaşında vəfat edir.
Liam həyat yoldaşının dəfnində qayınanası Vanessa ilə məzarlıqda çəkilən bu foto ilə görənləri kədərləndirib. Aktyor iki oğluyla həyatına davam edir.
Müğənni Şania Tveynin (Shania Twain) uşaqlığı da çətin keçib. Onlar bəzən yemək də tapmayıblar. 22 yaşında Tveyn avtomobil qəzasında atasını və anasını itirib.
İfaçı məşhur müğənn olanda isə 14 illik həyat yoldaşının onu rəfiqəsi ilə aldatdığını öyrəndi. Boşandıqdan sonra isə həmin rəfiqəsinin keçmiş həyat yoldaşına ərə getdi.
Aktrisa Rouz Mak Qouan (Rose McGowan) ailəsi ilə birgə "Tanrının uşaqları" adlı bir sığınacaqda yaşayıb. Amma bir müddət sonra həmin sığınacağən rəhbəri bəzi azyaşlı qızları zorladığı üçün aktrisanın atası oradan ayrılır.
2007-ci ildə avtomobil qəzası keçirən aktrisanın üzü çoxlu yara alıb. Bundan sonra dəfələrlə estetik əməliyyat eləsə də, üzü bir daha əvvəlki9 kimi olmayıb.
Aktrisa Keti Holmsun da həyatı göründüyü qədər rahat keçməyib.
İtaliyada Tom Kruzla ailə quranda onun ən böyük xəyalı gerçəkləşmişdi. Uşaqlığından bəri heyran olduğu aktyor onun əri idi. Ancaq işlər gözlədiyi kimi getmədi. Kruzun rəhbərlərindən olduğu "Scientology" təriqətinə görə Holmsun həyatı cəhənnəmə dönür.
Bundan sonra boşanmaq məcburiyyətində qalan aktrisa vəkil tapmaq və qızını himayəsində saxlaya bilmək üçün çox əziyyət çəkib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş