Qarabağa köçürülməsi planlaşdırılan Rusiyanın "məxfi ordusu"na ABŞ-dan BÖYÜK ZƏRBƏ - 215 döyüşçü öldürüldü

Amerika qoşunları Suriyanın Deyr-ez-Zor əyalətinin Xaşşam yaşayış məntəqəsində aviazərbələr zamanı Rusiya tərəfini xəbərdar etmişdi.

Bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis bildirib.

"Rusiyalılar bizə dedilər ki, orada lap əvvəldən Rusiya gücləri olmayıb. Düşünürəm ki, elədir. Amma bizdə tam aydınlıq yoxdur ki, orada rejim gücləri nə edirdi? Ən azından, indi orada sakitlikdir", - amerikalı nazir deyib.

Mettis əlavə edib ki, Suriyada Rusiya və ABŞ silahlı qüvvələri arasında müxtəlif xoşagəlməz hadisələrin baş verməməsi üçün əlaqə xətlərindən daim istifadə edirlər: "Biz bir-birimizi məlumatlandırırıq. Biz ayırıcı xəttə yaxınlaşan güclər haqqında Rusiyaya zəng vurduq. Onlar həmin güclər haqqında heç nə bilmədiklərini deyiblər. Ehtimal ki, hökumət tərəfdarı olan güclər hansısa bir səbəbdən rusiyalılara məlumat verməyiblər və çayı keçərək bizə hücum ediblər".

Qeyd edək ki, fevralın 7-də Suriya ordusunun tərəfində vuruşan döyüşçülər Deyr-ez-Zor əyalətində minaatanlar və reaktiv yaylım atəş sistemlərdən, həmçinin ABŞ-ın başçılıq etdiyi koalisiyanın vertolyotlarından atəşə tutulub. Məlumata görə, rejim tərəfdarları hökumət qoşunlarının postlarına atəş açan terrorçuların məhv edilməsi üçün keçmiş neft emalı zavodu istiqamətində kəşfiyyat-axtarış hərəkətlərini icra edirdi.

Bir başqa iddiaya görə, Suriya ordusunun tərəfində vuruşan döyüşçülər, həmçinin İrandan olan hərbçilər ölkənin ən zəngin neft yataqlarına malik olan olan bölgədə portativ körpülərin köməyilə Fərat çayının şərqinə keçib. Onların ümumi sayının təxminən 500 nəfər olduğu deyilir. İtkilərin sayı barədə isə informasiyalar fərqlidir. Bəzi KİV-lərin yazdığına görə, hücum nəticəsində 100-dən çox döyüşçü ölüb. Eyni mənbələr ölən döyüşçülər arasında biri polkovnik olmaqla 3 Rusiya hərbçisinin də olduğunu bildiriblər.

Lakin rusiyalı vəkili Mark Feyqin fərqli bir iddia səsləndirib. Vəkil Tvitter səhifəsində yaxıb ki, ABŞ-ın aviazərbələri nəticəsində Rusiyanın şəxsi hərbi şirkəti olan "Vaqner qrupu" 215 nəfər itki verib.

""Vaqner qrupu"ndakı insanlarla ünsiyyət saxlayan şəxs bildirdi ki, Suriyada Fərat çayının sahilində ölən muzdluların sayı 215 nəfər olub", - o yazıb.

Qeyd edək ki, "Vaqner qrupu" ehtiyatda olan polkovnik-leytenant Dmitri Utkin tərəfindən Rusiyanın müxtəlif güc srtukturlarından istefaya çıxan zabitlərdən komplektləşdirilib. Qrup çox qapalı struktur hesab olunur. Bəzi KİV-lərin iddiasına görə, "Vaqner qrupu" 2014-də Donbasda, sonradan isə Suriyada döyüş əməliyyatlarında iştirak edib. KİV-lər rusiyalı muzdluların Suriyada döyüşlərdə iştirakına dair dəfələrlə sübutlarla çıxış edib. Məsələn, Rusiyanın "Fontanka" nəşri "Vaqner qrupu"nun Suriyada itkilərini onun tərkibində vuruşanlara istinadən bir neçə dəfə yazıb.

2016-cı ildə isə "RBC" saytının araşdırmasında deyilirdi ki, Rusiya "Vaqner qrupu"nu Dağlıq Qarabağa köçürmək haqda düşünür. Saytın yazdığına görə, bu ordunun Rusiya Müdafiə Nazirliyi Baş qərargahı yanında Baş Kəşfiyyat İdarəsinə (QRU) bağlı olduğu haqda informasiyalar mediaya sızıb. Xüsusilə Ukrayna və Suriyadakı əməliyyatlarda iştirakından sonra onların kimliyi, yerləşdikləri düşərgə və digər informasiyalar de-şifrə olunub.

Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabiti sayta bildirib ki, Rusiya Müdafiə Nazirliyi qrupun düşərgəsinin başqa yerə köçürülməsini müzakirə edib.

"Mümkün variantlar arasında Tacikistan, Dağlıq Qarabağ və Abxaziya var", - deyə o bildirib. Müdafiə Nazirliyindəki mənbə də bu faktı təsdiqləyib.

Sayt qeyd edir ki, bu qrup öz effektivliyini sübut etdiyi üçün onun ləğvi haqda düşünülmür.

Lakin bütün bu informasiyalar heç bir halda rəsmi təsdiqini tapmayıb. Rusiya Müdafiə Nazirliyi isə jurnalistlərin araşdırmalarını "mif" adlandırıb.

Mənbə: publika.az
Qarabağa köçürülməsi planlaşdırılan Rusiyanın "məxfi ordusu"na ABŞ-dan BÖYÜK ZƏRBƏ - 215 döyüşçü öldürüldüQarabağa köçürülməsi planlaşdırılan Rusiyanın "məxfi ordusu"na ABŞ-dan BÖYÜK ZƏRBƏ - 215 döyüşçü öldürüldüQarabağa köçürülməsi planlaşdırılan Rusiyanın "məxfi ordusu"na ABŞ-dan BÖYÜK ZƏRBƏ - 215 döyüşçü öldürüldüQarabağa köçürülməsi planlaşdırılan Rusiyanın "məxfi ordusu"na ABŞ-dan BÖYÜK ZƏRBƏ - 215 döyüşçü öldürüldü


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2250   Tarix: 12 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

Paşinyandan Qarabağla bağlı daha bir ETİRAF

Ermənistan prezidenti Nikol Paşinyan bildirib ki, Ermənistan Dağlıq Qarabağda mühacirətdə olan heç bir hökuməti tanımır. -a istinadən xəbər verir ki, bu cür bəyanatlar milli təhlükəsizliyə təhdiddir

28 mart
.

Paşinyanın müharibə qorxusu: "Əgər lokal toqquşmalar baş versə, əsas istiqamət bu ərazi olacaq" -Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfər edib. (Dilican mahalı - red.) Sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. N.Paşinya

19 mart
.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

"Paşinyan bu ərazilər ilə özü yaxından tanış olmaq istəyir" - Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin (Dilican mahalı - red.) sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. "Müharib

19 mart
.

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib. AZƏRTAC xəbər verir ki, Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev deyib:. "Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. .Məhz bu meydanda xalqımız

18 mart
.

Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü keçirilib - YENİLƏNİB

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüs

22 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

İlham Əliyev yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Bu barədə xəbər verir

16 mart