Bu dövlət orqanlarında heç kim işləmək istəmir
Dövlət İmtahan Mərkəzi tərəfindən yanvarın 11-də elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başa çatıb.
Mərkəzdən Sonxeber.az-a verilən məlumata görə, müsahibəyə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 1126 vakant inzibati icraçı vəzifə (B növ) təqdim olunub.
Yekun məlumata əsasən, 77 dövlət orqanında olan vakant vəzifələr üzrə 1925 müraciət qeydə alınıb.
Dövlət orqanları arasında təqdim olunan vakant yer və müraciət edənlərin sayına görə ən yüksək müsabiqə vəziyyəti (1 vakant yerə düşən ərizələrin orta sayı) Tarif (qiymət) Şurasının Katibliyi (11), Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (9.94), Maliyyə Nazirliyi (8.67), Təhsil Nazirliyi (8.5) və İqtisadiyyat Nazirliyində (8.06) olan vəzifələr üzrədir.
Bəzi vəzifələr üzrə müsabiqə vəziyyəti çox yüksəkdir. Bu da həmin vəzifələrin tutulmasında rəqabətin yüksək olacağını göstərir.
Bir vakant yer üçün 30‑dan yuxarı müraciət qeydə alınan vəzifələr Mingəçevir regional "ASAN xidmət" Mərkəzində aparıcı məsləhətçi (müraciət edənlərin sayı - 44 ), Quba "ASAN xidmət" Mərkəzində aparıcı məsləhətçi (müraciət edənlərin sayı - 38), Mingəçevir regional "ASAN xidmət" Mərkəzində böyük məsləhətçi (müraciət edənlərin sayı - 35), Quba "ASAN xidmət" Mərkəzində böyük məsləhətçi (müraciət edənlərin sayı - 33), İqtisadiyyat Nazirliyində məsləhətçi (müraciət edənlərin sayı - 32), Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi (müraciət edənlərin sayı - 32) vəzifələridir.
Lakin 77 dövlət orqanından 31-də (40.26%) vakant olan vəzifələr üzrə heç bir namizəd qeydiyyatdan keçməyib.
Təqdim olunan vakant vəzifələr üzrə müsahibədə iştirak etmək üçün müraciət qeydə alınmayan dövlət orqanları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi; Milli Televiziya və Radio Şurası, Gəncə, Şəki Apellyasiya Məhkəmələri, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Şirvan, Şəki İnzibati-İqtisadi Məhkəmələri; Füzuli, Tərtər Rayon Hərbi Məhkəmələri, Ağdaş, Ağstafa, Astara, Cəlilabad, Füzuli, Göyçay, Göygöl, Hacıqabul, Kəlbəcər, Laçın, Lənkaran, Qazax, Saatlı, Salyan, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Ucar, Xaçmaz, Yardımlı, Yevlax Rayon Məhkəmələridir.
Müsahibəyə ən çox vakansiya təqdim etmiş Kənd Təsərrüfatı Nazirliyində də vəzifələr üzrə (451 vakant vəzifə) müsabiqə vəziyyəti (0.12) aşağıdır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 1858 Tarix: 12 fevral 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşOğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar - VİDEO
Türkiyənin Bursa şəhərində dəfələrlə oğurluq olan anbara daxil olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün sahibi orada təhlükəsizlik kameraları quraşdırıb. Növbəti dəfə oğurluq etmək məqsədilə oraya daxil olan şəxslər əvvəl nəzərdə tutduqları malları, daha sonra isə onları qeydə alan təhlükəsizli
18 sentyabr 2021Bu kəndlərə virusa görə giriş QADAĞAN EDİLDİ
Mardinin Bahçebaşı və Çatalözü kəndləri koronavirusa yoluxma halları artdığı üçün karantinə alınıb. DHA-ya istinadən xəbər verir ki, Rayon Gigiyena Şurasının aldığı qərarı ilə Bahçebaşı və Çatalözü koronavirusa yoluxma hallarının artmasına görə 14 gün karantində olacaq. Karantinə alınan ərazilərin girişin
16 sentyabr 2021Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı
İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş
16 sentyabr 2021Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO
ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı
17 sentyabr 2021Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO
Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il
15 sentyabr 2021"Taliban" Qadınların İşləri üzrə Nazirliyi "əxlaq polisi"nə çevirdi
Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib. Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb
18 sentyabr 2021Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr
18 sentyabr 2021Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO
Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz
17 sentyabr 2021